Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: folklor, dastanlar, aşıq yaradıcılığı, Kitabi-Dədə Qorqud, Koroğlu.    NURANƏ QARAYEVA



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə110/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   106   107   108   109   110   111   112   113   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərfolklor, dastanlar, aşıq yaradıcılığı, Kitabi-Dədə Qorqud, Koroğlu. 
 
NURANƏ QARAYEVA 
Bakı Dövlət Universiteti (magistrant) 
HİDAYƏT ORUCOV VƏ DİN 
 
Görkəmli şair, yazıçı-publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucov geniş yaradıcılığı ilə 
Azərbaycan ədəbiyyatında, bütövlükdə Azərbaycan ictimaiyyətində önəmli yeri olan bir şəxsiyyətdir. Onu 
hər bir Azərbaycan gənci tanımalı və ondan örnək almalıdır. 
Hidayət Orucov uzun illər dövlət xadimi kimi bilavasitə din sahəsi ilə bağlı olan məsul vəzifələrdə 
çalışmışdır. Dövlət-din münasibətlərinin qurulması və tənzimlənməsi prosesində topladığı nəzəri bilik və 
təcrübələr əsasında “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı monoqrafiyasını yazmışdır. Bu, 
Azərbaycan dinşünaslığında dinlərin tarixini bütövlükdə əks etdirən ilk fundamental monoqrafiyadır. Kitab 
dörd bölmədən təşkil olunmuşdur. Bölmələrdə xronoloji ardıcıllıq gözlənilmişdir. “Qədim və orta əsrlərdə 
Azərbaycanda dövlət və din münasibətləri” adlı ilk hissədə müəllifin dərin tarixi biliklərinin şahidi oluruq. 
Məlumdur ki, ən qədim insan məskənlərindən biri olan Azərbaycan həm də ilk dini inancların yarandığı və 
səmavi dinlərin erkən yayıldığı ərazidir. Buna görə də, birinci bölmədə müəllif ibtidai icma quruluşu 
dövründə Azərbaycan ərazisində yaranmış dini inanc və ayinlərdən bəhs etmişdir. Daha sonra cəmiyyət və 
din, Azərbaycan xalqının dinə münasibəti məsələlərinə də toxunmuşdur. Bu bölmənin böyük hissəsini isə 
səmavi dinlər təşkil edir. Müəllif yəhudilik, xristianlıq, islam və digər dinlər haqqında geniş məlumat 
vermişdir. İkinci bölmə Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı, Azərbaycan Xalq 
Cümhuriyyəti və Sovet hakimiyyəti dövründə dövlət və din münasibətlərini özündə əks etdirən hissələrdən 
ibarətdir. Üçüncü bölmə ən yeni dövrdə Azərbaycan Respublikasında dövlət və din münasibətlərinə
həmçinin Heydər Əliyevin İslam dünyasında tarixi şəxsiyyət kimi roluna həsr olunmuşdur. Müəllif sonuncu 
bölmədə isə prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət və din münasibətlərinin 
uğurla aparılması haqqında yazmışdır. Kitabda həmçinin Azərbaycanın məşhur tarixi-dini abidələri haqqında 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin