Bakı Dövlət Universiteti


Riyazi model:Birinci mərhələ



Yüklə 0,97 Mb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#42199
1   2   3   4   5
Fərdi iş Firangiz

Riyazi model:Birinci mərhələ.


Riyazi modelləşdirmə iki mərhələdə həyata keçirilir.

Birinci mərhələdə prosesə təsir edən əsas parametrlərin əlaqələndirilməsi riyazi tənliklər vasitəsilə verilir, sonra parametrlər arasındakı əlaqəni əks etdirən yekun tənlikləri almaq üçün lazım olan alqoritm, yəni həmin tənliklərin həll proqramı tərtib olunur.


Riyazi model:İkinci mərhələ.


İkinci mərhələnin mahiyyəti ondan ibarətdir ki,

alqoritmin köməyi ilə müxtəlif parametrlər lazım olan

istiqamətdə dəyişdirilə bilir, optimal şərait seçilir, modelin

öyrənilən nümunəyə (prototipə) adekvatlığı (uyğunluğu)

müəyyən olunur. Riyazi modelləşmə hesablama maşınlarında

aparılır. Ona görə də deyirlər ki, maşın riyazi modelləşdirmə

vasitəsidir. Kimyəvi texnoloji proseslərin tam riyazi

modelləşdirilməsi çox mürəkkəb bir problemdir. Elektron

hesablama maşınları tətbiq etdikdə belə, riyazi modelləşdirmə

asanlıqla həll edilmir. Tam riyazi model qurmaq problemi

hələlik bütün dünyada bir neçə dəqiq öyrənilmiş proses üçün

mümkün olmuşdur. Məsələn, Kanada və Yaponiyada sulfat

turşusunun kükürddən alınması prosesini tam modelləşdirmək

təşəbbüsü göstərilmişdir. Belə bir riyazi model yaratmaq üçün

500 tənlik sistemi həll edilməlidir ki, onlara da minə yaxın

dəyişən və ikiyüzdən çox parametr daxil olur. Belə nəhəng

sistemlərin həlli hətta ən müasir elektron hesablama maşınlarında yerinə yetirildikdə belə böyük xərc tələb edir və bəzən də özünü doğrultmur. Odur ki, məsələnin həllini asanlaşdırmaq üçün əvvəlcədən hər bir parametrin prosesin effektivliyinə təsir dərəcəsi müəyyən edilir. Effektivliyə az təsir edən parametrlər tənlikdən çıxarılır. Lakin onu da nəzərə almaq lazımdır ki, hər cür sadələşdirmə alınan qiymətlərin dəqiqliyini azaldır. Kimyəvi – texnoloji prosesləri və reaktorları riyazi

modelləşdirmə zamanı elə hesablama maşınları tətbiq edilir ki,

maşının blok – sxemində ondakı (maşındakı) elektron

prosesləri və modelləşən obyektin kimyəvi prosesləri oxşar

tənliklərlə ifadə olunur. Beləliklə, differensial tənliklər sistemi

kimyəvi – texnoloji prosesləri tamamilə ifadə etmiş olur.



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin