Məktəb mühitində sosial işçi və onun rolları. docx



Yüklə 84,02 Kb.
səhifə2/4
tarix10.05.2022
ölçüsü84,02 Kb.
#57450
1   2   3   4
qenire(Məktəblərdə sosial iş)

Məktəb sosial işçisinin vəzifələri

Bu gün sosial iş peşəsinin bir sahəsi olan məktəb sosial işçisi ilk öncə məktəbdə müvəffəqiyyət göstəricisi aşağı olan, fərdi təhsilə ehtiyac duyan, zorakılıq hadisələrinə, narkotik maddə istifadəsinə meyillilik, maddi durumu aşağı olan ailələr, uşaq evlərindən gələn uşaqlar və s kimi dezavantajlı qrupların rifah səviyyəsini və sosial funksionallığını artırmağa çalışır.

Sosial işçilər problemli ailələlərlə tez-tez görüşüb, onlar üçün seminar, konfrans, fərdi görüşlər təşkil etməklə bu problemlərin həll olunmasında rol oynaya bilir. Məktəblərdə sosial işçilər uşaqlarla, yeniyetmələrlə, ailələrlə və şagirdlərin problemləmlərinin ələ alınmasında, uşağın öyrənməsinin ev və məktəb ortamında dəstəklənməsi üçün müəllimlər və digər məsul şəxslərlə işbirliyi içərisində işləyirlər. Bununla da şagirdlərə təhsildə və sosial olaraq qarşılaşdıqları problemlərin həll olunmasında kömək edərlər.

Məktəblərdə işləyən sosial işçi, uşaq və yeniyetmələrdə depressiya, məktəbi rəddetmə, bədəndə gərginliklərin yaranması, imtahan həyəcanı və s kimi problemlərin uyğun bir şəkildə ələ alınması üçün məktəbdə işləyən psixoloqlarla, uşaqların müəllimləri ilə, məktəb xaricində nevropatoloqla işbirliyi quraraq problemlərin öhdəsindən gəlməkdə şagirdlərə dəstək olur. Burada həm də sosial işçi vasitəçi (moderator), sosial vəkillik, keys menecer kimi önəmli rolları olan kadrlardır.



Yüklə 84,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin