Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə111/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   107   108   109   110   111   112   113   114   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
75 
qısa məlumatlar verilmişdir. Monoqrafiyada ümumilikdə Hidayət Orucovun “Gündəlik həyatımızda din 
əxlaq norması kimi iştirak etdiyindən hər bir dövlət onun saflığına dəstək verməlidir” fikrinin təsdiq 
olunduğunu görürük.
Açar sözlər: şəxsiyyət, müəllif, din, dövlət, münasibət. 
 
RAZİYYƏ HƏSƏNOVA 
Bakı Dövlət Universiteti (magistrant) 
AZƏRBAYCAN ƏDƏBİ TƏNQİDİNİN İNKİŞAFINDA ƏKBƏR AĞAYEVİN ROLU 
 
Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, müəllim-pedaqoq 
Əkbər Ağayevin Azərbaycan ədəbiyyatında rolu əvəzolunmazdır. Onun fəaliyyətinin böyük bir hissəsini 
Bakı Dövlət Universitetindən kənarda təsəvvür etmək mümkün deyil.
Əkbər Ağayev ədəbi fəaliyyətə ötən əsrin 30-cu illərində başlayır. Azərbaycan ədəbiyyatının aktual 
məsələləri ilə bağlı araşdırmalar aparır. Ədəbiyyat tarixi, onun nəzəri məsələləri, eləcə də Azərbaycan 
klassiklərinin yaradıcılığına güzgü tutan sanballı əsərlər yazır. Əkbər Ağayevin “Nizami və dünya 
ədəbiyyatı”, “Şeirimizin yeni nəsli”, “Lirikanın qüdrəti”, “Dramaturgiyanın bəzi məsələləri”, “Ədəbiyyat 
tarixi haqqında qeydlər” və s. kimi məqalələri var. Həmçinin dünya ədəbiyyatına dair “Anri Barbüs”, “Höte 
Nizami haqqında”, “Fransız xalqının böyük oğlu”, “Humanist sənətkar”, “Xalq nəğməkarı”, “Səhər 
şəfəqləri" kimi əsərləri də var. “M.Y.Lermontov”, “A.İ.Gertsen”, “Sənətkarlıq məsələləri”, “Sənətkara 
töhfə”, “Sənətin tərənnümü” və s. kitabları işıq üzü görmüşdür. Onun M.Ə.Sabir, A.Səhhət və M.Hadi 
müqayisəsi maraq doğurur: “Sabir poeziya göylərində hamının gördüyü və görəcəyi ulduzdur, Hadi isə onu 
görə bilənlərin ulduzudur. Bu iki ulduzun arasında öz sakit və aramlı işığını bir qaydada saxlayan sıravi 
bir ulduz da var, o – Səhhətdir, incə, ahəstə və təmkinli qələm sahibi Səhhət...” 
Əkbər Ağayev ilk növbədə tənqidçi idi. Onun “Nizami və dünya ədəbiyyatı” kimi nizamişünaslıq 
üçün vacib bir mövzuda yazdığı monoqrafiyası, XX əsr Azərbaycan poeziyasının inkişaf meyllərindən söz 
açan “Azərbaycan Sovet poeziyası (1920-1970)” tədqiqat əsəri, ədəbiyyatşünaslığın mühüm problemlərini 
əks etdirən məqalələri, bədii tərcümə məsələlərinə həsr olunmuş elmi-nəzəri yazıları var, lakin bütün bu 
yazılarda da Əkbər Ağayevin tənqidçi obrazı ön plandadır. Onun elmi təfəkkürü sırf rasionallıq, 
nəzəriyyəçilik üzərində, bir müstəvidə dayanmır, bu elmi təfəkkürə tənqidçiliyindən irəli gələn məqamlar da 
qarışır, bəzən publisistik şərhlərə də ehtiyac duyulur, hətta bədii-emosional tərzdə cümlələrə də rast gəlirik. 
Ancaq bütün bunlar Əkbər Ağayevin alim-tənqidçi-nəzəriyyəçi obrazına heç bir xələl gətirmir. 
Əkbər Ağayevin “Nizami və dünya ədəbiyyatı” tədqiqat əsəri onun elmi yaradıcılığının şah əsəri 
hesab olunur. Tədqiqatın mərkəzində duran əsas metod – müqayisə metodu Nizami dühasının rəngarəng 
səhifələrini yenidən vərəqləməyə sövq edir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin