Bakı Slavyan Universteti Fakültə: Təhsil İxtisas:İbitadi Sinif Müəllimliyi



Yüklə 121,78 Kb.
səhifə2/5
tarix07.05.2023
ölçüsü121,78 Kb.
#109071
1   2   3   4   5
Tavad info

Təhsili və həyatda ilk addımları


1972-ci ildə Stiv Cobs Kaliforniyadakı Cupertino şəhərindəki Homestead High School orta məktəbinə gedir. Məktəbdən sonra Hewlett-Packard (HP)-a mühazirələr dinləməyə gedir, sonradan isə yay aylarında Stiv Voznyakla birgə orada mövsümi işçi kimi çalışır. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra Oreqon ştatının Portlend şəhərindəki kollecə daxil olur. Orada cəmi bir semestr təhsil almağına baxmayaraq, o kollecdə mühazirlər dinləməkdə davam edir. Bu zaman o dostlarının yanında, yataqxanada döşəmədə yatır. Boş butulkaları yığıb təhvil verərək çörək pulu qazanır, yerli krişnait məbədindən hər həftə pulsuz yemək alırdı. Sonradan o deyirdi: "əgər o zaman mən kollecdə kalloqrafiya kurslarına yazılmasaydım, proporsional şriftlər olmayacaydı."
1974-cü ildə Cobs Atari, Inc, şirkətinə video-oyun istehsalı üzrə mexanik işinə düzəlir. Topladığı vəsait ilə o mənəvi zövq üçün Hindistan məbədlərinin birinə getməyi planlaşdırır.

Cobs Nim Karoli Babanı ziyarət etmək və mənəvi kamillik almaq üçün üçün Hindistana gedir. O oradan başı qırxılmış və hind geyimində qayıdır. Bu müddətdə hətta o bir neçə dəfə narkotiklərdən də istifadə edir. Sonradan o bildirdi ki, əgər ərafındakılar onun kontrmədəniyyət əqidəsini bölüşmürlərsə, onda onun düşüncəsini başa düşə bilməzlər.


Hindistandan sonra Cobs Atari, Inc şirkətinə qayıdır və onun qarşısına Breakout oyunları üçün lövhələr hazırlamaq vəzifəsi qoyulur. Şirkətin rəhbərliyi ona oyun maşınında fəaliyyəti pozulmadan götürülən hər çip üçün $100 vəd edirdi. Cobs bu işi görməyi dostu Voznyakdan xahiş edir və gəliri yarı bölməyi qərara alırlar. Voznyak 50 çipi götürməyə nail olur. Ancaq şirkət onlara gözlənilən 5 min dollar əvəzinə cəmi 700 dollar verir.


Stiv Cobs Voznyakla birlikdə 1975-ci ildən başlayaraq Homebrew Computer Clubun fəaliyyətində iştirak etməyə başlayır. O Polaroidin yaradıcısı və ani fotoşəkilin ixtiraçısı olan H. Edvinin yaradıcılığına valeh idi və onu təkrarlamağa çalışırdı.



Yüklə 121,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin