Riyazi model:İkinci mərhələ.
Həmin tənliklər elektron hesablama maşınları ilə birlikdə prosesin riyazi modelini təşkil edir.
Belə riyazi model laboratoriya təcrübələri əsasında istehsal prosesinin optimal
parametrlərini tapmağa imkan verir. Modelləşməni oxşar
elektron maşınlarının köməyi ilə aparmaq daha əlverişlidir. Bu
yolla prosesə təsir göstərən parametrləri daha tez müəyyən
etmək olur. Bu məqsədlə müxtəlif növ hadisələrə aid olan
müxtəlif, lakin oxşar differensial tənliklər oxşar maşınlarda
modelləşdirilir. Kimyəvi – texnoloji proseslərin modelləşdirilmə və
optimallaşmasını elektron hesablama maşınlarında hesablamaq
üçün kinetik tənliklərdən istifadə olunur. Bu tənliklər texnoloji
rejimin bir çox parametrlərinin dəyişməsini nəzərdə tutur.
Məsələn, qaz – bərk sistemi üçün bir neçə tənliyin
ümumiləşmiş forması olan (2.3) tənliyindən istifadə edilir:
U=K0 * e -E/RT * Sxbs * *
Burada: U – reaksiyanın sürəti; K0 – sürət sabiti; T –
temperatur; E – aktivləşmə enerjisi; S – məsaməli bərk
reagentin səthi; ϑ - reaktorun həcmi; ∆C - reagentlərin
qatılığı; β - reaktorun doldurma əmsalı, β =0,7÷0,8
köpüklənməyəm mayelər üçün, β =0,4÷0,6 köpüklənən
mayelər üçün, P – təzyiqdir. Göstərilən parametrlərdən hər
birinin dəyişməsi reaksiyanın sürətinə təsir göstərir ki, (2.3)
tənliyi də bu təsiri ifadə edir.
Modelləşdirmə təxminən aşağıdakı ardıcıllıqla aparılır:
kimyəvi –texnoloji proses tədqiq edilərək riyazi cəhətdən ifadə
olunur; funksional bloklar yığımını təyin edən sistemin blok –
sxemi tərtib olunur, funksional blok bir neçə əməliyyatı
(differensiallama, inteqrallama, vurma, toplama və s.) əhatə
edir. Nəticədə texnoloji prosesi ifadə edən ilkin tənliklər
sistemi cərəyanı ifadə edən tənliklər sisteminə çevrilir.
Dostları ilə paylaş: |