Sosial işçi və sosial pedaqoq: mahiyyəti, fərqli cəhətləri
Bu gün yeni tərbiyə paradiqmalarının yaradılması zərurəti yaranmışdır. Bu məqsədlə yeni bir ixtisasın—sosial pedaqoq ixtisasının formalaşması aktivləşir. Sosial sahələrlə bağlı sosial pedaqoqlar hazırlanır. Elmi sosial pedaqoqikanın problemlərini əhatə edən yeni tədqiqatlar aparılır: sosial-pedaqoji xidmətin yaradılması məqsədilə yeni sosial təcrübələr tətbiq etmək, diaqnostika və korreksiyanı tənzimləyən idarəetmə, geniş əlaqələr spektrində hərtərəfli: psixoloji, fiziki cəhətdən inkişaf etmiş, sağlam düşüncəli, sosial qorumaya malik, fəal yaradıcı şəxsiyyətlər yetişdirmək kimi ciddi sosial məsələlər günün aktual məsələlərinə çevrilmişdir.
Eyni zamanda, sosial işçi öz fəaliyyətini məqsədyönlü yardım, sosial subyektin reabilitasiyası, sosiumda sosial-pedaqoji işlərin gerçəkləşməsi və s. üzərində qurur. Məktəb müəllimi və digər təhsil işçilərindən fərqli olaraq, sosial işçinin işinin əsas xüsusiyyəti onun həm “küçə”də, həm də ailələrdə işləməsidir. Lakin bir çox əcnəbi elm adamlarının qeyd etdiyi kimi, əmək bazarında sosial işçilərin və müəllimlərin fəaliyyəti vəhdət təşkil edir. Hər şeydən əvvəl, əlavə spesifik biliklər qazanmaq, qruplarla iş vərdişi əldə etmək və ixtisasartırmaq, konseptual iş bacarığına malik olanlara böyük tələbat, innovasiyaya hazırolma, könüllülərlə birgə iş, administrativ və sosial idarə və təşkilatlarla iş.
Sosial işçilər və sosial pedaqoqlar eyni problemlərin həlli ilə əlaqədar işləri bu və ya digər həcmdə yerinə yetirirlər.
Beləliklə, sosial pedaqoq fəaliyyətini yeniyetmələrin sosial inkişafı, müxtəlif dövlət və ictimai qurumlarla, ailə və məktəb kollektivi ilə hər şeydən əvvəl, şagirdlərlə kompleks sistem formasında gerçəkləşdirir.
Sosial iş təhsil sistemində və məktəbdə daha yüksək inkişafa malik olur. Məktəb və digər təhsil sistemində sosial işin işığında kritik vəziyyətlərdə şagirdlərə kömək etmək, tərbiyə və yenidən tərbiyə işlərini həyata keçirmək və s. işlər əks olunur. Burada sosial işin dərs prosesində, administrativ məsələlərin həllində, istirahət təşkilatlarında və s. tətbiq olunmasının mümkünlüyünü diqqətə çatdırmaq yerinə düşür.
Nəhayət, qeyd edək ki, sosial iş, artan tələblər səviyyəsində elmi nailiyyətlərə söykənən ixtisaslaşmış sosial xidmət, qüvvədə olan dövlət və ictimai proqramların həyata keçirilməsi kompleks tədbirlər planının tərkib hissəsidir.
“Sosial pedaqoq” ixtisası
“Sosial pedaqoq” ixtisası Rusiyada daha yenicə formalaşmağa başlamışdır, baxmayaraq ki, əmək bazarında “sosial işçi” ixtisası daha müstəqil iş kimi, əvvəlcədən müəyyənləşmişdir. Mövcud olan təşkilatçı-pedaqoq vəzifəsi (tərbiyə işləri üzrə direktor müavini-təşkilatçı müavin) 1990-cı illərin əvvəlindən tərbiyə və gənclərlə iş mütəxəssis işi kimi, yeni keyfiyyətlər daşımağa başladı, sosial pedaqoqun ixtisas-tarif xüsusiyyəti nəzərə alınmaqla vəzifə və hüquqları işlənib hazırlandı. Buraya aşağıdakılar daxildir:
-yaşayış yerlərində fəaliyyət göstərən təhsil müəssisələrində şagirdlərin sosial şəxsiyyət kimi inkişafı, təhsili və tərbiyəsi ilə əlaqədar kompleks tədbirlər həyata keçirmək;
-şagirdlərin şəxsiyyət kimi psixoloji, tibbi-pedaqoji xüsusiyyətlərini, həyat şəraiti və mikromühitini öyrənmək;
-şagirdlərin maraq və tələblərini, problemlərini öyrənmək,ziddiyyətləri, davranışlarında kənar meyilləri aşkar etmək və onlara vaxtında sosial dəstək vermək;
-şagird şəxsiyyətini məktəb, ailə,fərqli sosial xidmət əməkdaşları və rəhbər orqanlarla, onların tabeliyində olan idarə və təşkilatlarla əlaqələndirmədə vasitəçi rolunu oynamaq;
- sosial pedaqoji işin vəzifəsini, forma və metodlarını müəyyənləşdirmək, şəxsi və sosial problemləri həll etmək, şagirdlərin sosial müdafiəsi və sosial dəstəyi, hüquqlarının gerçəkləşməsi və azadlıqları üçün müxtəlif ölçülər götürmək;
-şagirdlərin müxtəlif sosial dəyər fəaliyyətlərini təşkil edmək, sosial təşəbbüskarlığın inkişafına yönəldilmiş tədbirlər həyata keçirmək, sosial proqram və layihələrin hazırlanması, təsdiqlənməsi və gerçəkləşməsini reallaşdırmaq;
-sosial mühitdə humanist, sağlam mənəvi əlaqələr yaratmaq;
-şagirdlərin şəxsiyyət bütövlüyü, təhlükəsizliyi və psixoloji komforta malik olmaları üçün şəraitin yaradılmasına səy göstərmək, onların həyati sağlamlıqları üçün qayğı göstərmək;
-yetim və valideyn himayəsindən məhrum uşaqların gələcəkdə işə düzəldilməsi üçün patronçuluq etmək, yaşayış yeri, vəsait və təqaüdlə təmin olunmalarına kömək etmək, qiymətli kağızlarla davranmaq, mal varlığı ilə bağlı əmanətlərinin sənədləşdirilməsi və s. işlərinə dəstək vermək;
- uşaqlara yardım məqsədi ilə müəllimlərlə, valideynlərlə (yaxud onları əvəz edən şəxslərlə) sosial iş mütəxəssisləri ilə ailə və gənclər məşğulluq mərkəzləri ilə, xeyriyyə təşkilatları, himayəyə ehtiyacı olan, məhdud fiziki imkanlı, deviant davranışlı və ekstremal vəziyyətə düşənlərlə qarşılıqlı əlaqələr qurmaq.
Dostları ilə paylaş: |