Ġsaxan Ġsaxanlı Xəzər Universiteti


ÜMYTƏK-nin üçüncü plenumu



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/5
tarix06.03.2017
ölçüsü0,53 Mb.
#10328
1   2   3   4   5

ÜMYTƏK-nin üçüncü plenumu 

 

1928-ci  il  dekabr  ayının  18-də  Kazan  şəhərində  ÜMYTƏK-nin 



3-cü  plenumu  çağırıldı.  Bu  illərdə  yeni  əlifbanın  və  onun  tətbiqi  ilə 

uğurla məşğul olan ÜMYTƏK-nin nüfuzu o qədər yüksək idi ki, türk 

olmayan  bir  sıra  xalqlar  da  bu  komitəyə  müraciət  edərək  özləri  üçün 

latın  əlifbası  əsasında  yeni  əlifbalar  tərtib  olunması  məsələsində  kö-

mək  istəyirdilər.  3-cü  plenumda  bu  xalqlar  üçün  (abxaz,  talış,  tacik, 

çeçen,  inquş,  osetin,  ləzgi  və  s.)  15  əlifba  layihəsi  təsdiq  edilmişdi. 



“Bu  dövrdə  Şuralar  İttifaqında  artıq  ruslar,  ukraynalılar,  ermənilər, 

gürcülər,  yəhudilər,  moğullar  və  çuvaşlardan  başqa  yeni  əlifba  cərə-

yanında iştirak etməyən xalq qalmadı”.  

Dekabrın  23-nə  qədər  davam  edən  plenumda  müzakirə  olunan 

əsas  məsələlərdən  biri  ayrı-ayrı  respublikalarda  yeni  əlifbaya  keçid 

vaxtının  müəyyənləşdirilməsi  idi.  Çox  ciddi  müzakirələrdən  sonra, 

ayrı-ayrı yerlərdə maddi-texniki şəraitin və əhalinin mədəni səviyyəsi-

nin müxtəlifliyini nəzərə alaraq, bütün respublikalarda, ən uzağı 2 ilə 

qədər yeni əlifbaya kesid prosesinin tamamilə başa çatdırılması qərara 

alındı. Yuxarıdakı şərtləri nəzərə alaraq, göstərilən müddət çərçivəsin-

də yeni əlifbaya kesid vaxtının tam konkretləşməsi isə respublikaların 

özlərinə həvalə edildi.  



56 

 İsaxan İSaxanlı 

 

 

Azərbaycanda  bu  proses  artıq  5  ay  əvvəl,  Azərbaycan  Mərkəzi 



İcraiyyə Komitəsinin 21 iyul 1928-ci il tarixli qərarı ilə başa çatdırıl-

mışdı və bu münasibətlə plenum adından, Azərbaycan Yeni Türk Əlif-

ba Komitəsinə, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə və Azərbay-

can Xalq Komissarları Sovetinə təbrik göndərildi. 

Bu  plenumun  bir  vacib  əhəmiyyətini  də  qeyd  etmək  lazımdır. 

Belə ki, Bakıda keçirilən Türkoloji Qurultaydan sonra türk-tatar xalq-

larının yaşadıqları bütün yerlərdə yeni əlifba hərəkatı daha geniş vüsət 

alsa da, bəzi yerlərdə ərəb əlifbası tərəfdarları bu əlifbanı əldən burax-

mamaq  üçün  yeni  həmlələr  edirdilər.  Bu  həmlələr  xüsusən  Kazanda 

vüsət almışdı. O vaxt Kazan, yeni əlifba hərəkatının həyata keçirilmə-

sinə ən çox  müqavimət göstərilən  mərkəz idi. Bunun nəticəsi olaraq, 

Tatarıstan nümayəndə heyəti Birinci Beynəlxalq Türkoloji Qurultayda 

qərarın əleyhinə olmuşdu (bundan əlavə Qazaxıstan əleyhinə, Türkiyə 

isə  bitərəf  qalmışdı!).  Tezliklə,  qurultaydan  sonra,  Tatarıstanın  rəsmi 

dairələrində ciddi yumşalma hiss olundu. Lakin buna baxmayaraq heç 

cür  fikirlərindən  dönmək  istəməyən  82  nəfər  köhnə  əlifba  tərəfdarla-

rından ibarət böyük bir qrup 1927-ci ilin mayında bir müraciət hazır-

ladı.  Müraciətin  bir  nüsxəsi  Tatarıstan  hökumətinə,  bir  nüsxəsi  də 

Moskvaya - İosif Stalinə göndərildi. (Bu müraciət yeni əlifba tarixində 

“82-lər” adını aldı). Bu addım o vaxt yeni əlifba hərəkatına ciddi mane 

olmaq  istəyənlərin  son  təzyiqi  idi.  «Ərəb  əlifbasının  tərəfdarları  Ta-

tarıstanda  mühüm  bir  yekun  təzyiq  edir  və  gözəçarpacaq  qədər  yeni 

əlifba  cərəyanına  mane  ola  biləcək  bir  tərzdə  fəaliyyət  göstərirlərdi. 

“82-lər” ərizəsi bu fəaliyyətin nəticələrindən birisi idi» . 

Lakin bütün bu cəhdlərə baxmayaraq ÜMYTƏK-nin və Kazanda 

1926-cı ilin aprel ayının 8-də Seyfi Kazanlının başçılığı altında yaran-

mış “Yanalif” cəmiyyətinin fəal işi nəticəsində tezliklə bu dəstənin tə-

siri zəiflədi və onların böyük bir hissəsi plenumda və mətbuatda çıxış 

edərək  öz  fikirlərindən  döndüklərini  elan  etdilər  və  beləliklə  Tatarıs-

tanda da yeni əlifba yolunda heç bir ciddi maneə qalmadı. 

Bu plenumda, eləcə də, SSRİ-nin bütün respublika və  vilayətlə-

rində  yeni  əlifbanın  tərəfdarları  üçün  vahid  “Yanalif”  marşı  qəbul 

edildi (marşın müəllifləri Qabaşa və Almuxamedov idi) və bütün res-



Fərhad Ağazadə və latin əlifbasina keçid  

57 


 

 

publikaların  əlifba  komitələrinin  bu  marşın  notu  ilə  təmin  edilməsi 



qərara alındı.  

Fərhad Ağazadə bu plenumun işində də çox fəal iştirak etmişdir. 

Plenumun başlanğıcında Fərhad Ağazadənin Qəhrəman Qaraqaş-

lı ilə birlikdə yeni əlifbanın həyata keçirilməsi tarixi ilə bağlı əsəri ple-

num  iştirakçılarına  paylanmış  və  ÜMYTƏK  elmi  şurasına  bu  istiqa-

mətdə işləri davam etdirmək tövsiyə edilmişdi. 

Plenumun 21 dekabrda keçirilən sayca 6-cı iclasında ÜMYTƏK-

nin üzvü, Türkmənistan YƏK-nin sədri Aytakov dekabrın 23-nə qədər 

plenumu  başa  çatdırmaq  məqsədilə  bəzi  məsələləri,  o  cümlədən, 

AYTƏK-nin fəalliyyəti haqqında məruzəni gələn plenuma qədər təxi-

rə salmağı təklif edir. Buna Fərhad Ağazadə ciddi etiraz edərək bildirir 

ki, AYTƏK öz işini başa çatdırmışdır və bu onun, demək olar ki, son 

hesabatıdır. Odur ki, AYTƏK-nin məruzəsi məhz bu plenumda dinlə-

nilməlidir ki, onun fəaliyyəti zamanı buraxılan səhvlər indi başqa res-

publikalarda təkrar olunmasın. Səməd Ağamalıoğlu da Fərhad Ağaza-

dənin  fikrini  təsdiqləyir  və  AYTƏK-nin  məruzəsinin  qısa  şəkildə  də 

olsa, bu plenumda dinlənilməsi qərara alınır. Plenumun 23 dekabr tari-

xində  keçirilən  sayca  10-cu  iclasında  Fərhad  Ağazadə  AYTƏK-nin 

fəaliyyəti haqqında məruzə edir. 

Elə həmin iclasda Fərhad Ağazadə yeni əlifbanın həyata keçiril-

məsi yolunda fəaliyyət göstərən müxtəlif cəmiyyətlərin birləşdirilməsi 

ideyasını irəli sürür və bu fikir plenumun qəbul etdiyi son ümumi qə-

rarın 9-cu bəndində öz əksini tapır. Bu iclasda, Fərhad Ağazadə həm 

də  Tatarıstan  və  Qazaxıstan  YƏK-nin  məruzələri  üzrə  nəticə  qərarın 

hazırlanması üçün yaradılan komissiyanın 7 üzvündən biri seçilir.  

Plenumun 23 dekabr tarixli son iclasında ÜMYTƏK Elmi Şura-

sının 28 nəfərlik heyəti müəyyənləşdirilir və Fərhad Ağazadə də elmi 

şuranın üzvü kimi təsdiq edilir. 

Bu  dövrdə  yeni  əlifba  elə  nüfuz  qazanmışdı  ki,  yalnız  SSRİ-də 

yaşayan  türk  və  bir  sıra  türk  olmayan  xalqlar  deyil,  xaricdə  yaşayan 

bəzi xalqlar da bu əlifbanı qəbul etmək üçün maraq göstərirdilər. Bu 

məsələdə  də  yenə  əsas  kömək  yeri  ÜMYTƏK  idi.  Belə  layihələrin 

hazırlanmasında ÜMYTƏK-nin elmi şurasının üzvü olan Fərhad Ağa-


58 

 İsaxan İSaxanlı 

 

 

zadə də fəal iştirak etmişdir. Yeni Türk Əlifbasının belə sürətlə yayıl-



ması  və  populyarlaşması,  artıq  bu  əlifbanı  “yeni  türk  əlifbası»  yox, 

“yeni şərq əlifbası”, “yeni latın əlifbası” və  ya “yeni əlifba”, komitə-

nin özünü isə «beynəlxalq əlifba komitəsi» adlandırmaq kimi fikirlərin 

meydana gəlməsinə səbəb olurdu. Bu məsələ ÜMYTƏK-nin 6-13 may 

1930-cu ildə Alma-Atada keçirilən 4-cü plenumunda (Fərhad Ağazadə 

xəstəliyi ilə əlaqədar bu plenumda iştirak edə bilməmişdi) reallaşdı və 

plenumda  qəbul  edilən  qərara  görə  “yeni  türk  əlifbası”  “yeni  latın 

əlifbası” adlandırıldı. 

 

Fərhad Ağazadənin ÜMYTƏK-də fəaliyyəti haqqında rəylər və 

ona ġəxsi Təqaüd verilməsi 

  

Fərhad Ağazadənin Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Ko-



mitəsində  fəaliyyəti  komitə  tərəfindən  yüksək  qiymətləndirilmişdir. 

Bu haqda təşkilatın sədri Səməd Ağamalıoğlu tərəfindən verilən 7 fev-

ral 1929-cu il tarixli, 203 saylı və təşkilatın elmi şurası tərəfindən veri-

lən 11 mart 1929-cu il tarixli, 369 saylı iki yüksək rəy onun şəxsi fon-

dunda saxlanılır. 

1929-cu  ilin  fevralında  Fərhad  Ağazadə  ÜMYTƏK-nin  sədri 

Səməd Ağamalıoğluna yazılı müraciət edərək, ona şəxsi təqaüd təyin 

edilməsi  barəsində  Azərbaycan  Xalq  Komissarları  Soveti  qarşısında 

məsələ qaldırmağı xahiş edir. “İndiki halda ayaq və mədə naxoşluğu-

mun  davamedici  haləti  mənim  dəftərxana  qaydasıyla  müntəzəm  və 

uzun müddətlərlə çalışmağıma artıq imkan vermir; hətta səhhətimi da-

ha da artıq pozur və məcbur edir ki, mən bundan sonra ağır işlərdən 

çəkinib, yüngül işlərlə məşğul olam. Böylə olursa, mənim və külfətimin 

maddi  cəhəti  lazımınca  ödənilməmiş  qalar.  Sizdən  rica  edirəm,  səh-

hətimin bu cəhətini və keçmişdəki həm pedaqoji, həm də yeni əlifba yo-

lundakı  çalışqanlığımı  nəzərdə  tutub,  mənə  şəxsi  təqaüd  verilməsi 

məsələsini  Xalq  Komissarları  Şurasında  qaldırasınız.  Bunu  da  əlavə 

edirəm  ki,  yeni  əlifba  işləri  bütün  türk-tatar  aləmində  qurtarmayınca, 

çalışmaqdan çəkinməyib, ancaq vəzifəmi bir az yüngülləşdirəcəyəm. Bu 

məsələ ilə bağlı ÜMYTƏK-nin sədri Səməd Ağamalıoğlunun 1929-cu 



Fərhad Ağazadə və latin əlifbasina keçid  

59 


 

 

il fevral ayının 7-də verdiyi rəydə deyilir: «ÜMYTƏK, Yeni Əlifba hərə-



katının  həyata  keçirilməsində  böyük  xidmətləri  olan,  müəllimlik  sa-

həsində 30 illik təcrübəyə malik Fərhad Ağazadənin dövlət təqaüdü ilə 

təmin  edilməsini  zəruri  hesab  edir».  Fərhad  Ağazadəyə  şəxsi  təqaüd 

verilməsi  ilə  bağlı  Müttəfiq  Şura  Cumhuriyyətləri  Maarif  İşçiləri 

İttifaqının Azərbaycan Şöbəsinin Mərkəzi İdarəsi tərəfindən 17 yanvar 

1929-cu il tarixdə verilən müsbət rəy də onun fondunda saxlanılır.  

Bütün  bunların  nəticəsi  olaraq  Azərbaycan  Xalq  Komissarları 

Sovetinin  3  mart  tarixli,  8/682  saylı  müraciəti  əsasında  1929-cu  il 

martın  18-də  şəxsi  təqaüd  maaşı  təyin  edən  komissiyanın  qərarı  ilə, 

Fərhad  Ağazadəyə  «xüsusi  mühüm  xidmətini  nəzərə  alaraq  29/30-cu 



büdcə ilinin 1 oktyabrından etibarən ayda 120 manat şəxsi təqaüd tə-

yin edilir» . Maraq üçün qeyd edək ki, həmin iclasda 9 nəfərə şəxsi tə-

qaüd  verilməsi  məsələsinə  baxılmış  və  Fərhad  Ağazadə  də  daxil  ol-

maqla, yalnız 3 nəfərə şəxsi təqaüd verilməsi qərara alınmışdı. 

 

Fərhad Ağazadənin xəstəliyi  

 

1929-cu  ilin  iyun  ayının  26-da  Fərhad  Ağazadə  ÜMYTƏK-nin 



genişləndirilmiş  rəyasət  heyətinin  iclaslarında  (1-5  iyul  1929)  iştirak 

etmək üçün Maxaçqalaya ezam olunur və geri qayıdarkən yolda onun 

səhhəti  pisləşir.  Bundan  sonra  o,  “qida  borusunun  daralması”ndan 

əziyyət çəkməyə başlayır. Bir müddət Bakıda müalicə olunsa da, səh-

hətində irəliləyiş hiss olunmur. Onu müalicə edən həkimin 19 dekabr 

1929-cu il tarixdə verdiyi arayışda onun təkrar ciddi müalicə olunması 

vacibliyi göstərilir. O dövrdə belə xəstəliklərin ən yaxşı müalicəsi Le-

ninqrad Rentgen-Radioloji İnstitutunda aparılırdı. Bu məqsədlə,  müa-

licəsinə təşkilati və maddi yardım göstərilməsi xahişi ilə Fərhad Ağa-

zadə, 2 fevral və 9  mart 1930-cu il tarixli  məktublarla ÜMYTƏK-nə 

müraciət edir. 1930-cu il martın 3-də Xalq Səhiyyə Komissarlığı Fər-

had  Ağazadənin  Leninqrad  Rentgen-Radioloji  İnstitutunda  müalicəsi-

nə kömək olunması xahişi ilə Leninqrad Vilayət Səhiyyə Şöbəsinə te-

leqram vurur və beləliklə də, maddi və təşkilati köməklik alan Fərhad 

Ağazadə  Leninqrada  müalicəyə  gedir.  O,  martın  21-dən  etibarən  Le-


60 

 İsaxan İSaxanlı 

 

 

ninqradda Rentgen-Radioloji İnstitutun cərrahiyyə şöbəsində müalicə-



yə başlayır. Ona əməliyyat edilməsi təklifinə razılıq vermir. O, «həya-

tının ən nəcib dostu»  adlandırdığı (ifadə onun 22  mart tarixli  məktu-

bundan  götürülmüşdür)  həyat  yoldaşı  Gövhər  Xanıma  2  aprel  tarixli 

məktubunda yazırdı: «Mən əməliyyata razılıq vermədim. Rentgen şüa-



sı  ilə  müalicə  edəcəklər.  Əgər  vəziyyətim  pisləşsə,  çıxıb  evə  qayıda-

cam» 

 Bundan 2 həftə sonra, aprelin 17-də Bakıya qayıdır, müalicə gö-

türməsinə  baxmayaraq,  onun  səhhətində  yaxşılığa  doğru  heç  bir  irə-

liləyiş olmur.  

Tanınmış  pedaqoq,  dilçi,  jurnalist,  yazıçı-publisist,  nüfuzlu  icti-

mai xadim, “latın əlifbasının düşmənləri arasında belə bu əlifbanın ən 

nəhəng  nəzəriyyəçilərindən  biri  kimi  qiymətləndirilən”  Fərhad  Ağa-

zadə  1931-ci  il  yanvar  ayının  4-də  gözlərini  əbədilik  yumdu.  Fərhad 

Ağazadənin  ölümü  ilə  əlaqədar  “Komminist”  qəzetində  verilən  nek-

roloqda  deyilirdi:  “Ağazadə  yoldaşın  ən  böyük  xidmətlərindən  birisi 



də onun yeni türk əlifbasının yayılması yolundakı mübarizəsidir. Türk 

əlifbasının  yeni  latın  sisteminə  keçirilmə  məsələsi  irəli  atılan  gündən 

Ağazadə yoldaş bunun böyük mədəni nəticələr verəcəyini nəzərə  ala-

raq  yeni  əlifbanın  qəbul  edilməsi  və  yayılması  yolunda  aktiv  mübari-

zəyə başlamışdır. Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin 

üzvü olaraq Ağazadə yoldaş yeni əlifbanın bütün Şuralar İttifaqı türk, 

tatar xalqları arasında da yayılmasına çalışmışdır”.  

 

Nəticə 

 

21 iyul 1928-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 



tərəfindən  AYTƏK-nin  6  illik  yubileyi  münasibətilə  verilmiş  və  hə-

min  ilin  oktyabrında  komitənin  4-cü  sessiyasında  təsdiq  olunmuş  qə-

rarla,  1  yanvar  1929-cu  ildən  etibarən,  Azərbaycanda  ərəb  əlifbası, 

1923-cü  ildən  başlayaraq  paralel  tətbiq  olunan  latın  əlifbası  ilə  rəsmi 

əvəz olundu.  

Ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması uğrunda mübari-

zədə Fərhad Ağazadənin rolu çox böyükdür. Bu mübarizənin bir hərə-


Fərhad Ağazadə və latin əlifbasina keçid  

61 


 

 

kat  şəkli  almasından  sonra  Fərhad  Ağazadə  bu  yolda  ən  barışmaz  və 



ardıcıl mübarizə aparan şəxs olmuşdur. Onun “Əlifba tarixində türklə-

rin vəziyyəti” (1919), “Dilimizin türkləşməyinə çarələr” (1919), “Əlif-

banın dil yanlışlıqlarına təsiri” (1921), “Əlifba məsələsi əvvəlcə Azər-

baycanda  doğulduğu  kimi  yalnız  orada  da  həll  ediləcəkdir»  (1921), 

“Türk əlifbasını islah etmək olarmı?” (1922), “Türk əlifbasının islahı 

mümkündürmü?”  (1922),  “Nə  üçün  ərəb  hərfləri  Türk  dilinə  yara-

mır?”  (1922),  “Yeni  Türk  əlifbası”  (1922-  S.S.Axundzadə  və  M.C. 

Məhəmmədzadə ilə birlikdə), “Yeni Türk əlifbası ideyasının yaranma 

tarixi  və  həyata  keçirilməsi”  (1926,  rus  dilində),  “Yeni  Türk  əlifbası 

layihələrinin unifikasiyası üzrə materiallar» (1927, rus dilində), “Yeni 

əlifba  hərəkatının  inkişaf  tarixi  və  uğurları  haqqında  oçerk”  (1928–

Q.Qaraqaşlı  ilə  birlikdə,  rus  dilində),  və  s.  çoxsaylı  əsərləri  Fərhad 

Ağazadənin latın əlifbası yolunda necə səylə çalışdığını sübut edir.  

Fərhad  Ağazadə  haqqında  yeganə  monoqrafiyanın  müəllifi  pro-

fessor Əjdər Ağayev, Fərhad Ağazadənin yeni əlifba uğrunda mübari-

zədə  rolunu  belə  qiymətləndirir.  “F.Ağazadə  Yaxın  və  Orta  Şərqdə 



əsrlərdən  bəri  kök  salmış  ərəb  əlifbasının  nöqsanlarını  göstərən  və 

onu  islah  etməyə  çalışan,  bu  yolda  uzun  və  gərgin  mübarizə  aparan 

böyük  şəxsiyyət,  M.F.Axundovdan  sonra  bu  sahədə  ikinci  simadır. 

Sovet  Azərbaycanında  yeni  əlifba  ideyasını  birinci  olaraq  meydana 

atan F.Ağazadə yeni  əlifba uğrunda hərəkatın liderlərindən sayılmış-

dır”. 

Azərbaycanda  ərəb  əlifbasının  islahı  və  dəyişdirilməsi  uğrunda 

çalışanlar sırasında Cəlil Məmmədquluzadə (1866-1932), Firudin bəy 

Köçərli  (1863-1920),  Məmmədtağı  Sidqi  (1854-1904),  Rəşid  bəy 

Əfəndiyev  (1863-1942),  Mahmud  bəy  Mahmudbəyov  (1863-1923), 

Soltan  Məcid  Qənizadə  (1866-1937),  Məhəmməd  Ağa  Şaxtaxtlı 

(1846-1931),  Səməd  Ağamalıoğlu  (1867-1930),  Ömər  Faiq  Neman-

zadə  (1872-1941),  Azad  bəy  Əmirov  (1889-1939),  Süleyman  Sani 

Axundov (1875-1939), və s. şəxsiyyətlərin də rolu qeyd edilməlidir.  

Bu yazının məqsədi Azərbaycanda əsrlər boyu mövcud olan ərəb 

əlifbasından latın əlifbasına keçid prosesini izləmək idi. Bununla bağlı 

əsas məqamları belə sistemləşdirmək olar:  



62 

 İsaxan İSaxanlı 

 

 

1. Ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi ideyası ilk dəfə 



19-cu əsrin 70-ci illərində M.F.Axundovdan irəli gəlmişdir. 

2.  Bu  məsələnin  praktik  həyata  keçirilməsində  ilk  real  təşəbbüs 

M.F.Axundovun davamçılarından olan Mirzə Riza Xana məxsusdur. 

3.  20-ci  əsrdə  (əsasən  də  Oktyabr  inqilabından  sonra)  bu  ideya-

nın həyata keçirilməsi yolunda ən barışmaz mübarizə aparan əsas sima 

Fərhad Ağazadə olmuşdur. Fərhad Ağazadənin bu yolda tarixi xidməti 

ondan  ibarətdir  ki,  o  ardıcıl  və  planlı  mübarizə  nəticəsində,  onilliklər 

boyu  yalnız  ideya  olaraq  qalmış  yeni  əlifbanın  praktik  tətbiqinə  nail 

ola bildi. 

Fərhad  Ağazadə  «Nə  üçün  ərəb  hərfləri  Türk  dilinə  yaramır?» 

əsərində 19-cu əsrin ortalarından başlayan yeni əlifba üğrunda mübari-

zəni 3 dövrə ayırmışdır: 

1.

 

Mirzə Fətəli Axundov dövrü 



2.

 

Şaxtaxtlı Məhəmməd Ağa dövrü 



3.

 

İntibah  dövrü  –  Azərbaycanda  Şura  hökuməti  qurulandan 



sonrakı dövr. 

Fikrimizcə, Fərhad Ağazadənin bu yolda necə ardıcıl və sistemli 

mübarizə  apardığını  öyrəndikdən  sonra,  bu  mübarizədə  Oktyabr  in-

qilabından  sonrakı  dövrü  məhz  Fərhad  Ağazadə  dövrü  adlandırmaq 

daha doğru olar.  

Fərhad  Ağazadə  1880-ci  il  avqustun  12-də  Şuşada  anadan  ol-

muşdur.  1895-ci  il  iyunun  1-də  Fərhad  Ağazadə  Zaqafqaziya  Müəl-

limlər  Seminariyasının  (ZMS)  məzunu  Camal  bəy  Fətəlibəyovun  Şu-

şada açdığı (18 mart 1893-cü ildə açılmışdır) 1 sinifli rus-tatar məktə-

bini bitirir və elə həmin il sentyabrın 1-dən etibarən məhz Camal bəy 

Fətəlibəyovun təşəbbüsü və köməkliyi ilə ZMS-ın hazırlıq sinfinə qə-

bul edilir. 1900-cü ildə ZMS-i bitirən Fərhad Ağazadə təxminən 5 ilə 

yaxın  Xaçmaz,  Şuşa,  Gorus  məktəblərində,  eləcə  də  Yelizavetpol 

(Gəncə) şəhər məktəbində müəllimlik edir.  

1905-ci ilin dekabrında Fərhad Ağazadə Bakıya dəvət olunur və 

1-ci rus-müsəlman məktəbinə müəllim təyin edilir. Bu dövrdə müxtə-

lif vaxtlarda 1-ci və 4-cü rus-tatar (azərbaysan) məktəblərinə müdirlik 

edən Fərhad Ağazadə geniş ictimai fəaliyyətlə də uğurla məşğul olur. 



Fərhad Ağazadə və latin əlifbasina keçid  

63 


 

 

Fərhad  Ağazadə  o  dövrün  əsas  qəzetləri 



olan  “İrşad”,  “Həyat”  və.s  qəzetlərlə  sıx 

əlaqə saxlayır, məqalələr yazırdı.  

Fərhad Ağazadə 1906-cı il avqustun 

1-də  Bakıda  “Nicat”  maarif  cəmiyyətinin 

yaradılmasında  iştirak  edir  və  həmin  cə-

miyyətin  idarə  heyətinə  üzv  seçilir.  (Cə-

miyyətin  ilkin  adı  “Nəşri  maarif”  olmuş 

və  cəmiyyət  bir  müddət  qeyri-rəsmi  fəa-

liyyət göstərmişdir. Sonra avqustun 22-də 

rəsmi təsdiq edilmiş və adı dəyişdirilərək 

“Nicat” adlandırılmışdır). Məhz burada o, 

dövrünün  qabaqcıl  ziyalıları-  H.Zərdabi, 

S.S.Axundov,  Ü.Hacıbəyov  və  başqaları 

ilə tanış olmuş və birlikdə işləmişdir. 

1909-cu ilin yayında çarizmin rus-azərbaysan məktəblərində təh-

sil  siyasətinə  öz  etirazını  açıq  şəkildə  bildirən  (o,  bir  qrup  qabaqcıl 

müəllimlə birlikdə rus- azərbaysan məktəblərinə dövlət tərəfindən ve-

rilən ana dili dərslərinin az olduğunu bildirmiş və onun artırılması zə-

rurətini irəli sürmüşdü) Fərhad Ağazadə uzun sürən müzakirə və mü-

bahisələrdən sonra şəhər məktəbləri inspektoru Məcnun Qəniyevin sə-

rəncamı ilə 4-cü rus-azərbaysan məktəbinin müdiri vəzifəsindən azad 

edilir.  Bundan  sonra  Fərhad  Ağazadə  1909-cü  il  sentyabrın  1-də  dini 

cəmiyyət olan «Səadət» cəmiyyətinin eyniadlı məktəbinə müdir müa-

vini təyin edilir (məktəbin müdiri Əlibəy  Hüseynzadə idi) və 1920-ci 

ilə  qədər  burada  çalışır.  Fərhad  Ağazadə  burada  rus  dili  dərsi  deyən 

Üzeyir Hacıbəyovla birlikdə işləyir, hesab, cəbr və həndəsə dərslərini 

deyir.  Məktəbdə  ana  dili  dərslərini  Mirzə  Əbdülqədir  İsmayılzadə 

(Mikayıl Müşfiqin atası) deyirdi. 

1900-cu ildən pedaqoji fəaliyyətə başlayan Fərhad Ağazadə həm 

də  ciddi  surətdə  dərslik  yazmaqla  məşğul  olurdu.  O,  1908-ci  ildə  bir 

neçə nəfərlə birlikdə (Süleyman bəy Əbdürrəhmanzadə, Süleyman Sa-

ni  Axundzadə,  Abdulla  Talıbzadə,  Abdulla  bəy  Əfəndizadə  və  Mah-

mud  bəy  Mahmudbəyov)  “ikinci  il”,  1912-ci  ildə  “Ədəbiyyat  məc-

Fərщad Aьazadə 

(1880-1931) 


64 

 İsaxan İSaxanlı 

 

 

muəsi”  və.s  dərslikləri  yazmışdır.  Onun  maraqlı  əsərləri  arasında 



1915-ci ildə çap etdirdiyi “Firəngistan” kitabını da qeyd etmək lazım-

dır.  Fərhad  Ağazadənin  bir  neçə  tamamlanmış,  lakin  çap  olunmamış 

əsəri isə əlyazma şəklində onun fondunda saxlanılır. 

Fərhad  Ağazadə  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulandan 

sonrakı  illərdə  də  həmişə  cəmiyyətin  ən  vacib  məsələlərini  önə  çək-

mişdir.  Bu  dövrdə  o  səhhətində,  xüsusən  də,  sağ  ayağında  olan  çox 

ciddi problemlərə baxmayaraq (bir müddət sonra – 1922-ci ilin sonun-

da onun sağ ayağı təşrih edilmişdi) böyük əzm və inadkarlıqla, sözün 

əsl  mənasında,  ömrünün  sonuna  qədər  Azərbaycanın  həyatında  çox 

böyük əhəmiyyətə malik bir məsələ ilə - ərəb əlifbasının latın əlifbası 

ilə əvəz edilməsi məsələsi ilə məşğul olmuşdur. Yuxarıda geniş bəhs 

edildiyi  kimi  bu  sahədə  o,  M.F.Axundovdan  sonra  ikinci  sima  kimi 

qiymətləndirilir.  

Ölümündən  sonra  onun  şəxsi  arxivi  (yarımçıq  əlyazmaları,  ta-

mamlanmış  kitabları,  qiymətli  məlumatlarla  dolu  saxladığı  qəzet  və 

jurnal  kəsikləri,  məktub  və  teleqramları,  şəkilləri  və  s.,  eləcə  də  898 

(səkkiz  yüz  doxsan  səkkiz)  ədəd  kitabdan  ibarət  şəxsi  kitabxanası, 

onun  həyat  yoldaşı  Gövhər  Xanım  Ağazadə  tərəfindən  Azərbaycan 

Dövlət  Muzeyinə  təhvil  verilmişdir.  1979-cu  ildə  4  iyul  tarixli  27/7 

saylı  protokola  əsasən  Fərhad  Ağazadənin  şəxsi  fondu  Azərbaycan 

SSR  Mərkəzi  Dövlət  Ədəbiyyat  və  İncəsənət  Arxivinə  (indiki  Azər-

baycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət Ədəbiy-

yat  və  İncəsənət  Arxivi)  köçürülmüş  və  hazırda  81  saxlama  vahidi 

şəklində (fond - 515) burada saxlanılır. 

 

Ядябиййат 



 

1.

 



Мirzя Fяtяli Ахундов. 

ѐЯсярляриѐ,

 3 ъилддя, 3-ъц ъилд. АССР ЕА Няшриййаты, 

Бакы – 1962. 

2.

 

ѐМ.Ф. Ахундовун фондуѐ 



Азярбайъан Милли Елмляр Академийасы Республика 

Ялйазмалар Институту, Фонд-2 

3.

 

ѐФярщад Aьазадянин фондуѐ Азярбайъан Ресрубликасы Милли Архив Идаряси 



Азярбайъан Дювлят Ядябиййат вя Инъясянят Архиви, Фонд-515 

4.

 



Фярщад Аьазадя. 

ѐНя цчцн яряб щярфляри Тцрк дилиня йарамыр?ѐ 

Бакы – 1922 

(яски ялифба иля тцрк дилиндя). 



Fərhad Ağazadə və latin əlifbasina keçid  

65 


 

 

5.



 

Мирзя Рыза Хан. 

ѐМцнтяхябе Данешѐ

 (фарс дилиндя), Истанбул – 1891 

6.

 

ѐАзярбайъан



 Демократик Республикасы фондуѐ 

Азярбайъан Ресрубликасы Милли 

Архив Идаряси Азярбайъан Дювлят Архиви, Фонд-51 

7.

 



Абдулла Яфяндизадя. 

ѐСон Тцрк Ялифбасыѐ. 

Бакы-1919 

8.

 



ѐ

АМИК няздиндя ЙАЯК-нин фяалиййяти щаггындаѐ  

Азярбайъан Ресрубликасы 

Милли Архив Идаряси Азярбайъан Дювлят Архиви, Фонд-103 

9.

 

Ф.Агазаде, К.Каракашлы. “Oчерк по истории развития движения 



нового алфавита и его достижения” Издание ВЦК НТА, Казань, 1928. 

10.


 

Ф.Агазаде. “История возникновения и проникновения в жизнь идеи 



нового тюркского алфавита в АССР. С 1922 по 1925 год”. Издание 

КНТА, Баку- 1926. 

11.

 

Первый Всесоюзный Тюркологический с”езд 26 февраля-5 марта 1926 



(стенографический отчет), Баку-АССР, 1926 г. 

12.


 

Ф.Агазаде. “Материалы по унификации проектов нового тюркского 



алфавита”. Издание ВКНТА, Баку – 1927. 

13.


 

Яjdяr Аьайев. 

ѐФярщад Аьазадянин педагожи эюрцшляриѐ 

Маариф Няшриййаты, 

Бакы-1987. 

 

Summary  



 

TRANSITION TO LATIN ALPHABET IN AZERBAIJAN. 

A BRIEF JOURNEY TO HISTORY AND FARHAD AGAZADE 

 

Isaxan Isaxanli 



Khazar University 

  

The article briefly investigates the history of the process of transition from Arabic 



to Latin alphabet in Azerbaijan and follows dynamics of this process’ consistency 

and on the basis of archived facts. Activities of Farhad Agazade in this field in the 

early 20

th

 century as well as after the establishment of Soviet rule in Azerbaijan are 



broadly studied in the article.  

66 

 İsaxan İSaxanlı 

 

 

Axundovun ilk latın əlifbası layihəsi-1870  



 

Fərhad Ağazadə və latin əlifbasina keçid  

67 


 

 

Axundovun son latın əlifbası layihəsi-1873 



 

 


68 

 İsaxan İSaxanlı 

 

 

Fərhad Agazadənin latın əlifbası layihəsi-1906 



Fərhad Ağazadə və latin əlifbasina keçid  

69 


 

 

Abdulla Əfəndizadənin layihəsi-1919 



70 

 İsaxan İSaxanlı 

 

 

Éåíè òöðê ÿëèôáàñû – 1922 



 

Qeyd: Éåíè ÿëèôáàíûí áó èëê âàðèàíòû çàìàíû ìÿòáÿÿäÿ ÿëéàçìà øðèôòè  

                 îëìàäûüûíäàí úÿäâÿëäÿ ùÿðôëÿðèí ÿëéàçìàñû âåðèëìÿìèøäè 


Fərhad Ağazadə və latin əlifbasina keçid  

71 


 

 

Бирляшдирилмиш йени тцрк ялифбасы - 1927 



 

72 

 İsaxan İSaxanlı 

 

 

M.F.Axundovun latın sistemli əlifbasının ilk layihəsi (1870), son layihəsi (1873), 



Fərhad Ağazədənin layihəsi (1906), Abdulla Əfəndizadənin əlifbası (1919), 

AYTƏK-nin qəbul etdiyi Yeni Türk Əlifbası (1922) və ÜMYTƏK-nin qəbul etdiyi 

Birləşdirilmiş Türk Əlifbasının (1927) müqayisəli cədvəli 

 

Qeyd1: Müqayisənin daha anlaşıqlı olması üçün birinci sütunda indiki Azərbaycan 



əlifbası verilmişdir. 

Qeyd 2:  * sağır nun – bu hərf indiki Azərbaycan əlifbasında olmasa da göstərilən 

bütün layihə və əlifbalarda öz əksini tapdığı üçün müqayisə cədvəlində 

verilmişdir. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin