Azərbaycan Respublikası Təhsil Nazirliyi
Qərbi Kaspi Universiteti
Sərbəst iş
Tələbə: Musazadə Aygül
Fakültə: Siyasi və ictimai elmlər
Kafedra: Pedaqogika,psixologiya və sosialogiya
İxtisas: Sosial iş
Tədris ili: 2021/2022
Qrup: 131Sİ
Fənnin adı: Sosial işin nəzəriyəsi və təcrübəsi-2
Müəllimin adı: Dos. Rəşad Əsgərov
Mövzu: Məktəblərdə sosial iş
BAKI-2022
Mündəricat
Giriş..................................................................................................................3
Məktəb sosial işçisinin vəzifələri...................................................................4
Sosial işçi və sosial pedaqoq: mahiyyəti, fərqli cəhətləri............................4
“Sosial pedaqoq” ixtisası................................................................................6
İxtisas seçimi ilə bağlı araşdırma..................................................................7 “Məktəblinin Dostu“ layihəsi.............................................................................................................8
Nəticə................................................................................................................9
Ədəbiyyat.......................................................................................................10
Giriş
Təhsil bir millətin gələcəyi və bir dövlətin yüksəlişidir. Yalnız savadlı cəmiyyətlə irəli getmək uğurlara nail olmaq, ölkəni tanıtmaq mümkündür. Məktəb- məktəbəqədər yaşdan etibarən fərdlərin hər cəhətdən inkişaf etdirilməsində və yetişdirilməsində, cəmiyyətə ixtisaslı bir insan gücü olaraq öz yerlərini tutmalarını təmin etməkdə çox əhəmiyyətli bir müəssisədir.
Biz hər zaman məktəb mühiti dedikdə orda şagirdlər və dərs deyən müəllimlər təsəvvürümüzdə yaranır. Çünki müəllimlər şagirdlərlə demək olar günün yarı hissəsi təmasda olurlar, onlar tədris fəaliyyəti ilə bərabər həm də hər bir şagirdinə individual olaraq yanaşıb, onların problemləri ilə tanış olur, tez-tez valideynləri ilə əlaqə saxlayırlar. Şagirdlərinin ciddi problemləri yaranarsa, hətta ev səfərləri təşkil edib, ailələri ilə görüşür, problemlərini araşdırıb həll etməyə çalışırlar. Artıq müasir dövürdə bu problemlərin həll olunmasında yaxından iştirak edən yeni bir peşə üzə çıxdı. Bu çətin məsuliyyəti yerinə yetirən məktəb sosial işçisinin tarixi 1907-ci illərə dayanır. İlk dəfə Amerikanın New York, Boston və Hartfort əyalətlərində müəllimlər məktəb ilə ev arasında əməkdaşlığı təmin etmək və uşaqların təhsilini yaxşılaşdırmaq üçün məktəblərdə yaxından iştirak etdilər. Daha sonra bu məsələ aktuallaşaraq, 1917-ci ildə aparılan bir araşdırmada cəmiyyətin sosial problemlərini yaxşı bilən məmurların məktəblərdə işə götürülməsi zəruriliyini ortaya çıxardı.