Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib



Yüklə 225.42 Kb.
PDF просмотр
səhifə1/2
tarix04.01.2017
ölçüsü225.42 Kb.
  1   2

    Naxçıvan  Dövlət  Universitetinin  Tibb  fakültəsində

Məzun günü keçirilib.

    Tədbiri  giriş  sözü  ilə  açan  universitetin  rektoru,

AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar res-

publikada  səhiyyənin inkişafına göstərilən yüksək diqqət

və qayğıdan danışıb. 

    Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov fa-

kültənin  yaranması  və  inkişaf  yolu  haqqında  məruzə

ilə çıxış edib. Bildirib ki, universitetin Tibb fakültəsi

1999-cu  ildə  Təbiətşünaslıq  fakültəsinin  nəzdindəki

Pediatriya  ixtisasına  25 nəfərlik tələbənin qəbulu ilə

fəaliyyətə başlayıb. Universitet Elmi Şurasının 3 iyun

2003-cü  il  tarixli  qərarı  ilə  müstəqil  Tibb  fakültəsi

kimi  fəaliyyətini  davam  etdirir.  Fakültənin  nəzdində

Təməl tibb fənləri, Tibbi klinik fənlər, Ümumi təbabət

və  gigiyena,  Əczaçılıq  və  stomatologiya  kafedraları

fəaliyyət göstərir.

    Qeyd  olunub  ki,  yüksəkkeyfiyyətli  tədrisin  təşkili

üçün  fakültədə  6  kabinə  və  laboratoriya  yaradılaraq

lazımi avadanlıq və preparatlarla təchiz olunub. Həmçinin

tələbələrin  praktik  biliklərinin  artırılması  məqsədilə

onların Azərbaycan Tibb Universiteti ilə yanaşı, Türkiyə

Cümhuriyyətinin bir sıra universitetlərinə yay istehsalat

təcrübələrinə göndərilməsi təşkil olunur. Hazırda fakültədə

383  tələbə  və  29  rezident  təhsil  alır  ki,  onlardan  77

nəfəri  xarici ölkə vətəndaşıdır.   

    Naxçıvan  Muxtar  Respublikasının  səhiyyə  naziri

Niyazi  Novruzov,  Azərbaycan  Tibb  Universitetinin

I Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə

Namazova  məzunları  təbrik  edərək  onlara  gələcək  hə-

yatlarında müvəffəqiyyətlər arzulayıblar.

    Sonra məzunlar müqəddəs Hippokrat andı içiblər.

    Tədbirin bədii hissəsində məzunların, eləcə də İncəsə -

nət fakültəsinin istedadlı tələbələrinin ifasında mahnılar

səsləndirilib.



Nərmin CABBAROVA

    Muxtar  respublikada  aparılan  quruculuq  tədbirləri,

nəticə etibarilə, regionun simasını əsaslı surətdə dəyişib.

Şəhər,  qəsəbə  və  kənd  yaşayış  məntəqələri  müasirliyə

qovuşub. Abad yollar, müasir memarlıq üslubunda inşa

olunmuş inzibati binalar böyük bir tarixi özündə yaşadan

Naxçıvana xüsusi gözəllik bəxş edib. 

    Sədərək rayonu da bu baxımdan diqqəti çəkən bölgə-

lərimizdən  birinə  çevrilib.  Burada  son  illər  aparılan  ge-

nişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri

əhatə  edir. Yaşayış  məntəqələrində  inşa  olunan  kənd  və

xidmət mərkəzləri, təhsil və səhiyyə ocaqları kənd əhalisinin

yaşayışına, həyat tərzinə də müsbət təsir göstərir.

    Hər il olduğu kimi, bu il də rayonda tikinti-quruculuq

işləri  davam  etdirilir.  Bir  neçə  aydır  ki,  Sədərək  kəndi

ərazisində yerləşən rayon Mədəniyyət və Turizm Şöbəsinin

binasında əsaslı təmir işlərinə başlanılıb.  

    Təmir  işləri  “Gəmiqaya”  Məhdud  Məsuliyyətli  Cə-

miyyətinin inşaatçıları tərəfindən aparılır.

    Qeyd  edək  ki,  inşaatçılar  üçün  normal  iş  şəraiti

yaradılıb. Obyektdə yerli tikinti materiallarından istifadəyə

üstünlük verilir, görülən işlər yüksək zövqlə, peşəkarlıqla

və müasir memarlıq elementlərindən istifadə edilməklə

yerinə yetirilir.



Sərxan  İSMAYILOV

     Naxçıvan Muxtar Respublikası Dövlət

Baş Sığorta Agentliyinin baş direktoru Hik-

mət Əsgərov muxtar respublikamızda sığorta

işinin təkmilləşdirilməsi və müasir tələblərə

uyğun şəkildə genişləndirilməsi işində 30

noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar

Respublikası Ali Məclisində “Muxtar res-

publikada sığorta fəaliyyəti və qarşıda duran

vəzifələr barədə” keçirilən müşavirənin xü-

susi əhəmiyyəti olduğunu vurğulayıb. Bil-

dirilib ki, muxtar respublikamızda iqtisa-

diyyatın  inkişafı,  öz  növbəsində,  sığorta

münasibətlərinin də genişlənməsinə şərait

yaradır.  Vətəndaşlar  daşınmaz  əmlakını,

avtonəqliyyat vasitələrini, mülki mə-

suliyyətini  icbari  sığortalamaqla  baş

verən gözlənilməz hadisələrdən dəymiş

maddi zərərlərin ödənilməsinə təminat

alırlar. Baş direktor konkret sığorta ha-

disələrindən misallar gətirməklə vax-

tında sığortalanmağın əhəmiyyətindən,

ötən  müddətdə  Babək  rayonunda  bu

istiqamətdə  görülən  işlərdən  danışıb. 

Hikmət Əsgərov Babək rayonunda

sığorta sahəsində həyata keçirilmiş təd-

birlərlə  bərabər,  icbari  qaydada  sığorta

edilməli  olan  daşınmaz  əmlakın  icbari

sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin

mülki məsuliyyətinin icbari sığortası üzrə

hələ  də  sığorta  olunmayan  hüquqi  və

fiziki şəxslərin olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, ölkəmizdə qüvvədə olan qa-

nuna  əsasən,  icbari  qaydada  sığortanın

şamil olunduğu hər bir obyektin sığortası

təmin edilməlidir. 

    Kənd təsərrüfatı sığortasının da əhə-

miyyətinə  toxunan  baş  direktor  deyib

ki, bu il martın 29-da “Naxçıvan Aqro-

lizinq”  Açıq  Səhmdar  Cəmiyyətində

Naxçıvan  Muxtar  Respublikasında  aq-

rolizinq sahəsində fəaliyyətin təşkili və

yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə

əlaqədar  keçirilən  səyyari  müşavirədə

muxtar  respublikada  əkin  sahələrinin,

meyvə bağlarının, lizinqə verilən kənd

təsərrüfatı texnikalarının sığortalanma-

sının  təmin  olunması  tapşırığı  verilib.

Buna görə də bu sahədə fermer və torpaq

mülkiyyətçiləri,  kənd  təsərrüfatı  texni-

kaları sahibləri ilə aparılan işlər geniş-

ləndirilməlidir.  Çünki  kənd  təsərrüfatı

məhsullarının,  ev  əmlakının  sığortası,

fərdi qəza sığortası və digər könüllü sı-

ğortalar, son nəticədə, insanların rifahının

yüksəldilməsinə xidmət edir. 

    Tədbirdə Babək Rayon  Polis Şöbə-

sinin Dövlət yol polisi bölməsinin rəisi

Seyidrza Seyidov, Babək Rayon Dövlət

Yanğın  Təhlükəsizliyi  Şöbəsinin  rəisi

Yaşar  Mustafayev,  Nehrəm,  Qahab  və

Məmmədrza Dizə kənd icra nümayən-

dələri icbari sığortaların vəziyyəti barədə

danışıblar.   

    Tədbirə Babək Rayon İcra Hakimiy-

yətinin başçısı Rasim Hüseynov yekun

vurub.  

-

Əli CABBAROV



  Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət

Baş  Sığorta Agentliyi  ilə  birgə  rayonda  sığorta  işinin  mövcud  vəziyyəti  və

qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış

edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov son illərdə

rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. 

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

    Naxçıvan şəhərindəki “N” hərbi

hissədə  Azərbaycan  Silahlı  Qüv-

vələrinin yaradılmasının 98-ci il-

dönümü münasibətilə bayram təd-

biri olub.

    Tədbirdə  çıxış  edən  Əlahiddə

Ümumqoşun Ordusunun zabiti, pol-

kovnik Mirqiyas Rüstəmov tədbir

iştirakçılarını 26 İyun – Azərbaycan

Respublikasının  Silahlı  Qüvvələri

Günü münasibətilə təbrik edib, or-

dunun xalqın dayağı, döyünən ürəyi

olduğunu bildirib.

    Mirqiyas  Rüstəmov  deyib  ki,

əgər  dövlətin  ordusu  güclüdürsə,

həmin  dövlət  regionda  söz  sahibi

kimi çıxış edə, özünün milli məna-

felərini inamla qoruya bilər. Azər-

baycan Silahlı Qüvvələrinin yaran-

dığı  gündən  bu  günə  kimi  şərəfli

və keşməkeşli yol keçdiyini deyən

natiq bu gün Silahlı Qüvvələrimizin

dünyanın sayılıb-seçilən orduların-

dan olduğunu qeyd edib.

    Diqqətə çatdırılıb ki, bu ilin aprel

ayının  əvvəllərində  Azərbaycan

Silahlı Qüvvələri düşmən təxriba-

tının qarşısını almaqla yanaşı, ona

sarsıdıcı  əks-  zərbə  vuraraq  zəfər

qazanıb,  nəyə  qadir  olduğunu  bir

daha  sübuta  yetirib.  Bununla  da,

düşmən Azərbaycan Ordusu qarşı-

sında nə qədər gücsüz və aciz ol-

duğunu anlayıb. 

    Azərbaycan Respublikasının Xalq

artisti  Kamran  Quliyev  26  İyun  –

Azərbaycan Silahlı Qüvvələri Günü

münasibətilə Vətənin müdafiəsində

igidlik və mətinliklə dayanan bütün

hərbi qulluqçuları təbrik edərək on-

lara çətin və şərəfli işlərində uğurlar

arzulayıb.  Kamran  Quliyev  deyib

ki, 98 il bundan əvvəl yaranan Milli

Ordumuz bu gün özünün gücü, qüd-

rəti  ilə  dünyaya  səs  salıb.  Bu,  hər

bir vətənpərvər insanda qürur, fəxarət

hissi yaradır.  

    Tədbirin bədii hissəsində Nax-

çıvan  Dövlət  Filarmoniyasının

Mahnı  və  Rəqs Ansamblının  ifa-

sında səsləndirilən musiqi nömrə-

ləri, Cəlil Məmmədquluzadə adına

Naxçıvan  Dövlət  Musiqili  Dram

Teatrının yaradıcı kollektivinin çı-

xışları əsgərlərimiz tərəfindən ma-

raqla qarşılanıb. 

    Hərbçilərimizin nümunəvi çıxış-

ları  tədbir  iştirakçılarının  alqışları

ilə müşayiət olunub. 

-

Rauf ƏLİYEV

    İnvestisiya  fəaliyyətinin  genişləndi-

rilməsində Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Sədrinin 2016-cı il 21 yanvar

tarixli  Fərmanı  ilə  “İnvestisiya  təşviqi

sənədinin verilməsi Qaydası” və 2016-cı

il 29 aprel tarixli Fərmanı ilə “İnvestisiya

təşviqi  sənədini  almış  hüquqi  şəxslərə

və fərdi sahibkarlara texnikanın, texnoloji

avadanlıqların və qurğuların idxalı üçün

təsdiqedici sənədin verilməsi Qaydası”nın

təsdiq edilməsi  xüsusi vurğulanmalıdır.

Bütün bunlar isə sahibkarlar tərəfindən

muxtar  respublika  iqtisadiyyatına  yeni

investisiyaların cəlb olunmasını daha da

stimullaşdırmaq məqsədi daşıyır.

    Qeyd  edilən  sənədləri  almış  sahib-

karlıq subyektləri Azərbaycan Respub-

likasının Vergilər Məcəlləsində və “Göm-

rük  tarifi  haqqında”  Azərbaycan  Res-

publikasının Qanununda müəyyən edilmiş

güzəştlərdən  istifadəetmə  hüququ  əldə

edirlər.  Bu  güzəştlər,  əsasən,  vergi  və

gömrük azadolmalarından ibarətdir. Belə

ki,  sahibkarlıq  subyektinin  əldə  etdiyi

gəlirin və mənfəətin 50 faizi 7 il müd-

dətinə müvafiq vergilərdən, əmlakı isə

7 il müddətində əmlak vergisindən tam

azad olunur. Həmçinin sahibkarlıq sub-

yektləri  tərəfindən  xaricdən  gətirilən

texnika, texnoloji avadanlıqlar və qurğular

7  il  müddətinə  gömrük  rüsumları  və

ƏDV-dən azad edilirlər. 

     Qeyd edək ki, Naxçıvan Muxtar Res-

publikası investisiya fəaliyyətinin həyata

keçirildiyi  inzibati  ərazi  vahidləri  üzrə

təsnifatda  5-ci  regiona  daxil  edilib.  Bu

isə  o deməkdir ki, muxtar respublikamız

investisiya qoyuluşlarına tətbiq edilən mi-

nimal məbləğ baxımından ən yüksək gü-

zəştlərə malik olan region hesab olunur.

    İnvestisiyaların  təşviqi  məqsədilə

Naxçıvan  Muxtar  Respublikası  İqtisa-

diyyat Nazirliyi tərəfindən yerli və xarici

investorlar  arasında  görüşlər  keçirilib

və  investisiyanın  təşviqi  haqqında  sa-

hibkarlara geniş məlumat verilib. Belə

ki, muxtar respublikada prioritet hesab

olunan 30 investisiya layihəsi, eləcə də

investisiya  mühiti  barədə  zəruri  məlu-

matları Azərbaycan və ingilis dillərində

özündə  əks  etdirən  elektron  kataloq

hazır lanmaqdadır. Yerli sahibkarlar ara-

sında mütəmadi olaraq seminarlar, güzəşt

mexanizminin  təfərrüatları  barədə  mə-

lumat xarakterli görüşlər keçirilir. 

    Qeyd edək ki, sahibkarlıq subyektlə-

rinin ilkin müraciətləri əsasında muxtar

respublikada  avtomobil  şinlərinin  üz-

lənməsi  və  şin  tullantılarının  yenidən

emalı,  qeyri-nəcib  metallardan  qaynaq

elektrodlarının  istehsalı,  müasir  texno-

logiyaların tətbiqi ilə intensiv bostançılıq,

süd  emalı  və  xama  istehsalı,  zərgərlik

məmulatlarının istehsalı  və bir sıra digər

iqtisadi fəaliyyət sahələri üzrə layihələrin

monitorinqi başa çatdırılıb. Yaxın gün-

lərdə həmin layihələrin investisiya təşviqi

sənədi və təsdiqedici sənədlə təmin edil-

məsi nəzərdə tutulub. 

    Yeni icra edilməyə başlayan bu layi-

hələrin təşviq mexanizmlərindən istifadə

edilməsi istehsal olunan məhsulların rə-

qabət,  müəssisələrin  isə  manevr  qabi-

liyyətini xeyli artıracaqdır. Güzəştlərdən

düzgün  istifadə  edən  sahibkarlıq  sub-

yektləri dövlət tərəfindən tətbiq olunan

dəstək mexanizmlərindən ciddi şəkildə

bəhrələnəcəklər. 



Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin

mətbuat xidməti

Son dövrdə aparılan iqtisadi islahatlar çərçivəsində muxtar respublikada

biznes və investisiya mühitinin yaxşılaşdırılmasına mühüm önəm verilir.

Lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə

dəstəyinin  davam  etdirilməsi,  iş  adamlarının  problemlərinə  daha  həssas

yanaşılması  məqsədilə  apellyasiya  şurasının  yaradılması,  dövlət  satınal-

malarında şəffaflığın artırılması bunun bariz ifadəsidir.

2

    Nahar  fasiləsi  zamanı  “Cahan”

Ticarət Mərkəzindən yüngülvarı ba-

zarlıq  edib  evə  dönərkən  əlindəki

torbaları güclə daşıyan qonşum Na-

zimə də köməklik etdim.  

    – Qonşu, illik bazarlıq edirsən?

– deyə zarafat etdim.

    – Yox, Bakıya gedəcəyəm. Qo-

humlar Naxçıvan göycəsi, Ordubad

limonu, tərxun, Nehrəm pendiri, bir

də  Naxçıvan  kolbasası  istəyiblər.

Ona görə bazarlığım bir az normadan

artıq olub, – deyib güldü. 

    – Yaxşı, sadaladığın bu məhsullar

ki  var,  onlar  dad-tamı  ilə  seçilən

sırf  Naxçıvan  məhsullarıdır.  Yəni

bu məhsulları pay aparmaq lazımdır.

Bəs Naxçıvan kolbasasını niyə apa-

rırsan? Əvvəllər səfərə gedən tanış-

bilişdən  Moskva,  yaxud  da  Bakı

kolbasası alıb gətirməyi xahiş edirdik.

İndi nə dəyişib?

    Qonşum əlindəkiləri yerə qoyub

nəfəsini dərdi: 

    – Bəli, Naxçıvan həmin Naxçı-

vandı.  Dəyişən  isə  zamandır.  Özü

də Naxçıvanın xeyrinə dəyişən za-

man.  Bu  zaman  kəsiyində  özünü

təsdiq edən məhsullarımız sırasına

düşən, brend olaraq tanınan Naxçıvan

kolbasaları da var. 

     – Hansı müəssisənin istehsal etdiyi

kolbasanı almısan? – deyə soruşdum.

    – Mağazalarda, marketlərdə “Bə-

rəkət”in, “Hilal”ın və “Müasir Mə-

kan”ın kolbasaları var. Mən keçən

dəfə “Müasir Məkan”ın məhsullarını

pay apardım, xoşlarına gəldi, dadlıdır

dedilər. Elə bu dəfə də həmin məh-

sullardan alıb aparmağı xahiş etdilər.

Mən  də  “Müasir  Məkan”a  gedib,

elə  müəssisədə  fəaliyyət  göstərən

firma mağazasından aldım, özü də

münasib qiymətə. 

    Ertəsi  gün  Naxçıvan  şəhərinin

Babək məhəlləsində yerləşən “Müa-

sir Məkan” Ət və Ət Məhsulları İs-

tehsalı  Müəssisəsinə  getdik.  Səli-

qə-sahmanı ilə gözoxşayan istehsal

müəssisəsindən  çox  istirahət  mər-

kəzini xatırladan bu məkan qədimliyi

saxlanılmaqla  müasirləşən  Naxçı-

vanın gözəl guşələrindən birinə çev-

rilib. Mühafizə xidmətindən müəs-

sisənin direktoru Ziyafəddin Məm-

mədovu soruşduq. 

    – Yeməkxanadadır. İşçilərlə bir-

likdə nahar edir, – deyib getdi. Bir

azdan Ziyafəddin müəllimlə döndü.

Həmişəki kimi zarafatından qalma-

yan Ziyafəddin müəllim:

    –  Qayınananız  sizi  çox  istəyir,

yemək  üstünə  gəlmisiniz,  –  deyib

bizi də yeməkxanaya aparıb müəs-

sisənin istehsal etdiyi məhsullardan

hazırlanmış  dadlı  təamlara  qonaq

etdi. Nahar fasiləsindən sonra  müəs-

sisəni  gəzdik,  istehsal  prosesi  ilə

tanış olduq.

    Ziyafəddin Məmmədovun dedik-

lərindən: 

    –  2003-cü  ildə  kiçik  bir  sexdə

fəaliyyətə başladıq. Düzü, məhsul-

larımıza tələbatın bu qədər artaca-

ğını  təsəvvür  etmirdik.  Təbii  ki,

artan  tələbatın  ödənilməsi,  daha

çox və daha keyfiyyətli məhsul is-

tehsal etmək üçün yeni binanın inşa

olunması,  daha  müasir  texnoloji

avadanlıqların alınması zərurəti ya-

randı. Bu isə imkanımız xaricində

idi. Biz də dövlət qаyğısındаn bəh-

rələndik. Müəssisəyə Sаhibkаrlığа

Kömək Fоndundan dövlət mаliyyə

dəstəyi göstərildi. Nахçıvаn şəhə-

rinin Babək məhəlləsində istеhsаl

müəssisəsi  üçün  аyrılmış  ərazidə

müasir layihə əsasında istеhsаl sехi,

хаmmаl və hаzır məhsullаrın sах-

lаnılmаsı üçün sоyuducu аnbаr, lа-

bоrаtоriyа, inzibаti binа tikib isti-

fadəyə  verdik.  2011-ci  ilin  əvvəl-

lərində  fəaliyyətə  başlayan  müəs-

sisədə  Polşa  istehsalı  olan  müasir

tехnоlоji аvаdаnlıqlаr quraşdırılıb,

istehsal prosesinə mərkəzləşdirilmiş

qaydada nəzarət təmin edilib. Həm-

çinin  müəssisənin  daim  təzə  ətlə

təmin  olunması  üçün  Culfa  rayo-

nunun  Gülüstan  kəndi  ərazisində

yаrdımçı  təsərrüfаt  yaradılıb.  Ha-

zırda müəssisədə “Nахçıvаn”, “Hа-

lаl”  və  “Dоğmа  tаm”  çеşidlərdə

hisə vеrilmiş və bişirilmiş kоlbаsа,

eləcə  də  sоsiskа  istеhsаl  оlunur.

Fəaliyyətə başlayan zaman 2-3 çe-

şiddə  ət  və  ət  məhsulları  istehsal

olunan müəssisədə hazırda 22 çe-

şiddə məhsul istehsal edilir. 

    Burada  хаmmаlın  qəbulundаn

tutmuş sаtışа çıхаrılmаsınаdək tex-

noloji proseslərə ciddi əməl оlunur:

ət və hazır məhsul lаbоrаtоr аnаliz-

dən keçirildikdən sonra istеhsаlа və

satışa burахılır. 

    “MM”  tanıtım  nişanı  ilə  satışa

çıxarılan məhsullar аlıcılаr tərəfindən

rəğbətlə qаrşılаnır. Ayrı-аyrı ticаrət

şirkətlərindən  аlınаn  sifаrişlər  də

dаd-tаmı ilə sеçilən bu yеrli məhsulа

tələbаtın  çох  оlduğunu  göstərir.

Müəssisədə  istehsal  olunan  məh-

sulların  ölkəmizin  digər  regionla-

rında satışını təmin etmək məqsədilə

Bakı şəhərində satış mərkəzi yara-

dılıb. Gələcəkdə müəssisədə istеhsаl

edilən məhsullаrın xarici bazarlara

çıхаrılmаsı da plаnlаşdırılır. İqtisadi

əlaqələri genişlənən müəssisədə da-

xili  bazarın  tələbatına  uyğun  yeni

istehsal sahələri yaradılıb. 2014-cü

ildə ətin konservləşdirilməsi istehsalı

sahəsi üçün Almaniyanın “ASCA”

şirkətindən istehsal gücü saatda 600

ədəd  400  qramlıq  tara  olan,  ətin

konservləşdirilməsi istehsalı sahə-

sində  istifadə  edilən  tara  istehsalı

üçün  Çin  Xalq  Respublikasından

müasir texnoloji avadanlıqlar alınıb

quraşdırılıb. Yeni istehsal sahələrinin

fəaliyyətə  başlaması  daxili  bazarı

keyfiyyətli  yerli  ərzaq  məhsulları

ilə  təmin  etməklə  yanaşı,  yeni  iş

yerlərinin  açılmasına  da  əlverişli

şərait yaradıb. 

    – İstehsal sahəsi ilə yanaşı, xidmət

sektorunda da öz bacarığımızı sına-

dıq. Novruz bayramında istehsal et-

diyimiz məhsulları və hazırladığımız

milli yeməkləri şənlik iştirakçılarına

təqdim  etdik.  Rəğbətlə  qarşılandı.

“Naxçıvanqala” Tarix-Memarlıq Mu-

zey Kompleksində muxtar respub-

likamıza gələn turistlərə və yerli zi-

yarətçilərə  nümunəvi  iaşə  xidməti

göstərilməsi üçün hər cür şərait ya-

radıldı.  Müəssisənin  ərazisində  də

qədimliklə  yeniliyin  harmoniyası

olan quruculuq tədbirləri həyata ke-

çirilib. Toy şənliklərinin keçirilməsi

üçün  müasir  memarlıq  üslubu  ilə

seçilən şadlıq sarayı, qədimliyi özün-

də  yaşadan,  xüsusi  dizaynla  bəzə-

dilmiş, taxtadan qurulmuş, həsir ta-

vanı  olan  istirahət  guşəsi,  istehsal

olunan  məhsulları  daha  münasib

qiymətə alıcılara təqdim edən  firma

mağazası,  fayton  arabalarını  xatır-

ladan, taxtadan hazırlanmış stol və

stullarla bəzədilmiş kafe müştərilərin

və şəhərimizə gələn əcnəbi qonaq-

ların istifadəsinə verilib. Elə düşü-

nürəm  ki,  kifayət  qədər  məlumat

verdim, –  deyən Ziyafəddin Məm-

mədov  yüksəklikdə  yerləşən,  tari-

ximizi, keçmişimizi özündə yaşadan

“Naxçıvanqala” Tarix-Memarlıq Mu-

zey Kompleksini göstərərək: 

    –  Orada  da  “Müasir  Məkan”ın

istehsal  etdiyi  məhsullardan  hazır-

lanan isti yeməklər və müxtəlif milli

yeməklərimizi turistlərə təqdim et-

mək  imkanı  olan  hər  cür  şəraitə

malik yeməkxana,  çay evi fəaliyyət

göstərir. Elə çayımızı da orada içək,

– deyib maşına tərəf yönəldi. 

    Qala divarları üzərində sıralanmış

stulların birində oturub, elə mis çay-

nikdə, limonlu çay içə-içə nümunəvi

xidmətin ünvanı olan bu məkandan

qədimliyi saxlanılmaqla yeniləşən,

müasirləşən  Naxçıvanın,  dəmiryol

vağzalına, “Duzdağ” otelədək sıra-

lanan, sayrışan ulduzları xatırladan,

elektrik  dirəklərindən  ətrafa  nur

saçan  lampaların,  Bayraq  Meyda-

nında dalğalanan, qürur mənbəyimiz

olan üçrəngli bayrağımızın yaratdığı

ecazkar mənzərəni seyr etdik. Azər-

baycanın bu qədim diyarında aparı-

lan, bir vaxtlar əlçatmaz, inanılmaz

görünən, vətənpərvərlikdən doğan,

ağır  zəhmətdən  bəhrələnməklə  re-

allığa çevrilən, gözoxşayan mənzərə

qəlbimizə rahatlıq gətirdi. 



Kərəm HƏSƏNOV

    Şərur özünün ərazisi, insan ehti-

yatları, təbii sərvətləri və tarixi tə-

sərrüfatçılıq ənənələri ilə təkcə Nax-

çıvan Muxtar Respublikasında deyil,

ölkəmizdə  seçilən  rayonlardandır.

Şərur  deyəndə,  ilk  olaraq  qonaq-

pərvər, vətənini, torpağını hər şeydən

çox sevən cəsur insanlar və ildə iki

dəfə  məhsul  əldə  olunan  bərəkətli

torpaqlar, Arpaçayın bol suyundan

bəhrələnmiş  taxıl  zəmiləri,  geniş

bağ-bostanlar yada düşür. Bəli, Şərur

torpağının sirrini şərurlular hamıdan

yaxşı bilirlər. Məhz yazın ortasından

başlayaraq  bazara  çıxarılan  Şərur

nemətləridir ki, Naxçıvanın hər ye-

rində  kütləvi  ucuzluğa  səbəb  olur,

əhali  bunlardan  alıb  istifadə  edir,

müxtəlif üsullarla qış ehtiyatı yaradır.

Bir sözlə, təbiət Şərurdan heç nəyi

əsirgəməyib. 

    Müasir bazar iqtisadiyyatı, müs-

təqil  ölkəmizin  dünyanın  hər  yeri

ilə genişlənən iqtisadi əlaqələri və

Naxçıvan Muxtar Respublikasında

sahibkarlığın təşviqi istiqamətində

görülən  işlər  Şərurda  da  müxtəlif

sahələrin inkişafı üçün əlverişli şərait

yaradıb.  Hazırda  Şərurda  400-dən

artıq  müxtəlif  profilli  sahibkarlıq

subyekti fəaliyyət göstərir ki, bun-

lardan da yalnız 50-yə yaxını müx-

təlif  xammal  əsasında  istehsalla

məşğul olur. Şübhəsiz, müasir iqti-

sadi inkişaf və işgüzarlıq mühitində

Şərur  kimi  böyük  bir  rayonda  bu

qədər sayda istehsal və emal müəs-

sisəsinin  fəaliyyət  göstərməsi  az

nailiyyət olmasa da, bununla kifa-

yətlənmək də olmaz. Çünki muxtar

respublikamızda daxili bazarın tə-

ləbatının  artması  ilə  yanaşı,  ixrac

imkanlarımızın  da  genişlənməsi

yerli  istehsal  üçün  əlverişli  şərait

yaradıb.  Muxtar  respublikaya  tex-

noloji avadanlıq gətirilməsi, sahib-

karlığa verilən kredit dəstəyi, daxili

bazarın  qorunması  ilə  yerli  isteh-

salçıların  işinin  stimullaşdırılması

hər  cür  istehsal  və  emal  işi  ilə

məşğul  olmaq  istəyənə  geniş  im-

kanlar açır. Dövlətimiz də emal sə-

nayesini inkişaf etdirməklə muxtar

respublikamızın  bölgələrində  yeni

iş yerlərinin yaradılması, idxaldan

asılılığın azaldılması və valyuta və-

saitlərimizə  qənaət  olunması  kimi

ali məqsədlər güdür. 

    Şərur rayonunda fəaliyyətdə olan

emal və istehsalyönümlü müəssisə-

lərə baxdıqda burada, əsasən, lavaş

bişirilməsi olmaqla, bir neçə kərpic

və qapı-pəncərə istehsalı sahəsi və

dəyirmanları görürük. Bunlardan və

spirtli içkilər istehsal edən “Şərur-3”

Məhdud Məsuliyyətli Cəmiyyətindən

başqa,  rayonda  fəaliyyət  göstərən

bir neçə istixana kompleksini də is-

tehsalyönümlü müəssisə kimi qeyd

edə bilərik. 

    Şərur  iri  kənd  təsərrüfatı  rayo-

nudur.  Amma  muxtar  respublika-

mızda  hansı  marketə  daxil  olsaq,

ölkəmizin digər yerlərindən və xa-

ricdən idxal olunmuş paketlənmiş

süd  və  süd  məhsullarını  görmək-

dəyik.  Eynilə  hər  gün  bazar  və

marketlərimizdə  muxtar  respubli-

kamızdan kənarda istehsal olunmuş

ət məhsullarına da xeyli pul ödəyi-

rik. Amma,  görəsən,  gözəl  paket-

lənmiş şəkildə marketlərimizdə sa-

tılan, lakin mənşəyi məlum olmayan

meyvə şirələrinin hansının dadı hər

il Şərur bağlarında hasilə gələn min

tonlarla şaftalı, ərik, gilas, gilənar

kimi meyvələri əvəz edə bilər? Şüb-

həsiz, heç biri. Belə olduqda, ənə-

nəvi  ticarətdən  istehsala  keçmək

üçün  şərurlu  sahibkarları  daha  nə

düşündürür? Bilirik ki, Naxçıvanda

yerli  məhsullara,  xüsusən  hər  bir

nemətin hasilə gəldiyi yerdə emal

olunub qablaşdırılma ənənəsinə bö-

yük  dəyər  verilir.  Məsələn,  sadə

naxçıvanlı süfrəsində holland pen-

diri əvəzinə, Nehrəm pendiri gör-

mək  istədiyi  kimi,  Ordubad  kom -

potunu,  Şahbuz  balını  heç  zaman

heç nə ilə dəyişməz. Eynilə Şərurun

süd məhsulları bu gün marketləri-

mizdə  satılan  idxal  məhsullarının

yerini tutmağa, “Sirab”, “Badamlı”

suları kimi xaricə də ixrac olunmağa

layiqdir.  Vaxtilə  Şərurda  mövcud

olmuş üzümçülük və şərabçılıq ənə-

nələrini,  onun  gəlirlərini  indi  də

bir çoxları yaxşı xatırlayır. O dövr-

dən  fərqli  olaraq,  indi  torpağın

kənd liyə verildiyi, texnika parkının

tamamilə yeniləndiyi, nəqliyyat iş-

lərinin sürətləndiyi, təsərrüfat əla-

qələrinin sadələşdiyi və xarici ba-

zarlara  çıxış  üçün  hər  cür  təşviq

mexanizminin mövcud olduğu bir

vəziyyətdə sahibkarlarımız muxtar

respublikamızın bütün bölgələrinin

istehsal-iqtisadi imkanlarını hərəkətə

gətirmək üçün çalışmalıdırlar. Çünki

bizim  sahibkarlar,  doğrudan  da,

çox  qoçaqdırlar.  Elə Aşağı Aralıq

kəndində  fəaliyyət  göstərən  “Ar-

paçay” MMC-nin sahibi Elxan Əli-

yev kimi. 

    Elxan  Əliyevin  Aşağı  Aralıq

kəndindəki dəyirmanına baş çəkən-

də burada qaynar iş gedirdi. Kefinin

çox kök olduğu sahibkar söhbətində

bildirdi ki, 2001-ci ildən iş qurub.

Altı nəfər işçisi var. Burada saatda

600 kiloqrama yaxın buğdanı üyüdə

bilir. Şərurdan başqa, Kəngərli, Ba-

bək  və  Culfadan  da  sifarişçiləri

vardır.  Dediyinə  görə,  onun  həm

də  Naxçıvanda  yetişən  buğdanın

unundan lavaşbişirmə sexi də fəa-

liyyət göstərir. Ata məsləyi olduğu

üçün  dəyirmançılıq  işini  də  yaxşı

bilir. Əslən Havuşdan olduğundan

gələcəkdə  oradakı  su  dəyirmanını

da bərpa edib işini genişləndirmək

istəyir. 

    “Şərur-3” MMC-də yüksəkkey-

fiyyətli spirtli içkilər istehsal edilir.

Rayonun  Məmmədsabir  kəndində

fəaliyyət  göstərən  bu  müəssisəyə

Sahibkarlığa Kömək Fondu tərəfin-

dən 180 min manat dövlət maliyyə

dəstəyi  göstərilib,  geniş  ərazidə

emal  bölməsi,  istehsal  və  qablaş-

dırma  sahələri,  xammal  və  hazır

məhsulların saxlanılması üçün anbar,

yeməkxana,  laboratoriya  və  digər

yardımçı otaqlardan ibarət ikimər-

təbəli bina tikilib istifadəyə verilib.

Türkiyə  Respublikasından  müasir

texnoloji avadanlıqlar alınıb, istehsal

prosesi avtomatlaşdırılıb. 

    “Şərur-3” MMC-də yerli xammal

əsasında albalı, ərik, şaftalı, heyva,

qara tut, zirinc, kəklikotu, baldırğan

cövhərlərindən və yüksəkkeyfiyyətli

spirtdən hazırlanmış 3 çeşiddə likör

və  14  çeşiddə  araq  istehsal  edilir.

Müəssisədə istehsal edilən məhsullar

gümüş filtrdən keçirilərək standart-

lara uyğun süzülüb 100, 250 və 500

millilitrlik şüşə butulkalara qablaş-

dırılır. Müəssisənin direktoru Zakir

Məmmədov bizimlə söhbətində bil-

dirdi ki, məhsullar alıcılar tərəfindən

rəğbətlə qarşılanır. Gələcəkdə müəs-

sisədə  istehsal  edilən  məhsulların

ölkəmizin  digər  regionlarında  və

xarici bazarlarda satışa çıxarılması

nəzərdə tutulub. 

    Göründüyü kimi, Şərur bütün sa-

hələrdə olduğu kimi, emal sənaye-

sində  də  geniş  potensialı  olan  bir

bölgəmizdir.  İnanırıq  ki,  yaxın  gə-

ləcəkdə  şərurlu  sahibkarlar  dövlət

dəstəyindən bəhrələnərək yeni emal

müəssisələri yaradacaqlar. 


  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə