Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə118/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   114   115   116   117   118   119   120   121   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
79 
vermişdir. “Füzulidə alleqoriya” bölməsində onun “Yeddi cam” əsəri tədqiqata cəlb olunmuşdur. Burada 
yeddi çalğı alətləri, şairin onlara münasibəti öz əksini tapmışdır. Son olaraq onu qeyd etmək lazımdır ki, 
böyük tədqiqatçı və alim olan Mir Cəlalın füzulişünaslığa bu böyük hədiyyəsi ondan sonra yetişən neçə-neçə 
tədqiqatçılara yol açmışdır… 
Açar sözlər: Mir Cəlal, Füzuli, lirika, sənətkarlıq, eşq
 
LALƏZƏR SƏRXANOVA 
Bakı Dövlət Universiteti (bakalavriat
 
KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI LALƏ ƏLİYEVANIN ARAŞDIRMALARINDA 
Azərbaycanda ədəbiyyatşünaslıq elminin formalaşmasında Bakı Dövlət Universitetinin Filologiya 
fakültəsi alimlərinin müstəsna xidmətləri olmuşdur. Məlumdur ki, ölkəmizdə ədəbiyyat tarixinin ilk sistemli 
yaradıcısı Firudin bəy Köçərlidir. Universitet təsis olunarkən Ə.Haqverdiyev, İ.Hikmət və başqaları 
ədəbiyyat fənlərindən dərs deməklə F.Köçərlinin başladığı işi uğurla davam etdirmişlər. 1930-cu illərdən 
başlayaraq, universitetdə fəaliyyət göstərməyə başlayan Həmid Araslı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, 
Mir Cəlal Paşayev, Ə.Sultanlı, Cəfər Xəndan Hacıyev, Məmməd Arif Dadaşzadə və başqaları 
ədəbiyyatşünaslığın müxtəlif sahələri ilə bağlı tədqiqatlar aparmış, onların ardıcıl elmi-pedaqoji fəaliyyəti 
nəticəsində BDU-da mühüm ədəbiyyatşünaslıq məktəbləri formalaşmışdır. Möhkəm qranit bünövrə üzərində 
qurulmuş “Klassik Azərbaycan ədəbiyyatı” məktəbinin layiqli yetirmələrindən biri, tələbə və məzunların 
sevimli müəllimi dosent Lalə Sabir qızı Əliyevadır.
1993-cü ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışan, 
“Qədim dövr Azərbaycan ədəbiyatı”, “Azərbaycan ədəbiyyatı tarixi” (XX əsrin illərinə qədər), “Azərbaycan 
intibahı” fənlərini tədris edən L.Əliyeva klassik ədəbiyyatımızın öyrənilməsində gərgin əmək sərf edir. 
Tədqiqat sahəsi qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı tarixi olan alim 4 kitab və 25 məqalənin
müəllidir. O, 1995-ci ildə “Məhəmmədin “Şəhriyar” əsəri” mövzusunda namizədlik dissertasiyası müdafiə 
etmişdir. Doktorluq dissertasiyasının mövzusu isə “Azərbaycan bədii nəsrinin təşəkkülü (XIX əsrə qədər)” 
olmuşdur. 
Onun seçilmiş əsərlərinə “Bədii nəsrimizin dəyərli nümunəsi” (2001), "M.T.Sidqi və onun “Məktəb 
hekayələri” (2003), “Türkdilli xalqlar ədəbiyyatında “Aşıq Qərib” dastanı" (2003), “M.Nəsiri və onun 
“Lisanüt-teyr” əsəri” (2004), “Azərbaycan ədəbiyyatında yazılı dastanlar” (2004), “Koroğlu”nun Tiflis 
versiyası” (2005), “Türkdilli xalqlar ədəbiyyatında bəzi mifik obrazlar” (2008) və s. mövzularda qələmə 
aldığı əsərləri aid edə bilərik.
Ədəbiyyatşünas alim həmçinin “V.Ərəşirin “Hekayəyi-düzdü qazı” (1997), “XVII-XVIII əsrlər 
Azərbaycan bədii nəsri” (2001), “Məhəmmədin “Şəhriyar” əsəri (2001), “Azərbaycan ədəbiyyatında bədii 
nəsr” (dərs vəsaiti) (2002) adlı kitabların müəllifidir.
Peşəkar alim-pedaqoq L.Əliyevanin tələbəsi olmaq, onun mühazirə dediyi auditoriyada əyləşmək 
çox qürurverici bir haldır.
Açar sözlər: L.Əliyeva, Azərbaycan ədəbiyyatı, orta əsrlər, elmi əsərlər. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin