Modelləşdirmə – layihələndirilmə mərhələsində mövcud
olan aparat və qurğuların optimallaşması üçün aparılan tədqiqat işidir. Yeni istehsalın təşkilində modelləşdirmə vasitəsilə tədqiqat işi layihə işi ilə əlaqələndirilir. Bu da prosesin laboratoriyadakı tədqiqat işindən istehsalata keçməsinə imkan verir. Modelləşdirmə əvvəlcə modellərin qurulmasını və onlar əsasında istehsal proseslərinin və reaktorların yaradılmasını özündə birləşdirir. Modellərin xüsusiyyətləri tədqiq olunmaqla reaktorların xassələri öyrənilir.