1976-cı ildə Cobs, Voznyak və Ronald Ueyn Apple şirkətini təsis etdilər. Cobs uzun illərin dostu olduğu Voznyaka kompüterlərin yığımı və satışına cəlb edə bildi. Şirkət genişləndikcə dostlar təcrübəli menecerlər axtarmağa başladılar.
1977-ci ildə Cobs və Voznyak, Apple II-ni bazara təqdim etdilər, o zamanlar Apple II ev bazarında əhəmiyyətli bir yer əldə etmişdi və Applenin kompüter bazarındakı yerini sağlamlaşdırdı.
1980-ci ilin dekabrında Apple Computer xalqa açıldı. Eyni il Apple Computer Apple III-ü bazara çıxardı, lakin bu model bir əvvəlki modelin yerini ala bilmədi.
1978-ci ildə Apple Maykl Skottu National Semiconductordan öz şirkətlərinə baş direktor kimi cəlb edə bildilər. 1983-ci ildə Cobs, Pepsi-Cola şirkətindən Con Skallini Apple şirkətinə rəhbər dəvət edərək demişdi: "Ömrünün sonuna qədər yalnız şəkərli su satmaq istəyirsiz yoxsa mənimlə birlikdə dünyanı dəyişəcəksiz?". O dövrdə Apple prezidenti Maykl Markkula vəzifəsindən getmək istədi. O hesab edirdi ki, Cobsun yeni modellər üçün şəxsi intizamı və enerjisi çatmır.
Həmin il Apple yeni texnologiyalı, ancaq kommersiya cəhətcə uğursuz olan Apple Lisa brendini bazara çıxardı.
Növbəti il Apple Super Bowl finalı efirindəə Ridli Skott tərəfindən yaradılmış "1984" adlı reklam roliki buraxdı. 24 yanvar 1984-cü ildə Apple-nin səhmdarlarının illik ümumi yığıncağında emosional Cobs Macintoshun yeni versiyasını təqdim etdi. Yenilik böyük hay-küylə qarşılandı. Bu Macintosh kompüterinin ilk uğurlu kommersiya layihəsi oldu.
Cobs Applenin iradəli direktoru olsa da , o dövr əməkdaşları onu qeyri-müəyyən və emosional menecer kimi xarakterizə edirlər. 1984-cü ilin sonuna satış göstəricilərinin pisləşməsi Cobsla Skallinin münasibətlərini pisləşdirir və onlar liderlik uğurunda mübarizəyə başlayırlar. Şirkətdə böyük ixtisarlar başlayır və ümüdsüzlük üstünlük təşkil edir. Stiv Cobs gecə keçənə qədər işləyir və hətta bəzən görüşləri səhər 7:00-a təyin edir.
Skalli hesab edir ki, Cobsun fəaliyyəti Apple üçün uğurlu olmayacaq və 24 may 1985-ci ildə onu vəzifədən götürmək üçün direktorlar şurasının iclasını çağırır. İclas Skallinin tərəfini tutur və Cobs vəzifədən gedir. O Apple-dən getdikdən beş ay sonra elə həmin il NeXT Inc. şirkətini təsis edir.
Stiv Cobs 2005-ci ildə Stenford Universitetində bildirir ki, onun o dövrdə Apple şirkətindən getməsi çox düzgün addım idi. "Uğurlu insan dövrü yüngül beyin dövrü ilə əvəz edilmişdi. getməklə mən azad oldum və yenidən məhsuldar fəaliyyət dövrünə daxil oldum. əgər məni Appledən azad etməsəydilər digər uğurlar olmayacaqdı.
Apple-dən getdikdən sonra Cobs 1985-ci ildə 7 milyon dollar kapitalla NeXT Computer şirkətini qurur. Bir ildən sonra Cobs pulsuz və perspektivsiz vəziyyətə düşür və vəsait axtarışına çıxır. Bir müddət sonra o milyarder Ross Peronun diqqətini cəlb edir və o
Cobsun şirkətinə xeyli vəsait yatırdır. 1990-cı ildə NeXT işçi stansiyaları $ 9999 qiymtlə satışa çıxarılır. Apple Lisa kimi NeXT də texnoloji cəhətcə müasir idi, ancaq ondan elmi yeniliklərinə görə geri qalırdı. NeXT ilk növbədə sistemin proqramın proqram təminatı ilə güclü idi. Cobs NeXT məhsullarına yeni texnologiyaların təcrübəsi və innovasiyalı məhsul kimi baxırdı
İkinci nəsil təkmilləşdirilmiş NeXTcube də 1990-cu iləd buraxıldı. Cobs onu fərdi kompüteri əvəz edəcək məhsul kimi baxırdı. NeXTMail innovasiyasına görə yeni kompüter elektron poçt sistemi qurur və NeXTcube vasitəsilə elektron poçtla səs, təsvir, qrafika və video verirdi. Stiv Cobs bildirirdi ki, "bu kompüterlər insan kommunikasiyalarında və qrup işində inqilab yarada bilir". O eyni zamanda estetik təkmilləşməyə də böyük fikir verirdi.
Bu NeXT-in apparat bölgüsünə də təsir edirdi. 1993-cü ildə artıq 5 min maşın satılır və NeXT NeXTSTEP / Intel-ə proqram təminatına çıxır. 1994-cü ildə şirkət ilk $ 1,03 milyon gəliri haqqında məlumat verir. В 1996-cı ildə NeXT Software, Inc veb-əlavələrin hazırlanması üçün WebObjects buraxır. NeXT Apple şirkəti tərəfindən 1997-ci ildə satın alındıqdan sonra , WebObjects Apple Store-nun qurulması və buraxılması üçün istifadə edilməyə başlandı.
Dostları ilə paylaş: |