Plan 1 ŞDN quyusu avadanlıqlarının istismarı, texniki xidmət və onların təmiri ŞDNQ avadanlıqlarının, uzun müddət işləməsi, onlara xidmətdən çox asılıdır. İstismar prosesində xidmət edən şəxslər dəzgahın vəziyyətini kənardan müşahidə etməklə yoxlayır. Bu vaxt aşağıdakı hissələrə diqqət yetirilir:
Dəzgah çərçivəsini özülə bərkidən boltlara;
Reduktor və dayağın çərçivəyə bərkidilməsinə;
Balansir yastığını bərkidən boltlara;
Paz birləşmələrinin sıx olmasına;
Sürgü və çarx qolları birləşmələrinə;
Əks yüklərin bərk armaturalarına;
Saxlayıcı qəlvlərin vəziyyətinə;
Elektrik mühərriklərinin boşalmasına;
Kanat asqısı və cilalı ştokun vəziyyətlərinə;
Rotor yüklərinin düz fırlanmasına;
Təhlükəsizlik texnikası üçün hasarların yerində olmasına;
Qayışların vəziyyətinə.
Bunlardan əlavə quyu təmirə dayandıqda rediktorda yağan olması xüsusi gözlükdən yoxlanılır. Hər 6 aydan bir işləyən MD – in olması reduktorlarındakı yağ(Л markalı) dəyişdirilməlidir. Reduktorda əlavə səslərin yaranmasına diqqət yetirilir.
Yadda saxlamaq lazımdır ki, yağlanma, təmir işləri, hər hansı hissənin yoxlanması zamanı MD – hı dayandırılmalıdır.
Mancanaq dəzgahlarının montajı və istismarı zamanı edilən tələblər:
Mancanaq dəzgahı təcrübəli ustanın rəhbərliyi ilə quraşdırılmalıdır.
Hərəkətdə olan bütün hissələr hasarlanmalıdır.
Kanat asqısı quyuağzı kipgəc arasında məsafə 20 sm qədər olmalıdır.
Plan 2 ŞDN qurğularının təmiri ŞDN qurğusunun əsas qovşaqlarından biri mancanaq dəzgahıdır. MD uzun müddət işləməsi, düzgün istismarı və vaxtında təmir edilməsindən çox asılıdır. MD – n təmiri iki növə bölünür: caari və əsaslı.
Cari təmir dəzgahın əsaslı təmirinə qədər normal işini təmin etməlidir.
Cari təmirdə dəzgahın vəziyyəti yoxlanır, lazım gəldikdə kanat – asqısı, balansir başlığı, çarxqolu ilə sürgü birləşən qovşaq yoxlanır, sırğalar, sürgü qolu dəyişdirilir. Əyləc qasnağı və lenta, yastıqlar, oymaqlar və oxlar dəyişdirilir. Çatlar ləğv edilir, nərdivan və hasarlar təmir edilir, işlənmiş qayış dəyişdirilib dartılır, yastıqlar yağlanır, reduktora yağ əlavə edilir. Dəzgah tarazlanaraq cari təmir tamamlanır.
Mancanaq dəzgahının reduktorunun cari təmirində bir az sökülüb valın vəziyyəti yoxlanır, yırğalanma yastıqları onların manjetləri dəyişdirilir, yığdıqdan və yağ dəyişdirildikdən sonra reduktorun yüngül fırlanması yoxlanır.
Əsaslı təmir cari təmirdə göstərilən işlərdən əlavə dəzgah qovşaqlarının dəyişdirilməsi və onların təmiri aparılır. Reduktor tam sökülüb təmir edilir. Reduktorun əsaslı təmirində vallar və çarxlar restovrasiya edilir və ya təzəsi ilə əvəz edilir.
Nasazlıq Səbəbi Ləğv edilmə üsülü
MD silkələnir Özül düz tikilməyib. MD düz yığılmayıb, tarazlaşmayıb Özülü əsaslı təmir etmək, ölçülərini düz götürmək
Nasos qurğusu avadanlıqlarını NQÇİ – də təşkil olunmuş istismar avadanlıqlarının təmir və quraşdırma sexi tərəfindən aparılır.Mancanaq dəzgahının elektrik intiqalına (ötürücüsünə) və işəsalma qurğusuna xidmət etmək üçün veya qeyri metal doşəməsi olmalıdır. Qeyri metal kurutulmalıdır. Doşəmə olan məhəccərli ümumi meydança döşəmə metal əsas üzərində və ya metal əsas mancanaq qaynaq edilməlidir.
1.Nasosların açıq halda (yeşiksiz) nəqli zamanı, mütləq aşağıdakı qaydalara riayət edilməlidir:
Dərinlik nasosları avtomobilə nəql edilərkən mütləq taxtadan hazırlanmış altlıq üzərinə qoyulmalıdır;
Nasoslar avtomobilə yüklənərkən onların üst-üstə yığılmasına və uclarının asılı halda qalmasına (1 m-dən artıq) yol verilməməlidir;
Nasoslar avtomobilə yüklənib-boşaldılarkən titrəyişlərə və zərbələrə yol verilməməlidir, çünki bunun nəticəsində oymaqlar öz yerini dəyişə bilər; Nasoslar zədədən və çirkdən mühafizə edilməlidir.
2.Təzə quyudan çıxmış və təmir olunmuş nasoslar, onlara üç nöqtədə dayaq verilmək şərti ilə örtülü tikililərdə saxlanmalıdır.
3 . Nasos quyudan qaldırıldıqdan sonra quyunun yanında qalmamalıdır. qummirlənmiş ehtiyat plunjerlər və işdə olmuş, lakin kipləşdirici halqası yeyilməmiş plunjerlər, texniki rezin məmulatların saxlanılması qaydalarına uyğun surətdə saxlanmalıdır.Qummirlənmiş plunjerləri günəş şüalarından, atmosfer çöküntülərindən və istilik cihazlarından qorumaq lazımdır (optimal saxlanma Temperaturu 20°C olmalıdır). Qummirlənmiş plunjerlər altı aydan artıq saxlanmamalıdır (bumüddətdən sonra rezin öz xassəsini itirir).