Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Yeganə İsmayılova, alim, mühazirə, Dədə Qorqud, Koroğlu. ELNARƏ TALIBOVA



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə114/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   110   111   112   113   114   115   116   117   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərYeganə İsmayılova, alim, mühazirə, Dədə Qorqud, Koroğlu.
ELNARƏ TALIBOVA 
Bakı Dövlət Universiteti (bakalavriat) 
PROFESSOR CƏLİL NAĞIYEVİN YARADICILIQ YOLU 
26 iyul 1945-ci ildə doğulan Cəlil Nağıyev 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin 
Filologiya fakültəsində təhsil almış, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya 
fakültəsində slavyanşünaslıq üzrə staj keçmiş, Moskva Dövlət Universitetinin Filologiya fakültəsində 
slavyan ölkələrinin ədəbiyyatı (serb ədəbiyyatı) ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 
1974-cü ildə namizədlik (“Serb romantik poeziyası və Şərq” mövzusunda), 1990-cı ildə doktorluq (“Cənubi 
slavyan – Azərbaycan ədəbi əlaqələri və təmasları” mövzusunda) dissertasiyalarını müdafiə etmiş, 1992-ci 
ildə professor elmi adını almışdır. Professor Cəlil Nağıyev 1974-cü ildən BDU-nun Dünya ədəbiyyatı 
kafedrasında çalışır. Hazırda həmin kafedranın müdiridir. Tədqiqat sahələri Orta əsrlər və ispan intibahı 


BDU-nun Filologiya fakültəsi - 100 
77 
dövrü ədəbiyyatı, İntibah dövrü Qərb ədəbiyyatı, qədim Şərq ədəbiyyatı, Azərbaycan folkloru, “Kitabi-Dədə 
Qorqud” və “Koroğlu” dastanları, Cənubi slavyan xalqları (serb, Bosniya) ədəbiyyatı olsa da, bununla yanaşı 
dünya xalqlarının uşaq ədəbiyyatına dair nümunələrini kitab halında tərtib etmişdir. “Başsız atlı”, “Mayn 
Ridin macəra romanları”, “Şahzadə və dilənçi”, “Oliver Tvistin macəraları”, “Alisa möcüzələr ölkəsində”, 
“Mauqli”, “Dəfinələr adası” və s. əsərləri ilə azyaşlı oxucuları tanış etmişdir. C.Nağıyev həmçinin bir sıra 
bədii tərcümələri ilə də filologiya sahəsində tanınmışdır. Farli Mouetin “Qurdları qorxutma”, Vladimir 
Çərkəzin “Dişi qurd”, P.Laqerkvistin “Zirzəmidə, Lift isə cəhənnəmə düşürdü”, Qustav Floberin 
“Sadəlövh”, Knut Hamsunun “Sirli dərd”, “Bağban” əsərlərini xalqımızın dil-üslub və düşüncə tərzini 
nəzərə alaraq çap etdirmişdir. Cəlil Nağıyev həmçinin dünya ədəbiyyatına aid - “İ.M.Tronski. Antik 
ədəbiyyatı tarixi” (tərcümə əsasında tərtib), “Qədim Şərq ədəbiyyatı tarixi” kimi bir sıra dərsliklərin 
müəllifidir. O, ölkəmizdən kənarda da elmi konfranslarda çıxış edir. Onun elmi işləri bir sıra dünya dillərinə 
tərcümə edilmiş və çap olunmuşdur. Göründüyü kimi, Cəlil Nağıyev zəngin yaradıcılığı ilə (300-dən artıq 
elmi-publisistik məqalənin, 5 monoqrafiyanın, 3 dərsliyin, 3 bədii tərcümə kitabının müəllifidir) filologiyada 
xüsusi iz qoyan alimlərimizdəndir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin