3
Izahat vərəqi
“Kimyada Fiziki Tədqiqat Metodları” fənni “Kimyaçı” ixtisası
alan tələbələrə III kursda 60 saat ( 30
saat mühazirə, 30 saat
laboratoriya) həcmində tədris edilir.
Müasir kimyanın problemlərini həll etmək üçün effektiv fiziki
metodlar işlənib hazırlanmışdır. Bu metodlarla tədqiq olunan maddə
maqnit sahəsi, elektromaqnit şüalanması və ya sürətləndirilmiş
hissəciklər seliyi ilə qarşılıqlı təsirdə olur. Bu qarşılıqlı təsirdən sonra
sahənin, şüalanmanın və sürətləndirilmiş
hissəciklər selinin
xaraxteristikalarının dəyişməsini öyrənməklə həmin maddə haqqında
məlumat əldə edilir. Bu nəticələr həm öyrənilən maddənin
fundamental fiziki-kimyəvi xassələrinin
müəyyənləşdirilməsində,
həm də həmin maddənin iştirakı ilə gedən proseslərin mexanizminin
öyrənilməsində mühüm rol oynayır. Müxtəlif fiziki metodlarının
tətbiq edilməsi il
ə maddənitəşkil edən molekullarda nüvələrarası
məsafənin,
rabitələrin enerjisinin, atomların effektiv yüklərinin,
ionlaşma potensialının,valent bucağının, atom, molekul radiuslarının,
molekulyar
formulun təyini, reaksiyanın kinetika və mexanizminin
tədqiqi tədris olunan fənnin əsasını təşkil edir.
Tədris prosesində
müxtəlif spektral(optiki, rezonans) və difraksiya metodlarının ümumi
qanunauyğunluqları və kimyada tətbiqi öyrənilir.
Kursun əsas vəzifəsi tələbələrin tədris olunan fənn üzrə
mükəmməl nəzəri və praktiki biliklərə yiyələnməsidir.Müasir
spertral cihazlarda işləmək və tədqiqat aparmaq bacarığına
malik
olan yüksək ixtisaslı kadr hazırlığı da kursun vəzifələrinə aiddir.
Fənnin mənimsənilməsi nəticəsində tələbələr: