BDU-nun Filologiya fakültəsi - 100
48
dəfə nəzəri cəhətdən ətraflı araşdırmış akademik Ağamusa Axundovdur. Uzun illər BDU-nun Filologiya
fakültəsinin dekanı və kafedra müdiri vəzifələrində çalışmış A.Axundov özündən sonra məktəb yaratmış
alimlərdən biridir.
Muxtar Hüseynzadə məktəbinin daha bir yetirməsi Azərbaycan türkologiyasının
öndə gələn
ziyalılarından biri, elmi-pedaqoji fəaliyyəti ilə Bakı Dövlət Universitetinin formalaşmasında müstəsna rol
oynamış akademik Tofiq Hacıyevdir. Türkologiya kafedrasına başçılıq edən
akademikin səyi və əməyi
nəticəsində filoloqlara həm əski əlifba, həm Orxon-Yenisey
abidələri tədris olunur, xalqımızın müxtəlif
əlifbalarda yaratdığı dəyərli əsərlərimizin oxunması təmin edilirdi.
Sözsüz ki, Azərbaycan dilçiliyinin avanqard nümayəndələrinin sayı dəfələrlə çoxdur.
Lakin heç
şübhəsizdir ki, Universitet mühiti və xələflərin açdığı cığır hər zaman sələflər üçün mayak olacaqdır.
Dostları ilə paylaş: