BDU-nun Filologiya fakültəsi - 100
44
ƏMİNƏ RZAYEVA
Bakı Dövlət Universiteti
AZƏRBAYCAN DİLÇİLİYİNİN İNKİŞAFINDA BDU-nun ROLU
1919-cu ildə yaradılan və birəsrlik tarixi yol keçən Filologiya fakültəsinin məzunlarının Azərbaycan
filologiyasının formalaşması və inkişafında əvəzsiz xidmətləri olmuşdur. Müxtəlif dövrlərdə B.Çobanzadə,
M.Şirəliyev, M.Hüseynzadə, Ə.Abdullayev, S.Cəfərov, F.Zeynalov, M.Adilov, A.Axundov, T.Hacıyev və
başqalarının ardıcıl fəaliyyətinin
nəticəsi kimi dilçilik elmində, respublikada filoloji fikrin inkişafında
mühüm rol oynayan bir neçə elmi-pedaqoji məktəb formalaşmışdır. Bu məktəblərin yaradılmasında Bəkir
Çobanzadənin müstəsna xidmətləri olub. Azərbaycan dilçiliyində yeni bir dalğa yaradan,
lakin sonradan
repressiyanın qurbanına çevrilmiş Bəkir Çobanzadənin yarımçıq qoyduğu işləri Ə.Dəmirçizadə, Muxtar
Hüseynzadə, Səlim Cəfərov və başqaları davam etdirmişdir.
Əbdüləzəl Dəmirçizadə və Ağamusa Axundovun ədəbi dil tarixi materiallarına
əsaslanan sistemli
elmi təhlilləri, dilçilik tədqiqatları fonetikaşünaslığın nəzəri əsaslarını təşkil edən ən mötəbər elmi əsərlərdir.
Ağamusa Axundov Azərbaycan dilinin tarixi fonetikası haqqında sistemli elmi təhlilin yaradıcısıdır.
Leksikologiya sahəsində geniş araşdırmaları, elmi təhlilləriylə Səlim Cəfərov leksikologiya elmi
məktəbini yaratmışdır.
Morfologiya sahəsində öz
sözünü demiş Muxtar Hüseynzadə, sintaksisi tədqiq edən Əlövsət
Abdullayev, türkologiya elminin inkişafında böyük iş görən prof. F.Zeynalov tədqiqatları
ilə Azərbaycan
dilçiliyinə fərqli bir nəfəs gətirən Yusif Seyidov da özlərindən sonra elmi məktəb yaratmağı bacarmışlar.
Dilçi alimlərin tədqiqatları bu sahədə yeni nəsil dilçi alimlərin hazırlanmasında mühüm rol oynamışdır.
Dilimizin tarixi qrammatikasını araşdıran Hadi Mirzəzadə, Ə.Dəmirçizadə
və Azərbaycan dilinin
tarixi, dialektologiya, türkologiya məsələlərini araşdıran Tofiq Hacıyev də bu sahədə elmi məktəb yaradıb
və həmin məktəb bu gün dilçiliyimizin ən ciddi problemlərinin həlli ilə məşğul olur. M.Ş.Şirəliyev
Azərbaycan dialektologiyasının öyrənilməsindəki tədqiqatlarıyla dialektoloji elmi məktəb yaratmağı
bacarmışdır.
Filologiya fakültəsinin Azərbaycanda dilçilik sahəsində
xüsusi söz sahibi olan, yeni nəsil dilçi
alimlərin yetişməsində əvəzsiz
xidmət göstərən Bayram Əhmədov, Kamil Əliyev,
Kamil Vəliyev, Nizami
Cəfərov, Əbülfəz Rəcəbli, E.Əzizov, Tofiq Müzəffəroğlu kimi dilçi alimləri də vardır.
Dostları ilə paylaş: