Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə5/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   2   3   4   5   6   7   8   9   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 

Akademik Məmmədağa Şirəli oğlu Şirəliyev 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. 
Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır. 1943-cü ildən 1949-cu ilə qədər Azərbaycan Dövlət
Universitetində Azərbaycan dilçiliyi kafedrasının rəhbəri olmuşdur. O, 1941-ci ildə namizədlik, 1943-cü ildə 
doktorluq dissertasiyasını müdafiə etmişdir. Akad. M.Ş.Şirəliyev 100-dən çox elmi əsərin, o cümlədən 
“Azərbaycan dialektologiyasının əsasları”, “Bakı dialekti” monoqrafiyalarının müəllifidir. 
Akad.M.Şirəliyev türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının 
banisidir. Onun rəhbərliyi ilə “Azərbaycan dilinin dialektoloji atlası” tərtib və nəşr edilmişdir. M.Şirəliyevin 
Azərbaycan milli dilinin, Azərbaycan ədəbi dilinin tarixini öyrənmək sahəsində də xidmətləri böyükdür. 
“Azərbaycan dilinin tarixi və dialektologiyası” elmi-pedaqoji məktəbinin əsas istiqamətləri ədəbi dil 
tarixi, dialektologiya, üslubiyyat və tarixi qrammatikadır. 
Akademik T.İ.Hacıyev, prof. S.Əlizadə, dos. Ə.Bağırov, prof. E.Əzizov, AMEA-nın müxbir üzvü, 
prof. N.Cəfərov, prof. M.Ə.Məmmədov və başqaları bu akademik məktəbin ənənələrini davam etdirmiş və 
davam etdirməkdədirlər. 
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, prof. Muxtar Hüseynzadə müasir Azərbaycan dilinin 
aktual problemlərini tədqiq və tədris etməklə, BDU-da “Azərbaycan dilçiliyi” akademik məktəbini 
yaratmışdır. Mübaliğəsiz qeyd etmək lazımdır ki, bu gün Bakı Dövlət Universitetində, eləcə də 
Azərbaycanın digər ali məktəb və elmi müəssisələrində fəaliyyət göstərən dilçi alimlərin çoxu prof. 
M.Hüseynzadənin ya tələbələri, ya da tələbələrinin tələbələridir. 
Professor Muxtar Hüseyn oğlu Hüseynzadə 1900-cü ildə anadan olmuşdur. 1927-ci ildən Azərbaycan 
Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuş, 1931-ci ildə universiteti Türk dili və ədəbiyyatı ixtisası 
üzrə bitirmişdir. Uzun müddət ADU-da Azərbaycan dilçiliyi və ümumi dilçilik kafedralarının müdiri 
vəzifələrində çalışmışdır. 
Prof. Muxtar Hüseynzadə 40-dan çox elmi əsərin müəllifidir. Bunların arasında ali məktəblər üçün 
dərslik kimi yazılmış “Müasir Azərbaycan dili” kitabı daha çox yayılmışdır. 
M.Hüseynzadə Azərbaycan dilçiliyi tarixinə morfologiya üzrə mütəxəssis kimi düşsə də, onun 
Azərbaycan dilinin sintaktik quruluşunu öyrənmək,tədqiq etmək sahəsindəki xidmətləri morfoloji quruluşu 
araşdırmaq sahəsindəki xidmıtlərindən heç də geri qalmır. Onun 1953-cü ildə nəşr olunmuş “Müasir 
Azərbaycan dilində birinci növ təyini söz birləşmələri”, 1954-cü ildə ikinci növ təyini söz birləşmələrinə həsr 
edilmiş “Müasir Azərbaycan dilində təyini söz birləşmələrinə dair”, 1957-ci ildə “Müasir Azərbaycan dilində 
mürəkkəb təyini söz birləşmələri,1959-cu ildə çapdan çıxmış “Azərbaycan dilinin qrammatikası” və “Müasir 
Azərbaycan dili, sintaksis, birinci kitab” adlı əsərlərinə daxil edilmiş “Təyini söz birləşmələri” adlı əsəri 
türkologiyada bu mövzuda yazılmış ilk əsərlərdəndir. Əsər öz orijinallığı, tədqiqat dərinliyi və genişliyi ilə 
diqqəti cəlb edir. 
“Azərbaycan dilçiliyi” elmi-pedaqoji məktəbinin əsas istiqamətləri Azərbaycan dilinin fonetikası, 
leksikologiyası, morfologiyası və sintaksisidir. 1950-1960-cı illərdən başlayaraq prof. M.Hüseynzadənin 
tələbələri olan prof. S.Cəfərov, prof. Ə.Abdullayev, prof. Y.Seyidov, prof. H.Həsənov, dos. A.Həsənov 
müasir Azərbaycan dilinin bir sıra problemlərini tədqiq etmişlər. Hazırda prof. T.M.Hacıyev, prof. prof. 
H.Əsgərov, dos. İ.Məmmədov və başqaları bu akademik məktəbin tarixi ənənələrini yaşadırlar. 
Beləliklə, BDU-da Azərbaycan dilçiliyinin akademik məktəblər kimi formalaşıb inkişaf etdiyini və 
bu elmi pedaqoji məktəblərin nümayəndəsi olan görkəmli alimlərin dilçiliyimizin təşəkkülü və tərəqqisində 
böyük rol oynadığını fəxrlə qeyd etmək olar. 
Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında da müxtəlif dövrlərdə Bakı Dövlət 
Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən görkəmli alimlər əvəzsiz xidmətlər göstərmişlər. 
Məlumdur ki, Azərbaycanda ədəbiyyat tarixinin ilk sistemli yaradıcısı Firudin bəy Köçərli olmuşdur. BDU 
yaradılarkən Ə.Haqverdiyev, İ.Hikmət və başqaları ədəbiyyat fənlərindən dərs deməklə, F.Köçərlinin 
başladığı işi davam etdirmiş, İ.Hikmət “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyini yazmışdır. 1930-cu illərdən 
başlayaraq, universitetdə dərs deməyə başlayan akad. Həmid Araslı, prof. Mikayıl Rəfili, akad. Feyzulla 
Qasımzadə, prof. Mir Cəlal Paşayev, prof. Ə.Sultanlı, prof. Cəfər Xəndan Hacıyev, akad. Məmməd Arif 
Dadaşzadə və başqaları ədəbiyyatşünaslığın müxtəlif sahələri ilə bağlı tədqiqatlar aparmış, onların ardıcıl 
elmi-pedaqoji fəaliyyəti nəticəsində BDU-da bir sıra akademik məktəblər formalaşmışdır. Prof. M.Təhmasib 
şifahi xalq ədəbiyyatı, akad. H.Araslı klassik Azərbaycan ədəbiyyatı, akad. F.Qasımzadə XIX əsr 
Azərbaycan ədəbiyyatı, prof. M.Rəfili ədəbiyyat nəzəriyyəsi, prof. M.C.Paşayev XX əsr Azərbaycan 
ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi, prof. C.X.Hacıyev ədəbiyyat nəzəriyyəsi və müasir Azərbaycan 
ədəbiyyatı, prof. Ə.Sultanlı dünya ədəbiyyatı, akad. M.A.Dadaşzadə rus ədəbiyyatı və ədəbi tənqid 
istiqamətlərində sinxron tədqiqatlar apararaq Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rol 
oynamışlar. 
Azərbaycan şifahi xalq ədəbiyyatının tədqiqi və tədrisində prof. M.Təhmasibin xidmətləri böyükdür.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin