"Bakı Tbilisi Ceyhan" əsas neft kəmərinin 2005 ci ilin axırında tam işə düşməsi labüddür


Plan 3 Dərinlik nasos qurğusuna texniki xidmət



Yüklə 71,07 Kb.
səhifə3/3
tarix13.12.2022
ölçüsü71,07 Kb.
#74442
1   2   3
neft meden avadanliqlari butov

Plan 3
Dərinlik nasos qurğusuna texniki xidmət
Quyular ştanqlı dərinlik – nasos üsulu ilə istismar edildikdə mancanaq dəzgahı və digər quyuağzı avadanlıqlarının işinə nəzarət edilir.
Sürtünən hissələrin yağlanması qurğunun uzun müddət dayanmadan işləməsini təmin edir. Ona görə də neft çıxarma operatorları müntəzəm olaraq nəzarət etməlidirlər ki, mancanaq dəzgahının bütün sürtünən hissələri yaxşı yağlanmış olsun.
Sürgü qolunun aşağı başlığındakı yastıqlar, balansirin dayağı, tərəzinin asıldığı yastıqlar, sürgüqolunun yuxarı başlığındakı barmaqlar, eləcə də elektrik mühərrikinin xizəyi üzərindəki işçi yivləri salidol ilə yağlanır.
Göstərilən hissələr ayda bir dəfədən az olmayaraq yağlanması məsləhət görülür. 6 aydan bir yağ dəyişdirilməlidir. Mancanaq dəzgahının reduktorunda sənaye və ya avtotraktor yağı tökülür, val yastıqları və dişli çarxlar yağ vannasında işləyirlər. Yağ reduktorun üstündəki qapağı açaraq əlavə edilir.
Reduktorda yağın olması nəzarət klapanı ilə yoxlanılır.
Hal – hazırda reduktor yağının dəyişdirilməsi, yastıqların yağlanmasında xüsusi Azinmaş – 48 qurğusu tətbiq edilir.
Mancanaq dəzgahının yaxşı işləməsi onun tarazlaşma dərəcəsindən çox asılıdır. Odur ki, ayda bir dəfə dəzgahın taraz olması yoxlanılır.
Dərinlik nasos quyusunun yerüstü avadanlıqlarının vəziyyəti müntəzəm yoxlanılmalıdır. Qurğuda hər – hansı nasazlıq tapılarsa dərhal ləğv edilməlidir.
Dalma elektrik nasoslarının yerüstü elektrik avadanlığı budkada quraşdırıldıqda idarəetmə stansiyası elə yerləşdirilməlidir ki, onun qapısı açıq vəziyyətdə olduqda xaricə sərbəst çıxış təmin olunsun.Budkanın qapısı xarice acçılmalıdır.
Bu cür elektrik avadanlıkları talvar altında və ya açıq meydançada quraşdırıldıqda, həmin sahə çəpərlənməli və işçi meydançasının döşəməsi isə yer səthindən 0,2 m-dən az haleraq yuxarı olmalıdır.


Yüklə 71,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin