BDU-nun Filologiya fakültəsi - 100
46
kafedra müdiri və dekan vəzifələrində çalışmışdır. Zəngin və çoxcəhətli nəzəri-filoloji irsə malik olan, ərəb,
fars, rus, ingilis, alman, fransız, macar, çex, polyak,
gürcü və slavyan dillərini, o cümlədən türk dillərinin
bütün ləhcə və şivələrini mükəmməl bilən B.Çobanzadə türkologiya, dil tarixi və ümumi dilçiliyin tədqiqi və
tədrisində misilsiz xidmətlər göstərmişdir. R.Əskərin də qeyd etdiyi kimi, o, “dahi M.Kaşğarlıdan və böyük
Mirzə Kazım bəydən sonra türk dili və ədəbiyyatı sahəsində ən tanınmış alimlərimizdən biridir”. Bu mənada,
Azərbaycanda ilk akademik dilçilik məktəbinin əsasını məhz B.Çobanzadə qoymuşdur.
1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın əsas təşkilatçılarından olan B.Çobanzadə
“Türk-tatar lisaniyyətinə mədxəl”, “Türk-tatar dialektolojisi”, “Türk qrameri”, “Krım-tatar elmi-sərfi” kimi
kitabların, eləcə də onlarla elmi məqalənin müəllifidir. Alim 1937-ci ildə bir sıra görkəmli ziyalılarımız kimi,
əks-inqilabçılıqda, antisovet fəaliyyətdə günahlandırılaraq həbs olunmuş, bununla da, onun həyata keçirdiyi
işlər yarımçıq qalmışdır. Azərbaycan humanitar elminin M.A.Dadaşzadə, M.Şirəliyev, H.Araslı,
Ə.Dəmirçizadə, F.Qasımzadə, M.Hüseynzadə, M.C.Cəfərov kimi görkəmli filoloq alimləri B.Çobanzadənin
yetirmələri olub.
Mübaliğəsiz
demək olar ki, 1950-ci illərdən başlayaraq, Azərbaycan
dilçiliyinin müxtəlif
istiqamətləri üzrə fundamental əsərlər yazan dilçilərin fikir ustadı məhz B.Çobanzadə olmuşdur. A.Qurbanov
da məqalələrinin birində yazır ki, “B.Çobanzadənin araşdırmaları, kitabları tələbələrinin stollarının üstündə
görünməsə də, bizim ondan əxz etdiklərimiz nəticəsində yeni nəslin qəlbinə girmiş,
orada isti məhəbbət
yuvası qurmuşdur”.
1940-cı illərin sonu, 1950-ci illərin
əvvəllərindən başlayaraq, B.Çobanzadənin elmi-pedaqoji
ənənələrinin davam etdirilməsi nəticəsində BDU-da bu gün də fəaliyyət göstərən “Ümumi
dilçilik və
türkologiya” akademik məktəbi formalaşmışdır.
B.Çobanzadənin Azərbaycan dilçiliyi məsələləri üzrə apardığı tədqiqatlar müasir dilçilik
araşdırmalarının əsas mənbəyidir. Ə.Dəmirçizadə, M.Hüseynzadə, M.Şirəliyev, Ə.Abdullayev, T.Hacıyev,
Y.Seyidov və başqa görkəmli dilçilərin Azərbaycan ədəbi dilinin müxtəlif problemləri ilə bağlı sanballı
tədqiqatlarının fikir qaynağı B.Çobanzadənin elmi yaradıcılığıdır.
Dostları ilə paylaş: