BDU-nun Filologiya fakültəsi - 100 19
Kommunikativ tədqiqatlar” adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin üzvü kimi fəaliyyət
göstərmişdir.
Dilçilik və ədəbiyyatşünaslıqdakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Ağamusa müəllim əqli oyunlar arasında şahmata böyük üstünlük verirdi. O, I dərəcəli şahmatçı kimi çox
gözəl taktiki oyunları ilə biliciləri heyran qoyurdu.
Görkəmli dilçi-alim öz sahəsinin vurğunu olaraq belə demişdir: “Mən dünyaya ikinci dəfə gəlsəm, yenə
də dilçi olacağam”.
Açar sözlər:Ağamusa Axundov, BDU-nun Filologiya fakültəsi, türkologiya, elmi tədqiqatlar, beynəlxalq konfranslar. ELNARƏ ƏLİYEVA Filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu
YARIMÇIQ QALMIŞ ÖMÜR - ŞAMƏDDİN XƏLİLOVUN YARADICILIQ DÜNYASI 1994-2000-ci illər – Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr və magistr pilləsi
üzrə təhsil aldığım illər, dəyərli alim və müəllimlərlə tanış olduğum dövrdür. Bu dövrdə akademik
T.Hacıyev, professor S.Əlizadə, professor E.Əzizov, professor Y.Seyidov, professor M.Novruzov və adını
çəkmədiyim digər müəllimlər elmin incəliklərini yorulmadan tələbələrinə öyrədirdilər. Əlbəttə, bu insanların
hər biri haqqında günlərlə danışmaq olar, lakin mən dünyadan vaxtsız getmiş Şaməddin Xəlilovu xatırlamaq
istədim. O, 1971-ci ildən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Türkologiya
kafedrasında müəllim, 1976-cı ildən baş müəllim kimi çalışmış, 1982-ci ildə isə müsabiqə nəticəsində həmin
kafedranın dosenti təyin olunmuşdur. Ömrünün sonunadək tələbəsi olduğu doğma universitetdə müəllim
kimi ləyaqətlə çalışmışdır. Bu 27 illik bir dönəmdə mükəmməl və savadlı bir müəllim kimi tələbələrinin
dərin sevgisini qazanmışdır.
Şeyx Fəridəddin Əttar yaradıcılığının ən dəyərli nümunələrindən olan “Əsrarnamə”əsəri
Ş.Xəlilovun sevə-sevə araşdırdığı ilk əsərlərdəndir. 1974-cü ildə “XV əsr Azərbaycan yazılı abidəsi
“Əsrarnamə”nin dili” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edən Ş.Xəlilov sonralar da
anadilli abidələrin tədqiqi ilə bağlı araşdırmalarını davam etdirmiş və 1991-ci ildə Cahangir Qəhrəmanovla
birgə “Mustafa Zərir. Yusif və Züleyxa” adlı möhtəşəm bir təqdiqat əsərini oxuculara təqdim etmişdir. Uzun
müddət üzərində çalışdığı “Orta əsrlər Azərbaycan yazılı abidələrinin dili” mövzusunda doktorluq
dissertasiyası da ilkin müzakirədən müvəffəqiyyətlə keçsə də, vaxtsız ölüm onun bu işini yarımçıq
qoymuşdur. Ş.Xəlilov AMEA Əlyazmalar İnstitutunda saxlanılan – hələ tədqiq olunmamış əlyazmaların
taleyindən nigaran idi. Təəssüf ki, öz əlyazmaları da yarımçıq ömrün yarımçıq əsərləri kimi elmi camiəyə
həsrət qaldı.
O, Ş.Xəlilov iki kitab, 30-dan çox elmi məqalənin müəllifidir. Xüsusi vurğulamağı özümüzə borc
bilirik ki, alimin gərgin əməyi nəticəsində ərsəyə gəlmiş bu əsərlər təkcə dil tarixçiləri üçün deyil, həm
türkoloqlar, dialektoloqlar, həm də tarixçilər üçün olduqca qiymətli tədqiqat işləridir.