Bakı Dövlət Universiteti Sərbəst İş №



Yüklə 170,78 Kb.
tarix01.01.2022
ölçüsü170,78 Kb.
#50828
Fərid




Bakı Dövlət Universiteti

Sərbəst İş №

Fakültə: Hüquq

İxtisas: Hüquqşünaslıq

Fənn: Multikulturalizm

Mövzu: Vətən müharibəsi zamanı Azərbaycanın xarici siyasətində multikulturalizmin təbliği

Qrup: 1586

Kurs: I

Elmi rəhbər: Sevinc Misirxanova

Tələbə: Fərid İbrahimov

Bakı-2021



Vətən müharibəsi zamanı Azərbaycanın xarici siyasətində multikulturalizmin təbliği

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Multikulturalizm ingilis dilindən tərcümədə “çox mədəniyyətlilik” mənasını verir. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. 

Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Hər bir şəxs həm öz mədəniyyətinin, həm də dünya mədəniyyətinin təmsilçisidir. Bir dövlət ərazisində yaşayan çoxlu sayda xalqlar elə dünya mədəniyyətinin həmin dövlətdə kiçik bir mədəni modelini formalaşdırır. Multikulturalizm xalqlarda mədəni və dini tolerantlılığı yaradır. Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. 

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.

Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib, Azərbaycan əsl tolerantlıq və inkişaf məkanıdır. Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyllərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan haqlarının müdafiəsi təmin edilib.

Azərbaycan dövləti davamlı inkişaf edir, yüksəlişin nümunələrini yaradır. Bu, Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, düzgün idarəetmənin nəticəsidir. Eyni zamanda Azərbaycanın yüksəlişinə çoxkonfessiyalılıq da mühüm töhfələr verir.



Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri də dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Ölkəmiz bu istiqamətdə də böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi, "Bakı prosesi"ni qeyd etmək olar. Vətən müharibəsində Azərbaycanda ya­şayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaş­lıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.

Dövlətimizin başçısının vurğuladığı kimi, ölkəmizdə müxtəlif millətlərin milli birlik, milli həmrəylik mühitində, dostluq, qardaşlıq şəraitində yaşaması, bu torpağa qəlbən bağlanması, onların hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi, azadlığı uğurunda şəhid olma­sı 44 günlük İkinci Qarabağ müharibəsində bir daha öz təsdiqini tapdı.



Bəli, Azərbaycanda milli və dini mənsubiyyətindən ası­lı olmayaraq hər bir əsgər və zabit ötən ilki Vətən savaşında Birinci Qarabağ müharibəsində olduğu kimi, erməni faşizminə qarşı əsl qəhrəmanlıq nümunələri göstərdi, ölkəmizin ərazi bütöv­lüyünün bərpası, suverenliyinin möhkəmlənməsi, güc-qüdrətinin daha da artması naminə can­larından keçməyə hazır oldu­ğunu döyüşlərdə göstərdiyi fədakarlıqlarla sübuta yetirdi.
Yüklə 170,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin