Fərhad Ağazadə və latin əlifbasina keçid
45
Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin yaranması
Qurultay başa çatdıqdan bir gün sonra, Səməd Ağamalıoğlunun
təşəbbüsü ilə, qurultayda latın əlifbası lehinə səs vermiş türk-tatar
xalqları nümayəndələrinin ayrıca bir xüsusi iclası keçirildi və yeni
əlifbanın ümumittifaq miqyasda həyata keçirilməsi prosesinə təkan
vermək və bunu tənzimləmək məqsədilə, bir mərkəzi təşkilatın yara-
dılması vacibliyi haqqında fikir meydana çıxdı. Belə bir təşkilatın ya-
radılmasına qədər bu funksiyanı, bu sahədə ilk addım atmış və xeyli
təcrübəsi olan AYTƏK-in həyata keçirməsi planlaşdırıldı. Lakin tez-
liklə bu məsələ ilə köməkçi bir iş kimi yox, xüsusi bir iş kimi məşğul
olacaq təşkilata ehtiyac bütün ciddiliyi ilə duyulmağa başladı.
1927-ci il fevralın 13-də Moskvada SSRİ MİK-nin sessiyası ke-
çirilirdi. Sessiyada SSRİ ərazisində yaşayan türk-tatar xalqlarının nü-
mayəndələrinin də iştirak etdiyindən istifadə edən Səməd Ağamalıoğ-
lu, onların iştirakı ilə ayrıca bir toplantı keçirir və yeni əlifba hərəka-
tının Ümumittifaq miqyasda həyata keçirilməsi prosesini tənzimləmək
məqsədilə xüsusi bir təşkilat yaratmağı təklif edir. S.Ağamalıoğlunun
bu təklifi müsbət qarşılanır və elə oradaca bu işlə məşğul olmaq üçün
onun sədrliyi ilə 7 nəfərdən ibarət xüsusi komissiya yaradılır. Komis-
siya türk-tatar xalqlarına yaşadıqları yerlərdən öz xüsusi namizədlərini
irəli sürmələri barədə müraciət edir. Təxminən 2 ay müddətində nami-
zədlərin siyahısı toplanır və 39 nəfərdən ibarət komitə heyəti müəy-
yənləşdirilir. Bu rəqəm respublikalar arasında belə bölünmüşdü: Azər-
baycan–4, Gürcüstanda yaşayan türklər–1, Ermənistanda yaşayan
türklər–1, Naxçıvan–1, Özbəkistan–4, Türkmənistan–2, Başqırdıstan–
2, Tacikistan–1, Dağıstan–2, Qazaxıstan–3, Qırğızıstan–1, Krım–1,
Tatarıstan–2, Qara Qalpak–1, Şimali Qafqaz (Dağıstandan əlavə) –3,
ayrı-ayrı təşkilatlardan–10.
Nəhayət, SSRİ MİK-nin 11 may 1927-ci il tarixli sərəncamı ilə
yeni əlifba hərəkatının Ümumittifaq miqyasda həyata keçirilməsini tən-
zimləmək məqsədilə Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsi
(ÜMYTƏK) yaradıldı və Səməd Ağamalıoğlu bu komitənin sədri
46
İsaxan İSaxanlı
seçildi. Komitənin əsas nümayəndəliyi Moskvada yerləşsə də, sonralar
1928-ci ilin may ayının 1- dən etibarən komitə Bakıya köçürüldü.
ÜMYTƏK-nin birinci plenumu
Komitə yaradılandan təxminən, 3 həftə sonra, 1927-ci il iyunun
3-də ÜMYTƏK-nin ilk plenumu Bakıda çağırıldı. Plenumun çağırıl-
masını zəruri edən əsas səbəb, müxtəlif respublikalarda hazırlanmış
əlifba layihələri arasında böyük fərqlərin olması və hər layihə sahi-
binin öz layihəsini ciddi müdafiə etməsi idi. Bu isə nəticədə yeni əlif-
ba hərəkatına ciddi mənfi təsir göstərəcək qədər təhlükəli ola bilərdi.
Odur ki, vaxt itirmədən, bütün türk-tatar xalqlarını razı salacaq vahid
əlifba formasına gəlmək, başqa sözlə, layihələrin unifikasiyasına (bir-
ləşdirilməsinə) nail olmaq lazım idi və elə buna görə də bu plenuma
“unifikasiya plenumu” adı verilmişdi. Plenuma, əsasən, yeni əlifbanı
artıq qəbul etmiş və yaxud qəbul etməyə rəsmi razılığını vermiş yer-
lərdən nümayəndələr dəvət olunmuşdu. Bununla yanaşı azsaylı xalqlar
adından da, Moskvadan millətlərarası məsələlərlə məşğul olan mərkə-
zi təşkilatdan nümayəndələr var idi. Bir neçə gün davam edən müzaki-
rələr nəticəsində, iyunun 6-da müxtəlif Türk-Tatar respublikaları tərə-
findən təqdim edilmiş əlifba layihələrinin unifikasiya edilməsinə nail
olundu və birləşidirilmiş yeni Türk əlifbası qəbul edildi (1, səh. 85).
Unifikasiya edilmiş əlifbanın qəbul edilməsi, yeni əlifbaya keçməkdə
tərəddüd edən xalqların son inadını qırmış kimi görünürdü. “O, (ərəb
əlifbası-İ. İsaxanlı) bir daha dirilə bilməyəcək, bundan sonra ömrünü,
yaşayan mətbuat dünyasında, mətbəələr aləmində deyil, arxivlər istira-
hətgahında keçirəcəkdir”. Təqdim edilmiş layihələr arasında birləşdiril-
miş yeni Türk əlifbasına ən yaxını AYTƏK-nin hazırladığı variant idi.
Fərhad Ağazadə plenumun işində çox fəal iştirak etmiş, birləşdi-
rilmiş əlifbada hərflərin düzülüşünün, əsasən, Azərbaycan variantı üzrə
aparılmasında məhz onun fikri keçərli olmuşdur. Belə ki, Qırğızıstan
nümayəndəsi hərflərin düzülüşü üçün, ərəb və latın əlifbalarının hər
ikisindən götürülmüş ortaq sistemə əsaslanan Qırğız variantını təklif
Fərhad Ağazadə və latin əlifbasina keçid
47
edəndə, Fərhad Ağazadə buna ciddi etiraz etmiş və yeganə düzgün va-
riantın Azərbaycan variantı olduğunu kəsərli dəlillərlə sübut etmişdir.
ÜMYTƏK-nin ikinci plenumu
1928-ci ilin yanvar ayının 7-də ÜMYTƏK-nin 2-ci plenumu
Daşkənddə çağırıldı. Bu plenumda iştirak etmək üçün ÜMYTƏK
Fərhad Ağazadəyə 19 dekabr 1927-ci il tarixdə dəvətnamə göndərir və
onun bütün xərclərinin ödənilməsini öz üzərinə götürür. Bu plenumda
müzakirə olunan əsas məsələ, Bakı plenumunda unifikasiyaya nail
olunduqdan sonrakı dövrdə yerli əlifba komitələrində görülən işlər idi.
Bununla bağlı Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Qaf-
qaz əlifba komitələrində görülən işlərə aid məruzələr dinlənildi. Nəticə
olaraq, plenum ÜMYTƏK-nin fəaliyyətinin daha da genişləndirilməsi,
yerli əlifba komitələrinə diqqətin artırılması, bu əlaqələrin gücləndiril-
məsi məsələsinin vacibliyini qeyd edir.
Fərhad Ağazadə Daşkənd plenumunun işində fəal iştirak etmiş-
dir. Plenumda bir sıra natiqlər Azərbaycanı unifikasiya edilmiş əlifba-
ya keçməməkdə suçlayırdılar. Unifikasiya edilmiş əlifbanın qəbul
olunduğu Bakı plenumundan, təxminən 6 ay müddət keçsə də, Azər-
baycanın unifikasiya edilmiş əlifba istiqamətində heç bir addım atma-
ması ona qarşı bu tip iradlara əsas vermişdi. (Azərbaycan unifikasiya
istiqamətində ilk praktik addımını yalnız 1928-ci il oktyabr ayının 27-
də AYTƏK-nin xüsusi iclasında, unifikasiya edilmiş əlifbanın 2 hər-
fini – “ş” və “ь” (indiki “ş” və “ı”) hərflərini qəbul etməklə atdı).
Plenumun yanvarın 9-da keçirilən 3-cü iclasında Fərhad Ağaza-
də orfoqrafik konfransın keçirilməsi zərurəti (bu orfoqrafik konfrans
plenumdan təxminən 2 həftə sonra, yanvar ayının 25-30 aralığında Ba-
kıda Xalq Maarif Komissarlığı (XMK) və AYTƏK təşkilatçılığı ilə
çağırıldı) və yeni əlifbanın uğurla həyata keçirilməsi üçün xüsusi təb-
liğatçıların hazırlanması məqsədilə Moskvada keçirilən yay kursları
haqqında məlumat verməklə yanaşı, Azərbaycanda unifikasiya edilmiş
əlifbaya keçid prosesinin özünəməxsusluğundan danışır. O, qeyd edir
ki, əlifbanın unifikasiya edilməsinə 1927-ci ildə nail olunmuşdursa da,
48
İsaxan İSaxanlı
Azərbaycanda bu hərəkat təxminən 5 il əvvəl, 1922-ci ildən başlamış-
dır. Bu müddətdə Azərbaycanda hələ unifikasiya edilməmiş əlifba ilə
xeyli işlər görülmüşdür, çoxlu sayda ədəbiyyat, xüsusən də dərsliklər
çap edilmişdir. Odur ki, birdən-birə bütün bunları atıb tələsik unifika-
siya edilmiş əlifbaya keçmək Azərbaycanın həyatında xeyli çətinliklər
yaradar. Azərbaycan unifikasiya edilmiş əlifbaya keçir, lakin tədricən,
pillə-pillə.
Bu iclasda prof. L.İ.Jirkov Azərbaycana ayrılan maliyyə yardı-
mının dayandırılması təklifi ilə çıxış edərkən, Fərhad Ağazadə qeyd
edir ki, Azərbaycanda işlər sona yetişmək üzrə olsa da, hal-hazırda
maliyyə dəstəyinə böyük ehtiyac var. Xüsusən də buraxılan qəzetlərin
buna ehtiyacı var. Yeni əlifbanın həyata keçirilməsində böyük rolu
olan qəzetlər, onsuz da maliyyə problemləri üzündən vaxtlı-vaxtında
və lazımi tirajlarla çıxa bilmir.
Plenumun yanvarın 10-da keçirilən 4-cü iclasında Azərbaycanda
unifikasiya məsələsi yenidən müzakirə obyektinə çevrilir. ÜMYTƏK-
nin üzvləri Mahmud Nedim (Krım) və Osman Alıyev (Özbəkistan)
yenidən Azərbaycanı unifikasiya edilmiş əlifbaya keçməməkdə, bu-
nunla da bu istiqamətdə görülən ümumi işlərə mənfi təsir göstərmək-
də, üstəlik Fərhad Ağazadənin özünü də 1927-ci ilin yayında Moskva-
dakı yay kurslarında mühazirələr oxuduğu zaman unifikasiya edilmiş
əlifbanı yox, Azərbaycan əlifbasını təbliğ etməkdə suçlayırlar. Bu fi-
kirlərin yanlış olduğunu söyləyən Fərhad Ağazadə deyir: “Mən əlif-
banın yaranma tarixi ilə bağlı mühazirələr oxumaq üçün dəvət olun-
muşdum və təbii ki, bununla əlaqədar, prosesin hər məqamını izlə-
məliydim, əlbəttə Azərbaycan əlifbası haqqında da deməliydim. Kurs-
ların proqramını mən yox, ÜMYTƏK-si müəyyən etmişdi. Mühazirələ-
rin mətni dəqiqliyilə yazılmış və hazırda çap olunmaq üzrədir və gü-
man edirəm ki, yaxın günlərdə hazır olar. Mən Mahmud Nedimdən xa-
hiş edirəm onları diqqətlə oxusun. Mən paralel olaraq əlifbanın bütün
məqamlarından danışmışam və unifikasiya edilmiş əlifbanı müdafiə
etmişəm”.
(ÜMYTƏK-nin qarşısına qoyduğu əsas məsələlərdən biri də yeni
əlifba hərəkatını uğurla həyata keçirmək üçün savadlı təbliğatçı- inst-
Fərhad Ağazadə və latin əlifbasina keçid
49
ruktorların hazırlanması idi. Məhz bu məqsədlə 1927-ci ilin iyun ayı-
nın 18-dən avqust ayının 18-ə qədər Moskvada 1 aylıq xüsusi kurslar
təşkil edilmişdi. Bu kurslarda əsas mühazirəçilərdən biri də Fərhad
Ağazadə idi. Bu kurslarda oxunan mühazirələrin mətnlərinin dərc
olunması haqda məlumatlar olsa da, təəssüf ki, onları əldə edə bilmə-
mişik.)
Yanvarın 11-də keçirilən 5-ci iclasda Fərhad Ağazadə çıxış edə-
rək dərsliklərin çapı, yerlərdə kursların açılması və s. ilə bağlı fikirlər
söyləyir, eləcə də AYTƏK-nin başqa respublikaların əlifba komitələri-
ni ədəbiyyatla təmin etməsindən danışaraq qeyd edir ki, AYTƏK ona
müraciət edən heç bir əlifba komitəsini əliboş qaytarmamış, imkan
dairəsində, az sayda olsa da, ədəbiyyatla təmin etmişdir.
Bu dövrdə, demək olar ki, bütün türk-tatar respublikalarında
ÜMYTƏK-nin yerli komitələri fəaliyyət göstərir, yeni əlifbaya keçid
məsələsi xüsusi dekretlərlə rəsmiləşdirilirdi. 1928-ci il ərzində bir sıra
respublikalarda yeni əlifbaya keçidlə bağlı xeyli vacib qərarlar qəbul
edilmişdi:
latın əlifbasının dövlət əlifbası elan olunması haqqında Türk-
mənistan Mərkəzi İcraiyyə Komitəsinin 3 yanvar 1928-ci il
tarixli qərarı.
2 il müddətində Tatarıstanda latın əlifbasına keçirilməsi haq-
qında Tatarıstan Vilayət Komitəsinin 29 yanvar 1928-ci il
tarixli qərarı.
latın əlifbasının dövlət əlifbası elan olunması haqqında Özbə-
kistan Mərkəzi İcraiyyə Komitəsi 3-cü sessiyasının 8 mart
1928-ci il tarixli qərarı.
latın əlifbasının dövlət əlifbası elan olunması haqqında Krım
respublikası Mərkəzi İcraiyyə Komitəsinin 9 may 1928-ci il
tarixli qərarı.
latın əlifbasının dövlət əlifbası elan olunması haqqında Başqır-
dıstan Mərkəzi İcraiyyə Komitəsinin 11 may 1928-ci il tarixli
qərarı.
RSFSR-da yaşayan türk azsaylı xalqları üçün yeni türk əlifbası-
nın qəbul edilməsilə bağlı SSRİ Mərkəzi İcraiyyə Komitəsinə
50
İsaxan İSaxanlı
təklif verilməsi haqqında RSFSR Xalq Maarifi Komissarlığı
kollegiyasının 23 may 1928-ci il tarixli qərarı.
1 yanvar 1929-cu ildən etibarən rəsmən latın əlifbasına keçiril-
məsi haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 21
iyul 1928-ci il tarixli qərarı.
latın əlifbasının dövlət əlifbası elan olunması haqqında Dağıs-
tan Mərkəzi İcraiyyə Komitəsinin qərarı.
Bu proses getdikcə daha da geniş vüsət alırdı.
1928-ci il fevralın 20-də, Daşkənt plenumunun nəticələrinə uyğun
olaraq, ÜMYTƏK respublikalardakı bütün yerli təşkilatlarına
onların fəaliyyət prinsiplərini özündə əks etdirən müraciət
göndərir. Müraciətdə qeyd edilir ki, Yeni əlifbanın həyata
keçirilməsi üçün tədbirlər planı əsasən aşağıdakı 2 hissədən
ibarət olmalıdır.
1. ÜMYTƏK-nin yerli təşkilatlarının əsas vəzifəsi olan təbliğat
işlərinin geniş miqyasda həyata keçirilməsi.
Xüsusi təşkil edilmiş kurslarda yeni əlifba ideyasını həyata
keçirəcək təbliğatçıların hazırlanması;
Yeni əlifba ilə savadsızlığın ləğv edilməsi üçün xüsusi kursların
yaradılması;
Yeni əlifba lehinə və köhnə ərəb əlifbası əleyhinə nəşrlərin hə-
yata keçirilməsi;
Yeni əlifba hərəkatının həyata keçirilməsi üçün könüllü cəmiy-
yətlərin xidmətindən istifadə etmək və onların bu yolda
fəaliyyətini istiqamətləndirmək;
Yeni əlifba ilə qəzet və jurnalların dərc olunması.
2. Əlifba islahatının həyata keçirilməsində müxtəlif dövlət təşki-
latları ilə birgə işlərin aparılması.
Yeni əlifba ilə dərs deyəcək müəllim kadrlarının hazırlanması
və tədris metodikasının öyrədilməsi məqsədilə xüsusi kursların
təşkilində Xalq Maarif Komissarlığına (XMK) köməklik
göstərmək.
Mövcud mürəttiblərin (yazı makinaçıları) yeni əlifba ilə işləmə-
lərini təmin etmək məqsədilə yenidənhazırlanma kurslarının
Fərhad Ağazadə və latin əlifbasina keçid
51
təşkili, eləcə də yeni mürəttiblərin hazırlanması üçün xüsusi
kursların yaradılması və s. işlərdə poliqrafiya təşkilatlarına
köməklik göstərmək;
Məktəblərin və xüsusi kursların yeni əlifba ilə olan dərsliklərlə
təmin edilməsi;
Yeni Türk Əlifbasının tətbiqində meydana çıxan elmi problem-
lərin XMK ilə birlikdə həll edilməsi.
Digər tərəfdən ÜMYTƏK-in yerli təşkilatları ictimai təşkilatlar
olduğundan onların yeni əlifbanın həyata keçirilməsi ilə bağlı qanun
layihələrinin hazırlanmasında, eləcə də, bu məsələlərlə bağlı hökumə-
tin keçirdiyi bütün tədbirlərdə iştirak etmələrinin vacibliyi vurğulanır-
dı.
Yeni əlifba hərəkatı uğur qazandıqca, fəaliyyət dairəsi də geniş-
lənir və təbii ki, maliyyə xərcləri də artırdı. Hələlik çox ciddi problem-
lər olmasa da, mərkəzdən ayrılan vəsaitin tədricən azalacağı görünür-
dü. Bu hal ÜMYTƏK-ni yeni maliyyə mənbələri axtarmağa məcbur
edirdi. Bunun üçün vilayətlərdə, quberniyalarda və başqa ərazi vahid-
lərində yerləşən hər cür yerli təşkilatların - dövlət və ictimai (komso-
mol, həmkarlar və. s) təşkilatların yerli əlifba komitələrinin maliyələş-
dirilməsinə cəlb olunması lazım idi. Bu məqsədlə, 1928-ci il aprelin
25-də ÜMYTƏK özünün bütün yerli təşkilatlarına onların maliyyələş-
mə xüsusiyyətlərini və bunun mümkün yollarını özündə əks etdirən
müraciət göndərir. Bu məsələdə yerli əlifba komitələrinin fəallığı yer-
lərdə ümumi işin necə gedəcəyinə birbaşa təsir göstərən amil kimi
qiymətləndirilirdi.
Yeni əlifba tarixinin yazılması
Daşkənd plenumunda çıxış edənlərdən biri - professor Yakovlev
artıq yeni əlifba yolunda görülən işlərin sistemləşdirilməsi, bütün
mövcud sənədlərin, protokolların toplanması və bu tarixi hərəkat haq-
qında ciddi bir əsərin yazılmasının vacibliyini qeyd etmişdi. Bu məsə-
lə ilə bağlı ÜMYTƏK-nin müraciət etdiyi şəxs məhz Fərhad Ağazadə
oldu. 1928-ci il martın 26-da ÜMYTƏK Fərhad Ağazadəyə yazılı mü-
52
İsaxan İSaxanlı
raciət edərək yeni türk əlifbasının tarixi haqqında kitab yazmağı xahiş
edir. Bununla bağlı Fərhad Ağazadə 2 aprel 1928-ci il tarixli məktubla
ÜMYTƏK-ə müraciət edərək məsələnin bir qədər konkretləşdirilmə-
sini (bu kitabda əsasən hansı məsələnin üzərində geniş dayanılması
zərurəti, kitabın həcmi, başa çatdırılması müddət və s.), eləcə də
ÜMYTƏK-də və yerli komitələrdə bununla bağlı olan bütün material-
ların verilməsini xahiş edir. Nəhayət, məktublaşmalar nəticəsində (11,
24 aprel 1928 tarixli məktublar) Yeni əlifba tarixi haqqında yazılacaq
kitabda aşağıdakı məqamların nəzərə alınması müəyyənləşdirilir.
Ümumiyyətlə əlifbanın tarixi haqqında qısa məlumat
Ərəb əlifbasının qavranılmasında olan çətinliklər
Yeni əlifba uğrunda mübarizənin tarixçəsi (M.F.Axundovun
bu yolda fəaliyyəti, birinci türkoloji qurultay, yeni əlifba
yolunda müxtəlif respublikalarda aparılan işlər və s.)
«Ərəbistlər» və «latınçılar»ın mübarizəsi geniş miqyasda
(Azərbaycan, Tatarıstan və s.)
ÜMYTƏK birinci və ikinci plenumlarının bu məsələlərdə
rolu
Respublikalarda yeni əlifbanın həyata keçirilməsində atılan
addımlar.
Kitabın həcmi, təhvil verilmə tarixi və yazılma dili.
Eyni zamanda, ÜMYTƏK Fərhad Ağazadənin istədiyi kimi
mövcud olan bütün mümkün materiallarla onun vaxtlı-vaxtında təmin
olunacağını öz üzərinə götürür.
Beləliklə, Fərhad Ağazadə 12 çap vərəqi həcmində, ümumi qo-
norar 120 rubl, ilk ödəniş 36 rubl (ümumi məbləğin 30%) olmaqla ye-
ni əlifba tarixini rus dilində, 1 oktyabr 1928-ci il tarixə qədər yazmağı
öhdəsinə götürür. Monoqrafiyanın Bəkir Çobanzadə ilə birlikdə yazıl-
ması nəzərdə tutulsa da, (ÜMYTƏK-nin Fərhad Ağazadəyə yazdığı
11 aprel 1928-ci il tarixli məktubda monoqrafiyanın yazılması ilə bağ-
lı Bəkir Çobanzadənin razılığının olduğu da bildirilirdi) bu kitab,
Azərbaycanın ilk tarixçi-etnoqraflarından biri, ÜMYTƏK-nin üzvü
Qəhrəman Qaraqaşlı ilə birlikdə yazıldı. Təəssüf ki, bu dəyişikliyin
səbəbini arxiv materiallarında və başqa mənbələrdə tapa bilmədik. Ki-
Fərhad Ağazadə və latin əlifbasina keçid
53
tabın çap olunması ilə bağlı Fərhad Ağazadə 25 noyabr 1928-ci il ta-
rixdə Kazana ezam olunur və dekabrın ortalarında kitab hazır olur.
Həcm baxımından kitabın təxminən 2/3-ni təşkil edən birinci hissə
Fərhad Ağazadə tərəfindən yazılmışdır. «Krasnaya Tatariya» qəzetinin
23 dekabr 1928-ci il tarixli 298-ci sayında kitabın ikinci hissəsindən
fərqli olaraq, birinci hissə haqqında yüksək fikirlər söylənilmiş və Fər-
had Ağazadənin buraya daxil olan oçerklərinin daha böyük tirajla
(mövcud tiraj 2000 nüsxə idi) ayrıca çap olunması tövsiyə edilmişdi.
ÜMYTƏK-nin Bakıya köçürülməsi və Rəyasət Heyətinin ilk
iclasları
1928-ci il may ayının 1-dən etibarən ÜMYTƏK Moskvadan Ba-
kıya köçürüldü. Bu köçürülmə komitənin işində müəyyən durğunluğa
səbəb oldu. Bir tərəfdən, Moskvada mövcud aparatın ləğv edilməsi,
Bakıda yeni aparatın formalaşdırılması, digər tərəfdən də yeni forma-
laşdırılmış aparat tərəfindən Moskva dövründə görülən işlərin təhlili,
sistemləşdirilməsi və buna uyğun yeni planların qurulması müəyyən
vaxt tələb edirdi. Buna baxmayaraq, işin vacibliyini yaxşı başa düşən
yeni heyət komitənin işində ciddi durğunluğun yaranmasına yol ver-
məmək üçün əzmlə çalışırdı.
ÜMYTƏK Bakıya köçürülən kimi Fərhad Ağazadə, aylıq 190
rubl məvaciblə komitəyə «elmi işçi və informator» vəzifəsinə dəvət
olunur və 1930-cu ilin iyun ayının 1-ə qədər bu vəzifədə işləyir. (Son-
radan komitənin yenidən Bakıdan Moskvaya köçürülməsi ilə əlaqədar
bu vəzifədə fəaliyyətini dayandırmalı olur).
Artıq Bakıya köçdükdən təxminən ayyarım sonra, iyun ayının
22-24-də ÜMYTƏK Rəyasət Heyətinin 5 iclası çağırıldı. Bu iclasların
hamısının iştirakçısı olan Fərhad Ağazadə yeni türk əlifbasının fonetik
xüsusiyyətləri (iyunun 22-23-də səhər iclasları), Osetin əlifbasının
unifikasiya edilmiş əlifbaya uyğunsuzluğu (iyunun 22-də səhər iclası),
bəzi nəşriyyatların birləşdirilməsi və savadsızlığın ləğv edilməsi pro-
sesinin birbaşa yeni əlifba ilə aparılması (iyunun 23-də səhər iclası),
məktəblərdə tədrisin yeni əlifba ilə aparılması (iyunun 24-də səhər ic-
54
İsaxan İSaxanlı
lası) kimi məsələlərin müzakirəsində fəal iştirak etmiş, özünün kəskin
mövqeyini ortaya qoymuşdur.
İyunun 22-də keçirilən birinci səhər iclasında komitənin üzvü
Mirzə Davud Hüseynov çıxış edərək SSRİ Xalq Komissarları Soveti-
nə indiyə qədər ÜMYTƏK-də görülən işlər barəsində geniş hesabat
verilməsinin vacibliyini qeyd etdi. Əslində bunu SSRİ XKS özü də tə-
ləb edirdi. Bu təklifə uyğun olaraq SSRİ XKS-nə təqdim etmək üçün
geniş məruzə hazırlanması qərara alındı. Bu məsələ çox ciddi hazır-
lanmalı idi və bu səbəbdən də xeyli vaxt tələb edirdi.
Nəhayət, 17 mart 1929-cu ildə Fərhad Ağazadə də daxil olmaqla
5 nəfərin iştirakı ilə SSRİ XKS-nə təqdim olunacaq məruzənin
hazırlanması üçün bir iclas keçirildi və məruzənin 6 hissə üzrə
hazırlanaraq aprel ayının 15-ə qədər SSRİ XKS-nə təqdim edilməsi
qərara alındı. Nəzərdə tutulan məruzədə 2-ci (yeni əlifbanın yaranma
tarixi) və 3-cü (birinci türkoloji qurultay - yeni əlifba ideyasının zəfəri
və unifikasiya məsələləri) hissələrin yazılması Fərhad Ağazadəyə
həvalə edilmişdi.
ÜMYTƏK Rəyasət Heyətinin 1928-ci il iyunun 24-də keçirilən
son iclasında yeni əlifba uğrunda hərəkatın coğrafiyasının daha da
genişlənməsi və onun populyarlaşması üçün bir neçə cari addımlar da
atıldı. Əfqanıstan padşahı Əmənulla Xana yeni əlifba ilə göndərilən
albomun xərci (940 rubl) təsdiq edildi. Alboma əlavə edilən məktub-
da, Ərəb dünyasının təzyiqlərinə məhəl qoymayaraq Avropalaşma isti-
qamətində dəyişikliklərə böyük önəm verən Əmənulla Xanın, maarif-
lənmə yolunda tarixi addım olan latın əlifbasını da qəbul edəcəyinə
ümid bəslənildiyi qeyd edilirdi.
İclasda Dağıstan nümayəndəsi Xayrullin bir qrup dağıstanlılar
adından yeni əlifba hərəkatına həsr edilmiş xüsusi təyyarənin buraxıl-
ması üçün yeni əlifba tərəfdarlarından vəsait toplamaq məqsədilə
ÜMYTƏK-də xüsusi kompaniya aparılması təklifi ilə çıxış etdi. Bu
təklif rəyasət heyəti tərəfindən bəyənildi və kütləvi informasiya vasitə-
lərində belə kompaniyanın (könüllü olaraq 10 qəpikdən 10 rubla qə-
dər) başlanıldığı haqda məlumat verilməsi qərara alındı. Sonralar, Ka-
zanda ÜMYTƏK-nin 3-cü plenumunda bu məsələ bir daha təsdiq edil-
Fərhad Ağazadə və latin əlifbasina keçid
55
di və “oktyabr əlifbası” adlı xüsusi təyyarənin buraxılması üçün ciddi
kompaniya aparılması məqsədilə yerli təşkilatlara göstərişlər verildi.
Ümumiyyətlə, bu məsələ ÜMYTƏK-nin, demək olar ki, bütün iclasla-
rında müzakirə edilirdi. Komitənin Rəyasət Heyətinin 15-18 fevral
1929-cu il tarixdə Moskvada keçirilən iclasında məsələ yenidən müza-
kirə edildi və ayrı-ayrı komitələrdən birlikdə 50.000 rubl vəsait yığıl-
ması qərara alındı. Maraq üçün qeyd edək ki, ən böyük rəqəm (11.000
rubl) Özbəkistan YƏK-nə ayrılmışdı. Azərbaycan YTƏK, Qazaxıstan
və Şimali Qafqaz YƏK ilə eyni məbləği – 5.000 rubl yığmalı idi. Qa-
lan komitələrə 500 – 3.500 rubl aralığında konkret rəqəmlər tapşırıl-
mışdı.
Dostları ilə paylaş: |