Ġsaxan Ġsaxanlı Xəzər Universiteti



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix06.03.2017
ölçüsü0,53 Mb.
#10328
  1   2   3   4   5

14 

Journal of Azerbaijani Studies 

 

 

 



 

FƏRHAD AĞAZADƏ VƏ LATIN ƏLĠFBASINA KEÇĠD 

 

Ġsaxan Ġsaxanlı 



Xəzər Universiteti 

 

 



 

Ərəb əlifbasının islahı və latın əlifbası ideyasının yaranması 

 

Vaxtilə  islamlaşan,  Xəlifəliyin  bir  vilayətinə  çevrilən  və  İslam 

sivilizasiyasının  üzvü  olan  Azərbaycanda  ərəb  əlifbasından  istifadə 

olunması  təbii  olmuşdur.  Alimlər,  şair  və  yazıçılar,  səlnaməçilər  bu 

əlifbadan  istifadə  edərək  əsərlərini  ərəb  (dövrün  əsas  elm  dili),  fars 

(dövrün  əsas  poeziya  dili)  və  13-cü  yüzillikdən  başlayaraq,  həm  də 

türk (dövrün əsas ünsiyyət dili) dilində yazmışlar.  

19-cu  əsrin  ortalarından  başlayaraq  Avropanın  və  Rusiyanın 

elmi-mədəni təsirinə məruz qalan Azərbaycan mütəfəkkirləri və ziya-

lılarının bir qismi ərəb əlifbasının əhalinin savadlanmasında və dilimi-

zin  inkişafında  ciddi  maneəyə  çevrildiyi  fikrinə  düşmüş,  onun  islahı 

yolunda  çalışmış,  mübarizə  aparmışlar.  Bu  məsələdə  ilk  təşəbbüs 

M.F.Axundova (1812-1878) məxsusdur.  

M.F.Axundovun ərəb əlifbasının islahatı haqqında düşündüyünü 

onun 1854-cü ildə  yazdığı bəzi məktublarında görmək olar. Bu  yolda 

planlı, sistemli fəaliyyətə isə M.F.Axundov 1857-ci ildən başlayır. O, 

özünün tərcümeyi halında yazır:  

1857-


ci

 

il

 

miladidə

 

islam

 

əlifbasını

 

dəyişdirmək

 

(islah etmək – 



İ.İsaxanlı)

 

üçün

 

fars

 

dilində

 

bir

 

kitabça

 

yazıb



əlifbanı

 

dəyişdirməyin

 

vacib

 

məsələ

 

olduğunu

 

həmin

 

kitabçada

 

göstərdim”

 



M.F.Axundovun  əlifba  yolunda  mübarizəsinin  ciddi  təhlili  bu 

yazının  məqsədinə  aid  olmadığı  üçün  burada,  sadəcə,  bəzi  prinsipial 

məqamları  qeyd  etməklə  kifayətlənəcəyik.  Əlifbanın  islahı  yolunda 

M.F.Axundov əvvəlcə, əsasən aşağıdakı müddəaları irəli sürmüşdür: 



Fərhad Ağazadə və latin əlifbasina keçid  

15 


 

 

Мирзя Фятяли Ахундов 



(1812-1878) 

1.

 



Sait

 

hərflər

 

sözün

 

tərkibində

 

samit

 

hərflərin

 

yanında

 

yazılmalıdır

2.

 



Nöqtələr

 

bütövlükdə

 

hərflərdən

 

atıl-



malıdır

3.



 

Sözlər

 

bitişməyən



ayrı

-

ayrı

 

hərflər-

dən

 

əmələ

 

gəlməlidir

Məhz bu şərtlər daxilində M.F.Axundov 



ərəb  əlifbasının  islahı  yolunda  10  ildən  çox 

ciddi mübarizə aparmışdır. 

60-cı  illərin  sonuna  yaxın  bəzi  başqa 

xalqlar  arasında  da  əlifba  məsələsi  müzakirə 

obyektinə  çevrilmiş  və  hətta  1868-69-cu  il-

lərdə  avar,  çeçen  və  çərkəz  dilləri  üçün  latın  əlifbasına  oxşayan  və 

soldan-sağa yazılan bir əlifba tərtib edilmişdi. Təxminən elə bu illərdə 

M.F.Axundov  əlifba  məsələsində  daha  2  müddəa 

(

hər

 

bir

 

hərf

 

ancaq

 

bir

 

şəklə

 

malik

 

olmalıdır



yazı

 

soldan

-

sağa

 

yazılmalıdır

)

 irəli sürərək, 



ərəb əlifbasının dəyişdirilməsi mümkünlüyünü qeyd edir. 1870-ci ildə 

o, ərəb əlifbasının latın hərfləri əsasında dəyişdirilməsi ilə bağlı ilk la-

yihəsini tərtib edir  və layihəni, bu  məsələlərlə ciddi  maraqlanan gənc 

Məhəmməd  Ağa  Şaxtaxtlıya  (1846-1931)  göndərir.  Bundan  sonra  o, 

öz  layihəsində  bəzi  hərflərin  şəkillərini  dəyişir  və  1873  ildə  özünün 

latın əlifbası layihəsinin son variantını hazırlayır. Bəzi mənbələrdə bu 

layihənin  əlyazmasının  bir  vaxtlar  Əbdürrəhim  bəy  Haqverdiyevdə 

olduğu qeyd olunsa da, təəssüf ki, bu tarixi sənədi nə Əbdürrəhim bəy 

Haqverdiyevin fondunda, nə M.F.Axundovun özünün fondunda, nə də 

başqa arxiv materialları arasında tapmaq mümkün olmadı.  

Artıq bu illərdə M.F.Axundovun əlində 2 tip layihə vardı. 

O, 1873-cü ilin iyun ayının 18-də Tiflisdəki Osmanlı konsulunun 

müavini  Ömər  Səbri  vasitəsilə  İstanbulda  çıxan  “Həqayiq”  qəzetinin 

redaktoruna  göndərdiyi  məktubunda  yazırdı:  “Mən

 

iki

 

cür

 

əlifba

 

dü-



şünmüşəm



Onlardan

 

biri

 

latın

 

əlifbası

 

hərflərindən

 

seçilərək

 

tərtib

 

edilməlidir

 

ki



onu

 

soldan

 

sağa

 

yazmaq

 

lazım

 

gələcəkdir



İkincisi

 

isə



hazırki

 

əlifbamız

 

əsasında

 

qurulmalıdır

 

ki



onu

 

hazırda

 

olduğu

 

kimi

 

sağdan

 

sola

 

yazmaq

 

olar”

 



16 

 İsaxan İSaxanlı 

 

 

Yuxarıdakı  müddəaların  ən  vaciblərindən  biri  hərflərin  vahid 



şəklə malik olması fikridır. Hərflərin şəkillərinin latın hərflərindən gö-

türülməsi  fikri  də,  məhz  bu  məsələdə  M.F.Axundov  tərəfindən  təklif 

olunan  variantlardan  biri  və  onun  fikrincə,  ən  uyğunu  olaraq  irəli  sü-

rülmüşdür. O, 1875-ci ildə Fərhad Mirzəyə məktubunda yazır: “Bu

 

üç

 

fikirdən



mənim

 

zənnimcə



üçüncü

 

fikir  (hərflərin  şəkillərinin  latın 

hərfləri şəkilləri ilə əvəz edilməsi- İ.İsaxanlı) daha

 

üstün

 

 

məqsədə

 

daha

 

yaxındır



Çünki

 

onunla

 

oxumaq



yazmaq

 

 

çap

 

etmək

 

işləri

 

asanlaşmış

 

olur

”.

 

Bu illərdə, M.F.Axundov artıq ərəb əlifbasının islahı ideyasından 



tam əl çəkir və onun latın əlifbası ilə dəyişdirilməsindən başqa bir va-

riantı qəbul etmədiyini yazırdı: “Soldan

-

sağa

 

yazılıb

 

oxunan



sözlərin

 

tərkibində

 

bütün

 

sait

 

hərfləri

 

samitlər

 

sırasına

 

daxil

 

olan

 

 

bütün

 

nöqtələri

 

atılmış

 

alfabeti

 

əlifbadan

 

başqa

 

heç

 

bir

 

xəttin

 

hərflərini

 

qəbul

 

etmirəm

 

 

heç

 

vaxt

 

da

 

qəbul

 

etməyəcəyəm

.”

  



Üzünmüddətli  səylərinə  baxmayaraq  M.F.Axundov  nəinki  əlif-

banın dəyişdirilməsinə, onun islah olunmasına da nail ola bilmədi. Bu-

nun əsas səbəbləri barədə Fərhad Ağazadənin fondunda maraqlı arxiv 

materiallarına  rast  gəldik  və  onun  bəzi  fikirlərini,  heç  bir  yerdə  çap 

olunmadığını nəzərə alaraq, burada olduğu kimi verməyi qərara aldıq. 

“Nəyə

 

görə

 

o

 

qədər

 

islahatçı



o

 

qədər

 

təklif

 

olduğu

 

halda

 

ölkələ-

rin

 

heç

 

birində

 – 


 

Türkiyədə



 

İranda



 

 

o

 

vaxtın

 

Rusiyasında

 

bir

 

dənə

 

 

olsun

 

müsbət

 

hökumət

 

reaksiyası

 

olmayıb



Doğrudur



ayrı

-

ayrı

 

şəxslər

 

tərəfindən

 

hər

 

belə

 

bir

 

təklifə

 

 

ya

 

onun

 

əleyhinə

 

bəzən

 

səslər

 

ucalırdı



bəzən

 

bu

 

 

ya

 

digər

 

islahatın

 

xeyrinə

 

xeyli

 

geniş

 

ictimai

 

hərəkat

 

meydana

 

gəlirdi

 

 

aylarla

 

 

hətta

 

illərlə

 

dövri

 

mətbuat

 

səhifələrində

 

müzakirə

 

olunurdu



Lakin

 

nəhayət

 

hər

 

şey

 

unudulurdu



hər

 

şey

 

arxivə

 

təhvil

 

verilirdi



Axı

 

burada

 

xalq

 

tə-



şəbbüsü

 

yox



görünür

 

ki



əllərində

 

bu

 

kimi

 

ictimai

 

sualların

 

həll

 

olun-

ma

 

taleyi

 

olan

 

başqa

 

siniflərin

 

qarışması

 

lazım

 

idi



Bu

 

siniflər

 

isə

 

Tür-



kiyədə



eyni

 

zamanda

 

xəlifələr

 

olan

 

sultanların

 

hökuməti



İranda

 

özlə-

rinə

 “

zillillah”

 (

Allahın

 

kölgəsi



deyən

 

şahların

 

hökuməti



keçmiş

 

Ru-

siyada

 

isə

 

çarların

 

despot

 

hökuməti

 

idi



Çoxmilyonlu

 

türk

-

tatar

 

əhali-



sinin

 

mədəniyyət

 

suallarının

 

taleyi

 

bax

 

bu

 

üç

 

hökumətin

 

əlində

 

idi



Fərhad Ağazadə və latin əlifbasina keçid  

17 


 

 

 



İslahatçılar

 

çox

 

yaxşı

 

bilirdilər

 

ki



müvafiq

 

hökumətin

 

iştirakı

 

olmadan

 

belə

 

məsələlər

 

həll

 

oluna

 

bilməzdi

 

Bu



 

vəziyyəti

 

hamıdan

 

əvvəl

 

M

.

F



Axundov

 

nəzərə

 

almışdı



Bax-

mayaraq

 

ki



türk

-

tatar

 

kütləsinin

 

əksəriyyəti

 

keçmiş

 

Rusiya

 

imperiyası-

nın

 

ərazisində

 

yaşayırdı



M

.

F



Axundov



ilk

 

növbədə



İran

 

 

Türkiyə

 

hökumətinə

 

müraciəti

 

lazım

 

bilmişdi



Əlbəttə

 

ki



o



bu

 

əməli

 

əsassız

 

etməmişdi

.  

 

Çar



 

mütləqiyyəti

 

öz

 

türk

-

tatar

 

vilayətlərində

 

tam

 

başqa

 

məqsədi

 

güdürdü



o



bu

 

yerlərdə

 

pravoslavlığı

 

yaymaq

 

istəyirdi



Orada

 

türk

-

tatarların

 

ana

 

dilində

 

bir

 

dənə

 

 

olsun

 

hökumət

 

məktəbi

 

olmayıb



kitab



qəzet

 

 

jurnal

 

olmayıb



Onların

 

nəşrinə

 

icazə

 

verilirdisə



onda

 

bu

 

icazə

 

xüsusi

 

şərtlərlə

 

 

məhdudlaşdırmalarla

 

verilirdi



Məsələn



Tərcüman”

 

qəzetinin

 

(krım tatarı İsmail bəy Qasprinski (1851-1914) 



tərəfindən  1883  cü  ildə  təsis  edilmişdir-İ.İsaxanlı)

 

nəşrinə

 

yarısı

 

rus

 

dilində

 

buraxılmaq

 

şərtilə

 

icazə

 

verilmişdi

.  


 

Bəli



belə

 

bir

 

dövrdə

 

rus

 

hökumətindən

 

yerli

 

əhalinin

 

mədəni

-

maarif

 

işlərinə

 

qarışmaq

 

haqqında

 

xahiş

 

etmək

 

ağlasığmaz

 

idi



Ondan

 

missioner

 

yardımı



kilsə

 

tikilməsi

 

 

istənilən

 

başqa

 

bir

 

şey

 

haqqında

 

xahiş

 

etmək

 

olardı



lakin

 

türk

-

tatar

 

vilayətlərində

 

ərəb

 

əlifbası

 

islaha-



tının

 

həyata

 

keçirilməsi

 

işində

 

yardım

 

göstərmək

 

haqqında

 

xahiş

 

et-

mək

 

mümkün

 

deyildi



Onda

 

yalnız

 

tək

 

ruslaşdırma

 

siyasəti

 

aparılırdı



M

.

F



Axundov

 

yardım

 

haqqında

 

rus

 

hökumətinə

 

müraciət

 

etmə-



məyi

 

ağlabatan

 

bilir

 

 

buna

 

görə

 

o



tez

 

 

müsbət

 

nəticələr

 

əldə

 

edə-

cəyinə

 

ümid

 

edərək



fəaliyyət

 

sahəsini

 

Konstantinopola

 

keçirir



O



düşünürdü

 

ki



dindar

 

sultan

 (

ya

 

onun

 

hökuməti



milyonlarla

 

savadsız

 

müsəlmanların

 

vəziyyətini

 

başa

 

düşəcək



ərəb

 

əlifbasının

 

islahı

 

 

ya

 

dəyişdirilməsi

 

haqqında

 

əmr

 

verəcək

 

 

Sultanın

 

belə

 

bir

 

əmri

 

elan

 

edilən

 

kimi



bütün

 

müsəlmanlar



o

 

cümlədən

 

Rusiyanın

 

türk

-

tatarları



xəlifənin

  (

türk

 

sultanları

 

eyni

 

zamanda

 

xəlifələr

 

sayılırdı



əmrini

 

dərhal

 

icra

 

edəcəklər

.  

Çoxmilyonlu

 

müsəlmanların

 

xəlifəsi

 

sayılan

 

Sultan

 

heç

 

vaxt

 

Qu-



ranın

 

yazıldığı

 

əlifbadan

 

imtina

 

etmək

 

haqqında

 

qərar

 

verməzdi



Hətta

 

onun

 

islahı

 

haqqında

 

da

 

söhbət

 

gedə

 

bilməzdi



Xəlifə

 

Şəriətin

 

 

Quranın

 

tələblərinin

 

himayəçisidir



O



Quranın

 

yazıldığı

 

əlifbanı

 

ləğv

 


18 

 İsaxan İSaxanlı 

 

 

etməyə



 

 

ya

 

dəyişdirməyə

 

yox



onun

 

isti-



fadəsini

 

həvəsləndirməyə

 

borclu

 

idi



Bax

 

bu

 

vəziyyəti

 

M

.

F



Axundov

 

nəzə-

rindən

 

qaçırtmışdı



Bəli



onun

 

Konstantinopol

 

 

Tehran

 

əyanlarına

 

bu

 

müraciətləri

 

nahaq

 

idi

 

Başqa



 

tədbirlər

 

lazım

 

idi



Başqa

 

dövr

 

lazım

 

idi



Hər

 

xalqın

 

özünü

 

dərk

 

et-



məsinə



xalqların

 

öz

 

məktəblərinə

 

malik

 

olub



orada

 

uşaqlarını

 

öz

 

ana

 

dilində

 

 

dilinin

 

konstruksiyasına

 (

quruluşuna



daha

 

uyğun

 

gələn

 

əlifba

 

ilə

 

öyrətməsinə

 

şərait

 

yaradan

 

quruluş

 

lazım

 

idi



Bu

 

şəraitləri

 

isə

 

 

çar

 

mütləqiyyəti



 

sultan

 

istibdadı



 

 

şah

 

rejimi

 

verə

 

bilərdi

.

  

Beləliklə, əlifba məsələsində heç bir dəyişikliyə nail ola bilməsə 



də, ərəb əlifbasında hərflərin şəkillərinin latın hərfləri ilə əvəz edilmə-

si ideyası ilk dəfə M.F.Axundovdan gəlmişdir. Bu ideyanın həyata ke-

çirilməsi missiyası isə təxminən yarım əsr sonra, başqa insanların üzə-

rinə düşəcəkdi. 

Yeni  əlifba  uğrunda  mübarizədən  danışanda,  M.F.Axundovun 

müasiri  və  dostluq  münasibətləri  olan  Mirzə  Melkum  Xan  (1833-

1908) haqqında da bir qədər danışmaq lazım gəlir. 

Milliyyətcə  erməni  olan  Mirzə  Melkum  Xan  (o,  müsəlmanlığı 

qəbul etmişdi) fars dilində əlifba məsələsinə həsr edilmiş 2 fundamen-

tal əsər «Şeyx və Vəzir», «Məbdəi tərəqqi» (inkişafın başlanğıcı) əsər-

lərini yazmışdır. Bu kitabların hər ikisinin tərcüməsi (ərəb əlifbası ilə 

türk dilində) 1905-ci ildə Bakıda, 1907-ci ildə Tiflisdə nəşr etdirilmiş-

dir. 

M.F.Axundov  yeni  əlifba  uğrunda  Mirzə  Melkum  Xanın  fəaliy-



yətini çox yüksək qiymətləndirirdi. O, Mirzə Melkum Xanın London-

da İranın səfiri təyin olunmasından təəssüflənərək, 1875-ci ilin noyabr 

ayının 8-də Mirzə Yusif Xana məktubunda yazırdı: “İranda

 

tək

 

bircə

 

nəfər

 

hikmət

 

sahibi

 

yazıçı

 

meydana

 

gəlmişdi



təəssüf

 

ki



onun

 

da

 

qəd-

Мирзя Мелкум Хан 

(1833-1908) 



Fərhad Ağazadə və latin əlifbasina keçid  

19 


 

 

rini

 

bilməyib

 

Londonda

 

həbs

 

etdilər



Onun

 

vəzifəsi

 

məgər

 

səfirlikdir



Onun

 

vəzifəsi

 

öz

 

bilik

 

 

arzularını

 

qələmə

 

almaqdır



Əgər

 

o



Tehran-

da

 

qalsaydı



ehtimal

 

etmək

 

olardı

 

ki



onun

 

səyi

 

nəticəsində

 

bəlkə

 

 

is-



lam

 

əlifbasını

 

dəyişdirmək

 

mümkün

 

olardı”.  

“Xristianlar

 

arasında

 

İslamın

 

ən

 

sədaqət

k

ar

 

dostlarından

 

biri

,

 

hətta



 

birincisi” kimi qiymətləndirilən Mirzə Melkum Xan ərəb əlifba-

sının  islahı  yolunda

 

xüsusi  layihələr  hazırlamış  və  M.F.Axundova 



məktublarından bəzilərini öz əlifbası ilə yazmışdır.  

Yeni  əlifba  uğrunda  mübarizədə,  haqqında  mütləq  danışılması 

lazım gələn şəxsiyyətlərdən biri də M.F.Axundovun davamçılarından 

olan, 1889-ildə İranın Qafqazda Baş Konsulu olmuş Mirzə Riza Xan-

dır (1853-1935).  

19-cu əsrin 70-ci illərində, ərəb əlifbasının islahı yolunda fikirlə-

rin  yüksək  vüsət  aldığı  bir  dövrdə  “Muşaq”  adlı  erməni  qəzeti  və 

“Qolos” adlı rus qəzeti ərəb əlifbasının çətinliklərindən yazır və bunu 

bəhanə  gətirərək  müsəlman  uşaqlarının  erməni  və  rus  məktəblərində 

oxuması təkliflərini irəli sürmüşdülər. Bu məsələdən təsirlənən Mirzə 

Riza Xan, 1879-cu ildə latın hərfləri ilə “Risaleyi-Rüşdiyə” (Alphabet 

Ruchdie)  adlı  əlifba  kitabçası  çap 

etdirmişdir.  Lakin  hərflərin  sayının 

çox  olması  (əlifbada  49  hərf  var 

idi),  sətirüstü  işarələrə  həddindən 

artıq  yer verilməsi, eləcə də bir sıra 

hərflərin  şəklinin  bir-birinə  çox  ya-

xın  olması  və  s.  məqamlar  bu  əlif-

banın  tətbiqinə  və  uğur  qazanması-

na imkan verməsə də, latın əlifbası-

na praktik keçid baxımından bu əlif-

ba  tarixi  əhəmiyyətə  malik  idi.  Bu, 

Yaxın  və  Orta  Şərqdə  latın  əlifbası 

ilə çap olunan ilk əlifba kitabıdır.  

Azərbaycan dilində olan mən-

bələrdə  Mirzə  Riza  Xan  barəsində 

tərcümeyi-hal  xarakterli  heç  bir 

Mirzə Riza Xan 

(1853-1935) 


20 

 İsaxan İSaxanlı 

 

 

məlumata  rast  gəlmədiyimizdən  burada  onun  haqqında  bir  qədər 



danışmağı lazım bildik. 

Mirzə  Riza  Xan  1853-cü  ildə  Təbrizdə  anadan  olub.  Hələ  gənc 

yaşlarında  türk,  fars,  ərəb  dillərini  yüksək  səviyyədə  öyrənərək,  ədə-

biyyat, riyaziyyat kimi elmlərə yiyələnən Mirzə Riza Xan xarici dilləri 

öyrənmək məqsədilə İstanbula gəlir. İki il ərzində fransız, yunan, ingi-

lis  və  alman  dillərini  öyrənərək  İstanbuldan  Tiflisə  gəlir.  Burada  rus 

dilini də öyrənir və 1877-ci ildə İranın Tiflisdəki Baş Konsulluğunda 

tərcüməçi, sonra isə baş tərcüməçi işləyir. 1880-ci ildə Tiflisdə  yaşa-

yan iranlılardan ibarət «Maarif» məclisi  yaradır və yuxarıda adı çəki-

lən əlifba kitabını fransız dilinə tərcümə edərək bu məclisin gəliri he-

sabına  çap  etdirir.  1882-ci  ildə  «Xan»  ləqəbi  alır  və  1886-cı  ildə  Ru-

siyada İran səfirinin müşaviri təyin edilir. 3 ilə yaxın burada işləyir və 

1889-cu ildə Mirzə Rıza xan Baş General rütbəsi alır və elə həmin il 

İranın Qafqazda Baş Konsulu vəzifəsinə təyin edilir. 1890-cı ildə Tif-

lisdə kasıblar, imkansızlar və müəllimlərə yardım məqsədilə xeyriyyə 

cəmiyyəti yaradır. 

Bundan sonra da, davamlı olaraq, müxtəlif ölkələrdə dövlət vəzi-

fələrində çalışan Mirzə Rıza Xan müxtəlif vaxtlarda İran, Türkiyə, Ru-

siya,  İtaliya,  Fransa  və  bir  sıra  başqa  Avropa  dövlətlərinin  müxtəlif 

dərəcəli orden və nişanları ilə təltif edilib.  

20-yə yaxın kitabın müəllifi olan Mirzə Rıza Xan, eyni zamanda, 

“Daneş”  ləqəbi  ilə  fars  və  fransız  dillərində  şirin  şerlər  və  hekayələr 

yazmışdır. O, fars dilində olan şer və hekayələrini bir yerə toplayaraq 

“Müntəxəbe  Daneş”  adlı  kitab  halında  çap  etdirmişdir.  Mirzə  Rıza 

Xanın  həyatı  ilə  bağlı  bu  məlumat  da  elə  onun  “Müntəxəbe  Daneş” 

kitabından götürülmüşdür.  

Ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi ideyası bir variant 

olaraq M.F. Axundovdan gəlsə də bu məsələ uğrunda heç kim ciddi və 

planlı iş görməmişdi. Düşünmək olar ki, M.F. Axundovdan sonra ərəb 

əlifbasının latın əlifbası ilə əvəz edilməsi yolunda mübarizə yeni vüsət 

almalı  idi.  Çünki,  ortada  M.F.  Axundov  tərəfindən  irəli  atılan  latın 

əlifbası ideyası və konkret layihə artıq mövcud idi. Lakin bu baş ver-

mədi. Əlifba uğrunda əsas mübarizə yenə də ərəb əlifbasının ciddi is-


Fərhad Ağazadə və latin əlifbasina keçid  

21 


 

 

lahı  üzərində  qurulurdu  və  latın  əlifbası  ideyası  sanki  unudulmuşdu. 



Faktik  olaraq  bundan  sonra  heç  kim  yeni  latın  hərfli  layihələr  irəli 

sürməmiş (Mirzə Riza Xanın yuxarıda deyilən əlifba kitabçası istisna 

olmaqla) və bunu ciddi müzakirə obyektinə çevirməmişdir.  


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin