Ġsaxan Ġsaxanlı Xəzər Universiteti


Əlifba məsələsi müəllimlər qurultayında



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix06.03.2017
ölçüsü0,53 Mb.
#10328
1   2   3   4   5

 

Əlifba məsələsi müəllimlər qurultayında  

 

1906-1907-ci illərdə əlifba məsələsi yenidən gündəmə gəldi. Bu-



nunla bağlı Bakıda keçirilən birinci (1906) və ikinci (1907)  müəllim-

lər qurultayı haqqında qısaca danışmaq zəruridir.  

1906-cı  il  may  ayının  21-də  Nəriman  Nərimanov  (1870-1925), 

Həsən bəy Zərdabi (1842-1907), Fərhad Ağazadə (1880-1931) və baş-

qalarının fəal iştirakı ilə bir sıra müəllimlər Bakıda, “Nicat” Cəmiyyə-

tində bir yerə yığışaraq rus-azərbaysan məktəblərindəki vəziyyəti mü-

zakirə edirlər. Ətraflı müzakirələrdən sonra 3 bənddən ibarət aşağıdakı 

qərar qəbul edilir. 



1.  Avqust  ayının  15-də  Bakıda  müsəlman  müəllimlərindən  bir 

iclas  (qurultay)  tərtib  olunsun  və  iclasa  Qafqazın  hər 

yerindən müəllimlər dəvət olunsunlar. 

2.  Müəllimlərə  bu  iclasda  müzakirə  olunacaq  məsələlər  yazılıb 

məlum olunsun. 

3.  Əgər  məclisə  qeyri  yerlərdən  müəllimlər  az  gəlsələr,  Bakı 

müəllimlərinin  iclasını  iclasi-ümumi  hesab  etsinlər  və  onun 

qətnaməsinə  külli  müəllimlər  itaət  etsinlər  (burada  və 

bundan sonrakı bütün sitatlarda orfoqrafiya saxlanılmışdır). 

Bundan sonra qurultaya hazırlıq işlərinin  yüksək səviyyədə apa-

rılması  üçün  Nəriman  Nərimanov  (sədr),  Həsən  bəy  Zərdabi,  Fərhad 

Ağazadə, Əlisgəndər Cəfərzadə və Yusif Əfəndizadədən ibarət xüsusi 

komissiya  təşkil  edilir.  Qurultayda  müzakirə  ediləcək  hər  hansı  bir 

məsələyə  aid  bütün  suallarla  yalnız  3  nəfərə-  Nəriman  Nərimanov, 

Həsən  bəy  Zərdabi  və  Fərhad  Ağazadəyə  müraciət  edilməsi  tövsiyə 

edilirdi. May ayının 21-dən avqust ayının 11-nə qədər 12 iclas keçiri-

lir  və  müzakirələr  nəticəsində  keçiriləcək  müəllimlər  qurultayına  ha-

zırlıq işləri tam başa çatdırılır və qurultay avqustun 15-də başlayır. 


22 

 İsaxan İSaxanlı 

 

 

Birinci  qurultayda,  əsasən,  yeni  tədris  proqramları,  bu  tədris 



proqramlarına uyğun dərsliklərin hazırlanması, tədrisdə «lal metod»un 

ləğv  edilməsi,  yeni  təlim  metodunun  müəyyənləşdirilməsi  yolu  ilə 

məktəblərdə  tədrisin  vəziyyətinin  yaxşılaşdırılması,  müəllimlərin  hü-

quqlarının  qorunması,  Azərbaycan  dili  dərslərinin  həftəlik  saatlarının 

artırılması və bir sıra başqa məsələlər üzrə vacib qərarlar qəbul edilir. 

Fərhad Ağazadə qurultayın katibi olmuşdur. 

İkinci qurultayın bir il sonra keçirilməsi planlaşdırılır və bu döv-

rə qədər Azərbaycan dilində müxtəlif dərs kitablarının yazılması tövsi-

yə edilir.  

İkinci  qurultay  1907-ci  il  avqust  ayının  25-də  başlayır.  Birinci 

qurultayın tövsiyələrinə uyğun olaraq, Fərhad Ağazadə Abdulla Əfən-

dizadə və Süleyman Sani Axundovla birlikdə ərəb əlifbasının ciddi is-

lahı  üzərində  qurulmuş  bir  “əlifba”  kitabının  layihəsini  hazırlamışdı-

lar.  


Qurultayın 28 avqust tarixli iclasında bu “əlifba”nın üstünlüklə-

rini  sübut  etmək  üçün  Fərhad  Ağazadə  ətraflı  çıxış  edir  və  əlifbanın 

tətbiq  edilməsi  məsələsini  qaldırır.  Bu  məsələ  ətrafında  iclasda  möh-

kəm  müzakirələr  və  hətta  mübahisələr  olur.  Sonda  belə  qərara  alınır 

ki,  şərti  olaraq  Fərhad  Ağazadəyə  və  başqa  bir  müəllimə  (təəssüf  ki, 

mənbələrdə bu müəllimin kimliyi haqqında məlumat əldə etmək müm-

kün olmadı) bu əlifbanı tətbiq etməyə müvəqqəti icazə verilsin, müəy-

yən müddətdən sonra bunun məktəblilər tərəfindən necə qavranılması, 

uşaqların hansı zaman  ərzində kitab və  ya qəzet oxumaq səviyyəsinə 

çatması yoxlanılsın və sonra qəti qərar qəbul edilsin. Başqa mənbələr-

də bu məsələnin sonralar necə cərəyan etməsi haqda məlumat tapa bil-

məsək də, Fərhad Ağazadəyə istinad edərək deyə bilərik ki, qurultay-

da qəbul olunan bu qərar elə oradaca unudulmuş və nəticəsiz qalmışdı. 

Fərhad  Ağazadə  yazır:  «Qurultayın  sədarətində  əyləşmiş  şəxslərin 



məharəti  buradadır  ki,  nə  şişi  yandırdılar,  nə  də  kababı,  əlifbamızın 

qüsurlarını inkar etmədilər. Bizə də izn verdilər ki, yeni əlifbamızı təc-

rübədən  keçirək.  Lakin  Maarif  direktoru  bizə  izn  verərdimi  ki,  höku-

mət məktəbində hələ misli görünməmiş, nəticəsi bəlli olmamış bir əlif-

banı təlim edəydik, rəsmi məktəbdə təcrübələr yapaydıq? İştə, qüsur-

Fərhad Ağazadə və latin əlifbasina keçid  

23 


 

 

lar  etiraf  olundu.  Bizim  təklif  etdiyimiz  əlifba  da  əllərimizdə  qalub 



dünya  işığını  görmədi.  Bundan  istifadə  edərək,  yoldaşlarımızdan 

Mahmud bəy Mahmudbəyov cənabları, Çernyayevskinin üsuluna tabe 

olaraq  müsəvvər  türk  əlifbasını  (M.  Mahmudbəyovun  «Türk  əlifbası 

və  ilk  qiraət»  dərsliyi  nəzərdə  tutulur-İ.  İsaxanlı)  yaratdı  ki,  indiyə 



qədər davam edən əlifbaların ən dəyərlisidir».  

Fərhad Ağazadə İkinci Müəllimlər qurultayında əlifba məsələsi-

nin  müzakirəsinə  nail  olsa  da  bundan  uzağa  getmək  mümkün  olmadı 

və bununla bağlı hər hansı bir ciddi qərar qəbul edilmədi. Artıq müza-

kirələrlə  ciddi  nailiyyət  əldə  ediləcəyinə  inanmayan  Fərhad  Ağazadə 

bir neçə nəfərlə birlikdə (Süleyman bəy Əbdürrəhmanzadə, Süleyman 

Sani  Axundzadə,  Abdulla  Talıbzadə,  Abdulla  bəy  Əfəndizadə  və 

Mahmud  bəy  Mahmudbəyov)  1907-1908-ci  illərdə,  nəzərdə  tutulmuş 

bütün ciddi dəyişiklikləri özündə birləşdirən “ikinci il” (əlifba təlimin-

dən sonra oxunan birinci kitab) kitabını çap etdirirlər. Bu kitaba qarşı 

çox  böyük  narazılıqlar  və  hücumlar  olsa  da,  kitab  nailiyyətsiz  ötüş-

mədi. Faktik olaraq bu kitabla və onun təsiri altında  yazılmış bir sıra 

başqa dərsliklərlə köhnə ərəb əlifbasının zəifliyi və  yararsızlığı sübut 

olundu, islah olunmuş yeni əlifba və yazı qaydaları yavaş-yavaş Azər-

baycanda və Azərbaycandan kənarda müxtəlif mətbuat orqanlarında, o 

cümlədən  məşhur  “Tərcüman”  qəzetində  təbliğ  olunmağa  başlandı. 

Lakin bütün bu cəhdlərə baxmayaraq, əlifba məsələsində rəsmi qayda-

da  ciddi  dəyişikliyə  nail  olunması  müşkül  bir  işə  çevrilmişdi.  “Sanki 

bu bir müqəddəs şeydir, buna dolaşanın əlləri quruyarmış” (ifadə Fər-

had Ağazadənindir). 

Vacib bir faktı da qeyd edək ki, ikinci qurultayda Fərhad Ağaza-

də ərəb əlifbasının ciddi islahı uğrunda çalışsa da, hələ 1906-cı ildə o, 

latın qrafikalı bir əlifba layihəsi hazırlamışdı. Görünür, o zaman ərəb 

əlifbasının  yeni  latın  qrafikalı  əlifba  ilə  əvəz  edilə  bilməsinə  ciddi 

inanmadığına görə o, qurultayda daha real məsələni - ərəb əlifbasının 

islah edilməsi məsələsini qoymuşdur. Lakin bu fakta söykənərək hələ 

o illərdə Fərhad Ağazadənin latın əlifbası haqqında düşündüyünü deyə 

bilərik.  

 


24 

 İsaxan İSaxanlı 

 

 

latın əlifbası layihələri və «ərəbistlər»ə qarĢı mübarizə 



 

Əlifba  məsələsində  yeni  canlanma  Rusiyada  Oktyabr  inqilabın-

dan sonrakı dövrə təsadüf edir. 

 1917-ci ildə Rusiyada dalbadal baş verən iki inqilab çar Rusiya-

sının  devrilməsi  və  Sovet  hakimiyyətinin  qurulması  ilə  nəticələndi. 

Həmin illərdə Azərbaycanda Məmməd Əmin Rəsulzadə (1884-1955), 

Əlimərdan  bəy  Topçubaşov  (1865-1934)  və  başqalarının  rəhbərliyi 

altında aparılan siyasi iş Azərbaycan Xalq Cümhuriyyətinin qurulma-

sına gətirib çıxartdı.  

Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçi-

rilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal ye-

nə Fərhad Ağazadə olmuşdur. 

O, tez-tez mətbuatda əlifba ilə bağlı məqalələrlə çıxış edir, müx-

təlif müəlliflər tərəfindən təklif olunan əlifba layihələri haqqında  mə-

lumatlar  verir,  əlifba  məsələsini  mətbuatın  diqqət  mərkəzində  saxla-

yırdı. Artıq əlifba məsələsinin kifayət qədər ciddi müzakirə obyektinə 

çevrildiyini  görən  hökumət  1919-cu  ildə  məsələyə  müdaxilə  edir,  bu 

məsələ  ilə  bağlı  mart  ayının  21-də  hökumətin  nümayəndəsi  Xudadat 

bəy  Məlik  Aslanovun  məruzəsi  dinlənilir  və  nəticə  olaraq  427  saylı 

xüsusi  qərar  qəbul  edilir.  Qərarda  Xudadat  bəy  Məlik  Aslanovla  bir-

likdə  əlifba  islahatı  ilə  bağlı  xüsusi  komissiyanın  yaradılması  xalq 

maarifi  nazirinə  həvalə  edilir  və  bu  qərara  uyğun  olaraq  xalq  maarifi 

naziri yanında xüsusi komissiya yaradılır. 

Fərhad Ağazadə bu komissiyanın üzvü olsa da, o vaxt xəstə ol-

ması  ilə  əlaqədar  komissiyanın  iclaslarında  iştirak  edə  bilmir.  Lakin 

bu  məsələlərlə  bağlı  öz  fikirlərini  «Azərbaycan»  qəzetinin  276,  278, 

281,  294,  296  və  302-ci  nömrələrində  çap  etdirdiyi  «Əlifba  tarixində 

türklərin  vəziyyəti»  və  «Dilimizin  türkləşməyinə  çarələr»  adlı  silsilə 

məqalələrində bildirir. O, bu yazılarında ərəb əlifbasının faydasızlığını 

sübut edir və inkişafa nail olmaq üçün latın əlifbasına keçidin yeğanə 

düzğün yol olduğunu ciddi dəlillərlə əsaslandırır.  


Fərhad Ağazadə və latin əlifbasina keçid  

25 


 

 

Bu komissiyada 3 layihəyə baxılır. Bunlardan biri Abdulla Əfən-



dizadənin, biri Məhəmməd Ağa Saxtaxtlının, biri də Abdulla Tağızadə 

ilə Mirəziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi. 

Müzakirələr  nəticəsində  Abdulla  Əfəndizadənin  layihəsi  qəbul 

edilir və onun «Son türk əlifbası» adı ilə çapına icazə verilir. Layihə-

nin ölkə  miqyasında  tətbiq edilməsi üçün parlamentə  müraciət edilir. 

Lakin bu məsələnin parlamentdə müzakirəsinə imkan olmur və 1920-

ci il aprelin 28-də  Azərbaycanda hakimiyyət  çevrilişi baş verir, sovet 

hakimiyyətinin hərb maşını Qızıl Ordu Azərbaycanı işğal edir.  

Beləliklə,  «Son  türk  əlifbası»  tətbiq  olunmamış  qalır.  Bu  haqda 

Fərhad Ağazadə yazır. “Abdulla bəyin əsəri olan “Son Türk əlifbası” 



həm  ərəb,  həm  də  latın  hərflərilə  çap  edilib  ortalığa  çıxmışdı  isə  də, 

aprel döndərişi səbəbilə məktəbə, məişətə tətbiq edilməyib, boş-boşu-

na  əllərdə  qalmışdı”.  Təbii  ki,  bundan  sonra  müəyyən  müddət  əlifba 

məsələsi  arxa  plana  keçir  və  məsələnin  müzakirəsi  müvəqqəti  olaraq 

unudulur. Amma bu susqunluk çox çəkmir, 1921-ci ilin oktyabr ayın-

da  Əlirza  Rəsizadənin  “Kommunist”  qəzetində  çap  etdirdiyi  “Əlifba-

mızı  düzəltməkdənsə,  dilimizi  düzəltməyə  çalışalım”  adlı  yazısı  ilə 

əlifba məsələsində təxminən 6 ay sürən sükut pozulur. Bu yazıya Fər-

had  Ağazadə  “Əlifbanın  dil  yanlışlıqlarına  təsiri”  adlı  mübahisə  ru-

hunda yazılmış silsilə yazıları ilə cavab verir (“Kommunist” qəzeti, № 

228-230,  232-235,  1921).  Bu  yazılarında  Fərhad  Ağazadə  əlifbanın 

dəyişdirilməsi vacibliyini çox ciddi dəlillərlə sübut edir və bununla da 

mətbuat  müzakirələrinə,  demək  olar  ki,  son  qoymuş  olur.  Bu  haqda 

Fərhad Ağazadə özü yazır: “Əlifbanın dil yanlışlıqlarına təsiri adlı bu 



məqalələr mübahisə təriqi ilə yazılmışdırsa da, açıq-açığına meydana 

girib “Şərqli”nin (F.Ağazadənin–İ.İsaxanlı) iddialarını çürütməyə heç 

kəsdə cürət olmadı”. 

 Bundan sonra əlifba məsələsində daha praktik addımlar atılmağa 

başlanılır. 

1921-ci ilin dekabr ayından başlayaraq hər həftənin cümə günləri 

N.Nərimanovun  təşəbbüsü  ilə,  dil  və  əlifba  məsələlərinə  həsr  edilmiş 

müzakirələr keçirilirdi. Bu müzakirələr zamanı - 30 dekabr və 6 yan-

var tarixli iclaslarda əlifba məsələsində iki cərəyan  yarandı. “Latınçı-


26 

 İsaxan İSaxanlı 

 

 

lar” (ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsini israr edənlər) və 



“ərəbistlər”  (ərəb  əlifbasının  islahı  tərəfdarları).  Yanvar  ayının  13-də 

hər  iki  tərəfdən  ayrıca  komissiya  yaradıldı.  “Latınçılar”  komissiyası-

nın ümumi tərkibi 8 nəfərdən ibarət idi. Fərhad Ağazadə (sədr), Xuda-

dat Məlik Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, 

Həmid Şaxtaxtlı, Azad Əmirov, Əhməd Pepinov, və Hüseyn İsrafilbə-

yov.  “Latınçılar”  komissiyasına  Fərhad  Ağazadənin  sədr  seçilməsi 

onun əlifba məsələsində latınçılar arasında böyük hörmət və söz sahibi 

olduğunu göstərirdi. O dövrdə Azərbaycanda istifadə olunan ərəb əlif-

basına  müəyyən  dəyişikliklər  etməklə  bu  əlifbanın  saxlanılmasının 

xeyli tərəfdarları olsa da, əlifbanın yeni latın əlifbası ilə əvəz olunma-

sını  yeganə  düzgün  yol  hesab  edənlər  daha  sistemli  və  əsaslı  dəlillər 

gətirməklə bu mübarizədən qalib çıxdılar. 

O zaman “ərəbistlər” aşağıdakı 7 müddəanı ortaya qoyaraq latın 

əlifbasına keçidə heç bir ehtiyac olmadığını israr edirdilər.  



1) Hurufatın çətinliyi mədəniyyətə mane ola bilməz, olsaydı, sa-

biqədə ərəblərin və indi də yaponların mədəniyyəti olmazdı. 

Firənglərin və ingilislərin də imlaları çətindir, fəqət onların 

da mədəniyyəti bundan müşkülə düşməmişdir. 

2) Ərəb hurufatının çətinliyindən farslar və ərəblər özləri heç bir 

şikayət etmirlər. 

3) Hərgah ərəb hurufatının təbdilinə ehtiyac vardırsa, latın 

hurufatına nə için tərcih verilsin? Başqası yaramazmı? 

4) Latın hurufatı qəbul edilərsə, köhnə ədəbiyyatımızın başına nə 

gələcəkdir? 

5) Latın hurufatını camaət qəbul edərmi? 

6) Latın hurufatını qəbul edub-etməmək məsələsi için 

Azərbaycan cumhuriyyəti dar bir yerdir. Yalnız burada qəbul 

edilərsə, islam millətlərindən ayrılmış qalar. 

7) Hərgah latın hurufatına ehtiyac vardırsa, bunun qəbulu 

inqilab yolilə deyil, təkamül yolilə icra etməlidir.  

 Məhz Fərhad Ağazadə bütün bu suallar üzrə kəsərli dəlillərlə bu 

fikirlərin  səhv  olduğunu  və  latın  əlifbasına  keçidin  ən  düzgün  və 


Fərhad Ağazadə və latin əlifbasina keçid  

27 


 

 

qaçılmaz  yol  olduğunu  sübuta  yetirdi  və  faktik  olaraq  bundan  sonra 



ərəbistlərin mövqeləri ciddi surətdə zəiflədi. 

Bir neçə həftə ərzində keçirilən bu çox vacib müzakirələrin nəti-

cəsi olaraq həm “ərəbistlər”ə, həm də «latınçılar»a öz vahid layihələri-

ni hazırlayıb hökumətə təqdim etmək təklif edildi. “Ərəbistlər” vahid 

layihə hazırlaya bilmədilər, lakin «latınçılar» bir neçə müzakirələr ke-

çirərək  aprel  ayında  vahid  layihə  hazırlayıb  hökumətə  təqdim  etdilər 

və bu layihə hökumət tərəfindən təsdiq edildi. 

 

Azərbaycan Yeni Əlifba Komitəsinin fəaliyyəti 

 

1922-ci  ildə  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi  yanında 



Yeni  Əlifba  Komitəsi  (AYTƏK)  təşkil  edildi.  Komitənin  yaradılma-

sında məqsəd dilimizi, yazı və oxu sistemimizi sadələşdirmək məqsə-

dilə ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi prosesini tənzimlə-

mək  və  həyata  keçirmək  idi.  Komitənin  ilk  tərkibi  5  nəfərdən  ibarət 

idi.  Səməd  Ağamalıoğlu,  Fərhad  Ağazadə,  Xudadat  Məlik  Aslanov, 

Abdulla Tağızadə və Əhməd Pepinov.  

Komitənin  dəqiq  yaranma  tarixi,  ilk  tərkibi,  sədrin  seçilməsi  və 

bir  sıra  başqa  məsələlərlə  bağlı  konkret  arxiv  materiallarına  rast  gəl-

mədik, olan materiallar arasında isə xeyli uyğunsuzluqlar var. Müxtə-

lif mənbələrdə komitənin yaranma tarixi olaraq müxtəlif tarixlər gös-

tərilir. Komitənin keçirdiyi iclasların protokolları da bu tarixlərin han-

sının doğru, hansıının yanlış olduğunu haqqında dəqiq mənzərə yarat-

mır.  

Komitənin  ilk  sədrinin  kimliyi  haqqında  da  qarışıq  məlumatlar 



var. Məsələ ilə bağlı dərc olunmuş bütün mənbələrdə komitə sədrinin 

Səməd Ağamalıoğlu olduğu göstərilsə də, arxiv materialları bü məsə-

ləyə tam aydınlıq gətirir. Komitənin 1922-ci ildə müxtəlif təşkilatlarla 

çoxsaylı yazışma sənədlərindən, o cümlədən Azərbaycan Mərkəzi İc-

raiyyə  Komitəsinin  sədri  Səməd  Ağamalıoğlunun  özünün  imzası  ilə 

aparılmış yazışmalardan tam aydın olur ki, 1922-ci ilin noyabr ayının 

20-nə qədər komitənin sədri Fərhad Ağazadə olmuş, Səməd Ağamalı-

oğlu isə komitənin fəxri və siyasi sədri olmuşdur. 1922-ci ilin noyab-



28 

 İsaxan İSaxanlı 

 

 

rın  20-dən  etibarən  (Fərhad  Ağazadənin  ayağının  təşrih  olunması  ilə 



bağlı),  sədr  vəzifəsini  müəyyən  müddət  Abdulla  Tağızadə  icra  etmiş 

və  təxminən  1923-cü  ilin  mart  ayında  Səməd  Ağamalıoğlu  komitəyə 

sədr seçilmişdir. Bundan sonra Fərhad Ağazadə komitənin sədr müa-

vini, nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.  

Komitənin yaranmasıyla, yeni əlifba hərəkatı daha sistemli, daha 

planlı şəkildə həyata keçirilməyə başladı. 

Fəaliyyətinin ilk dövründə komitə öz işini 3 istiqamətdə aparırdı: 

1. Redaksiya və nəşriyyat şöbəsi 

 



 Komitənin  qəzet,  jurnal  və  materiallarının  dərc  olunması  və 

onların yayılması. 



2. Təlim və elm şöbəsi 

 



 Uşaqlar və böyüklər üçün əlifbanın tərtibi; 

 



 Yeni əlifba hərəkatı yolunda lazımi kitabların yazılması. 

3.

 

Təşkilati şöbə 

 



 Azərbaycanda və  Türk-tatar xalqlarının  yaşadıqları başqa  yer-

lərdə komitənin şöbələrinin yaradılması; 

 

 Mühazirələr, disputlar təşkil edilməsi yolu ilə yeni əlifba fikri-



nin  xalq  arasında  geniş  miqyasda  həyata  keçirilmə  ideyasını 

reallaşdırmaq  və  onu  həyata  keçirmək  yollarını  müəyyənləqş-

dirmək məqsədilə bütün türk xalqlarının iştirakı ilə bir qurultay 

çağırılmasına hazırlıq işlərinin aparılması; 

 

 Uşaqların və böyüklərin yeni əlifbaya öyrədilməsi, eləcə də, bu 



yolda  xüsusi  təlimatçı  və  təbliğatçıların  hazırlanması  üçün 

nümunəvi məktəblərin açılması.  

AYTƏK-nin 14 iyul 1922-ci ildə Fərhad Ağazədənin sədrliyi ilə 

keçirilən  iclasında  Azərbaycanın  rayonlarında  və  Azərbaycandan 

kənarda  komitənin  bir  sıra  yerli  təşkilatlarının  yaradılması  məsələsi 

müzakirə edilir və çox keçmir ki, komitənin aşağıdakı yerli təşkilatları 

yaradılır.  

 1922-ci  ildə  Şuşada,  Qazaxda,  Tovuzda,  Gəncədə,  Şəkidə,  Ağ-

damda, Şəmkirdə, Zakatalada, Göyçayda, Ağdaşda, Sabirabadda, Sal-

yanda,  Şamaxıda,  eləcə  də  Azərbaycandan  kənarda  Türküstanda, 

İrəvanda, Tiflisdə, 1923-cü ildə Qubada, Cəbrayılda. 


Fərhad Ağazadə və latin əlifbasina keçid  

29 


 

 

Ərəb  əlifbasının  latın  əlifbası  ilə  əvəz  edilməsində  bu  komitə 



həlledici rol oynadı və Yeni Türk əlifbasının düzülüşü müəyyənləşdi-

rildi. Bu əlifba qəbul edilərkən təqdim edilən 4 layihədən Abdulla Ta-

ğızadə və Mirəziz Seyidovun layihəsi daha çox istifadə edilmişdi (Qa-

lan 2 layihə Abdulla Əfəndizadə və Məhəmməd Şaxtaxtlının layihələri 

idi).  Burada  bir  məqama  diqqət  yetirək.  1919-cu  ildə  Maarif  Naziri 

yanında yaradılan komissiyada müzakirə edilən 3 layihədən biri məhz 

Abdulla  Tağızadə  və  Mirəziz  Seyidovun  birlikdə  təqdim  etdikləri 

layihə idi. Lakin o zaman bu layihə deyil, Abdulla Əfəndizadənin layi-

həsi  əsas  olaraq  götürülmüşdü.  Göründüyü  kimi  keçən  2  il  ərzində 

Abdulla  Tağızadə  və  Mirəziz  Seyidov  hər  biri  öz  layihəsini  hazırla-

mış, «latınçılar» komissiyasında öz layihələrinin əsasən qəbuluna nail 

ola  bilmişdilər.  Ümumiyyətlə,  latınlaşma  uğrunda  müburizə  bir  hərə-

kat şəklini aldığı vaxtdan, bu prosesin sonuna qədər bir sıra şəxslər, o 

cümlədən  Fərhad  Ağazadə,  Məhəmməd  Ağa  Şaxtaxtlı,  Həmid  bəy 

Şaxtaxtlı,  Abdulla  Əfəndizadə,  Abdulla  Tağızadə,  Mirəziz  Seyidov 

müxtəlif  layihələr  təklif  etməkdə  daha  fəal  olmuşlar.  Adı  çəkilənlər-

dən hər birinin öz əlifba layihəsi olmuşdur. 

Aparılan işlər nəticəsində «Azərbaycan Mərkəzi İcraiyyə Komi-

təsinin 1923-cü il 20 oktyabr tarixli qərarı ilə yeni əlifba, ərəb əlifbası 

ilə  bərabərhüquqlu  və  1924-cü  il  27  iyun  tarixli  qərarla  məcburi  və 

dövlət əlifbası hesab olundu» .  

Qeyd edək ki, bu komitə yeni əlifba ilə bərabər, müsəlman dün-

yasında istifadə olunan rəqəmlərin əvəzinə indiki Avropa rəqəmlərini 

də  qəbul  etmişdi.  Onu  da  qeyd  edək  ki,  bu  avropa  rəqəmlərini 

Azərbaycanda  ilk  dəfə  F.Ağazadə  işlətmişdir.  Fərhad  Ağazadənin 

AYTƏK-dəki  fəaliyyəti  o  qədər  genişəhatəli  və  məhsuldardır  ki,  bu 

rolu  dərk  etmək  və  əyani  surətdə  görmək  üçün  onun  təşkilatın  iclas-

larında iştirakı və fəaliyyəti ilə bağlı məqamların xronoloji ardıcıllıqla 

verilməsini ən doğru yol hesab edirik. Beləliklə: 

AYTƏK-nun 13 iyun 1922-ci il tarixdə keçirilən sayca 1-ci icla-

sında  Səməd  Ağamalıoğlunun  təklifi  ilə,  “komitənin  işlərinin  tez  və 

səliqəli  getməsi,  təşkilatın  qüvvətlənməsi  və  canlanması  məqsədilə” 

komitə  daxilində  8  nəfərdən  ibarət  xüsusi  idarə  yaradılır,  Fərhad 


30 

 İsaxan İSaxanlı 

 

 

Ağazadə  idarənin  sədri  seçilir  və  27  iyul  tarixdə  ona  bu  vəzifəsini 



təsdiq edən vəsiqə verilir.  

AYTƏK-nun 23 iyun 1922-ci il tarixdə keçirilən sayca 2-ci icla-

sında  əlifbanın  yenicə  çapdan  çıxması  münasibəti  ilə  tədbir  təşkil 

olunması  qərara  alınır  və  tədbirdə  əsas  mühazirəçi  olaraq  Fərhad 

Ağazadə çıxış edir. Elə bu iclasda ona xəstəliyi ilə əlaqədar iyul ayının 

1-dən  etibarən  2  aylıq  məzuniyyət  verilməsinə  baxmayaraq  işlərin 

çoxluğu cəmi 3 həftədən sonra onu işə qayıtmağa məcbur edir.  

AYTƏK-nun  14  iyul  1922-ci  il  tarixdə  keçirilən  sayca  4-cü  ic-

lasında Fərhad Ağazadəyə xəstəliyi ilə bağlı məzuniyyət verilməsi və 

bununla bağlı maddi köməklik göstərilməsi qərara alınır. Eyni zaman-

da qərara alınır ki, Moskvada yaşayan başqa türk millətləri nümayən-

dələri ilə əlaqələr yaratmaq və komitənin bir şöbəsinin orada açılması 

üçün Səməd Ağamalıoğlu Moskvaya ezam olunsun.  

AYTƏK-nun 25 iyul 1922-ci il tarixdə Fərhad Ağazadənin sədr-

liyi ilə keçirilən sayca 5-ci iclasında yeni əlifbaya alışanların oxuması 

üçün qəzetlərdə yeni əlifba ilə ayrıca sütun verilməsi, M.F.Axundovun 

hürufat  xüsusunda  olan  əlyazmalarının,  pulla  da  olsa,  Salman  Mum-

tazdan alınması və s. məsələlərlə yanaşı Fərhad Ağazadənin «nə üçün 

ərəb hərfləri türk dilinə yaramır?” əsərinin çap edilməsi məsələsi mü-

zakirə  olunur  və  kitab  bəyənilərək  tezliklə  2.000  nüsxə  ilə  çap  edil-

məsinə qərar verilir. 

Komitənin 4 avqust, 14 avqust və 27 avqust tarixlərində keçirilən 

sayca  6-cı,  7-ci  və  8-ci  iclaslarında  Fərhad  Ağazadənin  “Yeni  imla” 

kitabçası  geniş  müzakirə  edilir,  təklif  olunan  dəyişikliklərin  Əhməd 

Pepinov  tərəfindən  düzəldilməsindən  sonra  çapa  verilməsi  qərara  alı-

nır.  


Komitənin  27  avqust  tarixində  keçirilən  iclasında  xüsusi  qəzet 

buraxmaq məsələsi əsas yer tutur. 

Müzakirələr nəticəsində bununla bağlı aşağıdakı qərar qəbul edi-

lir: “Müvəqqəti olaraq “Kommunist” qəzetində əvvəlki kimi bir sütun 



buraxmaq ilə (yeni əlifba ilə - İ. İsaxanlı) bərabər, həftəlik “Yeni yol” 

adlı  bir  qəzetin  də  çıxarılmasına  çalışmalı  və  bu  xüsusda  hazırlıqlar 

görməli”.  

Fərhad Ağazadə və latin əlifbasina keçid  

31 


 

 

18 oktyabr 1922-ci ildə keçrilən sayca 13-cü iclasda Fərhad Ağa-



zadə  yeni  əlifba  yolunda  qəzet  və  jurnalların  rolundan  danışır  və  bu 

haqda geniş məlumat verir. Bu iclasda Səməd Ağamalıoğlunun təklifi 

ilə belə bir qərar qəbul edilir ki, qısa müddətdə yeni kitablar nəşr edil-

sin. Əgər komitə tərəfindən yeni kitablar təklif edilməzsə, ərəb əlifbası 

ilə yazılmış kitablardan bəziləri yeni əlifba ilə çap etdirilsin. Bu məsə-

lənin  müzakirəsində  Fərhad  Ağazadə  qəti  olaraq  belə  bir  fikrin  üzə-

rində durur ki, ərəb əlifbasıyla  yazılmış kitabların  məzmunsuzluğunu 

nəzərə  alıb,  yeni  kitablar  nəşr  etmək  lazımdır.  Bu  məsələ  ilə  ciddi 

məşğul olmaq üçün Cəlil Məmmədquluzadə (sədr), Abdulla Tağızadə 

və  Hacı  Kərim  Sanılıdan  ibarət  bir  komissiya  yaradılır.  Bu  iclasda 

Fərhad Ağazadənin təklifi ilə komitə üzvlərinin məvacibinin 50 manat 

artırılması qərara alınır. 

15 noyabr 1922-ci ildə keçirilən 16-cı iclasda Fərhad Ağazadəyə 

ayağının təşrih edilməsi ilə bağlı noyabrın 20-dən müalicəsi qurtarana 

qədər məzuniyyət verilir və onun işlərinin aparılması Abdulla Tağıza-

dəyə tapşırılır.  

9  fevral  1923-cü  ildə  keçirilən  19-cu  iclasda  Mirzə  Cabbar  Mə-

həmmədzadə  Fərhad  Ağazadənin  “Nə  üçün  ərəb  hərfləri  türk  dilinə 

yaramır?” kitabı haqqında məruzə edir və kitabın yenidən 1500 nüsxə 

çap edilməsi qərara alınır. 

20 fevral 1923-cü ildə keçirilən 20-ci iclasda «Yeni yol» qəzetin-

də  keyfiyyətin  yüksəldilməsi  üçün  komitə  üzvləri  X.  Məlik  Aslanov, 

Əhməd Pepinov və C. M. Əfəndiyevin qəzet ilə yaxından əlaqədə işlə-

mələri qərara alınır. Üstəlik qərara alınır ki,  qəzetdə kənar adamların 

yazdıqları yazıya görə hər sətrə 1 qəpik verilsə də, komitə əməkdaşla-

rına bu işlərə görə sətirhesabı deyil, yalnız hər ayın sonunda müəyyən 

kompensasiya verilsin. 

11  aprel  1923-cü  ildə  keçirilən  22-ci  iclasda  komitə  üzvlərinin 

məvacib  məsələsi  müzakirə  edilir  və  Fərhad  Ağazadəyə,  Cəlil  Məm-

mədquluzadə ilə birlikdə, ən yüksək 17-ci dərəcəli məvacib təyin edi-

lir. 

Bu  dövrdə  Fərhad  Ağazadə  səhhətində  olan  problemlərlə  bağlı 



komitənin  iclaslarında  müntəzəm  iştirak  edə  bilmir.  5  iyul  1923-cü 

32 

 İsaxan İSaxanlı 

 

 

ildə keçirilən 28-ci iclasda ona məvacibi qabaqcadan ödənilməklə iyu-



nun  15-dən  etibarən  yenidən  2  aylıq  məzuniyyət  verilir.  O,  xəstə  ol-

masına baxmayaraq, onu yeni əlifbanın bəzi hərflərinin dəyişdirilməsi 

ilə  bağlı  yaradılan  komissiyanın  tərkibinə  daxil  edirlər.  (Cəlil  Məm-

mədquluzadə,  Hacı  Kərim  Sanılı,  Abdulla  Tağızadə,  rəssam  Əzim 

Əzimzadə  ilə  birlikdə)  və  sonradan,  7  mart  1924-cü  il  tarixli  iclasda 

bu məsələ ilə yalnız Abdulla Tağızadə və Fərhad Ağazadənin məşğul 

olması məqsədəuyğun hesab edilir.  

10  yanvar 1924-cü ildə keçirilən ilin 1-ci iclasında Fərhad Ağa-

zadə komitənin nəşriyyat işləri haqqında danışır, eləcə də Azərbaycan-

da  şrift  tökən  fabrikin  vacibliyindən  söhbət  açır  və  onun  təklifi  ilə 

Azərbaycan Xalq Komissarları Şurasına müraciət edilməsi qərarlaşdı-

rılır.  


30  yanvar  1924-cü  ildə  keçirilən  2-ci  iclasda  Fərhad  Ağazadə 

komitə  tərəfindən  nəşr  edilən  kitabların  məzmununa  ciddi  fikir  veril-

məsi və bunun üçün xüsusi müsabiqə keçirilməsi təklifi ilə çıxış edir. 

AYTƏK-nin 31 dekabr 1923-cü il tarixli sərəncamı ilə komitə 4 

şöbəyə bölünsə də, 30 mart 1924-cü il tarixli iclasda müzakirələr nəti-

cəsində komitənin aşağıdakı 5 şöbəyə bölünməsi qərara alındı: Nəşriy-

yat  şöbəsi  (müdir  Fərhad  Ağazadə),  Bakı  və  dairəsi  (müdir  Bəhram 

Bəhramov), Qəzalar (müdir Cabbar Məhəmmədzadə), Qəzet (idarə he-

yəti  üzvləri  Bəhram  Bəhramov  və  Cəlil  Məmmədquluzadə),  İdarə 

(müdir İdris Həsənli). 

25  aprel  1924-cü  ildə  AYTƏK-nin  fəaliiyəti  haqqında  ümumi 

məruzədə  komitənin  təxminən  2  illik  fəaliyyəti  ümumilikdə  yüksək 

qiymətləndirilməsə  də,  Fərhad  Ağazadənin  (həmçinin  Abdulla  Tağı-

zadənin) səmərəli fəaliyyəti xüsusi qeyd edilmişdir.  

1924-cü il iyulun 22-dən etibarən Fərhad Ağazadə müalicə məq-

sədilə Moskvaya göndərilir və sentyabrın 9-da qayıdaraq öz vəzifəsi-

nin icrasına başlayır. 

 24  dekabr  1924-cü  ildə  keçirilən  iclasda  “Gələcək”  adlı  məc-

muənin  buraxılması  qərara  alınır  və  məcmuəyə  plan  tərtib  edilməsi 

Fərhad Ağazadəyə tapşırılır.  



Fərhad Ağazadə və latin əlifbasina keçid  

33 


 

 

24 fevral 1925-ci ildə keçirilən ilin ilk iclasında Fərhad Ağazadə 



komitənin  nəşriyyat  şöbəsinin,  komitə  yaranandan  bu  günə  qədərki 

fəaliyyəti  haqqında,  geniş  məruzə  edir.  Bu  iclasda  Fərhad  Ağazadə 

Qəhrəman Qaraqaşlı ilə birlikdə “Yeni yol” qəzetinin nəşriyyat kolle-

giyasına da üzv seçilir. 

25  mart  1925-ci  ildə  keçirilən  iclasda,  4-cü  Azərbaycan  Şuralar 

Qurultayının qərarına uyğun olaraq, 1925-1926-cı tədris ilindən etiba-

rən 1-ci dərəcəli  məktəblərin hansı  qruplarında YTƏ-nın tətbiq olun-

ması məsələsi müzakirə edilir. Bunu müəyyənləşdirmək üçün 3 nəfər 

AYTƏK-dən və 1 nəfər də XMK-dan olmaqla bir komissiya yaradılır. 

Fərhad Ağazadə də bu komissiyaya daxil edilir.  

5  may  1925-ci  ildə  komitə  nəzdində  Fərhad  Ağazadə,  Vəli  Xu-

luflu, Qəhrəman Qaraqaşlı, Həsən İmanov və Yusif Əlizadədən ibarət 

daimi nəşriyyat komissiyası yaradılır. 

6 may 1925-ci ildə keçirilən iclasda Fərhad Ağazadəyə xəstəliyi 

ilə əlaqədar 200 (iki yüz) manat maddi yardım göstərilir. 

AYTƏK RH-nin 22 avqust 1925-ci ildə keçirilən iclasında Fər-

had Ağazadə Akademiyanın Leninqradda keçiriləcək 200 illik yubiley 

mərasimi haqqında məruzə edir və komitənin bu tədbirdə təmsil olun-

ması üçün uyğun təlimatın hazırlanması da ona tapşırılır. Qərara alınır 

ki, hazırda komitənin işlərinin çoxluğu ilə bağlı komitə nümayəndələ-

rinin  bu  tədbirdə  iştiraketmə  imkanı  olmadığından,  tədbirdə  komitəni 

prof.  A.N.  Samoyloviç,  prof.  Bəkir  Çobanzadə  və  həmin  dövrdə  Le-

ninqradda  təhsil  alan  tələbə  Abdulla  Tağızadə  təmsil  etsinlər.  Bu 

məqsədlə  avqustun  23-də  Fərhad  Ağazadə  adı  çəkilənlərə  komitə 

adından müraciət göndərir.  

AYTƏK  RH-nin  23  oktyabr  1925-ci  ildə  keçirilən  iclasında 

Fərhad  Ağazadə  komitənin  nəşriyyat  işləri  haqqında  məruzə  edir.  2 

həftə ərzində nəşriyyat şöbəsinin gələcək fəaliyyətinin planlaşdırılma-

sı üçün M.C.Məhəmmədzadə (sədr), Fərhad Ağazadə, Bəkir Çobanza-

də,  Teymur  Hüseynov  və  M.S.Ordubadidən  ibarət  xüsusi  komissiya 

yaradılır.  

3  noyabr  1925-ci  ildə  AYTƏK-nin  Bakıda  keçiriləcək  Birinci 

Beynəlxalq  Türkoloji  Qurultayda  iştirakı  ilə  əlaqədar  hazırlıq  görən 


34 

 İsaxan İSaxanlı 

 

 

komissiyanın iclası keçirilir. Qurultayda komitənin fəaliyyəti xüsusun-



da məruzə edilməsi Fərhad Ağazadəyə həvalə edilir.  

AYTƏK-nin 25 dekabr 1925-ci ildə keçirilən ilin son iclasında, 

Azərnəşrdə  nadir  kitabların  çap  edilməsi  üçün  lazımi  vəsaitin  müəy-

yən  edilməsi  məqsədi  ilə  5  nəfərdən  ibarət  (Yusif  Nazirov,  Əhməd 

Pepinov, Dadaş Zeynallı, L.M. Lifşits və Fərhad Ağazadə) xüsusi ko-

missiya yaradılır və Fərhad Ağazadə komissiyanın sədri seçilir. 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin