Zəhərli maddələr. Bu növ maddələr sırasına kənd təsərrüfat bitkilərinə zərər vuran ziyanvericilərlə mübarizə zamanı istifadə olunan kimyəvi preparatlar daxil edilir. Bunların əksəriyyəti ziyanverici həşəratlar üçün zərərli sayılır. Bəziləri isə yalnız dezinfeksiya məqsədləri üçün istifadə edilir. Bu növ zərərli maddələr ovuntu halında, briket və ya kərpic halında, pasta halında, habelə çiləmə məqsədi üçün maye halında istifadə olunur. Zərərli kimyəvi maddələr infeksiya xəstəliyini genişləndirə bilər. Xəstəlik törədən həşəratları məhv etmək, habelə qüvvənin təsirindən xarab olan malları qorumaq üçün istifadə olunur. Zəhərli maddələr insan orqanizmi üçün də qorxuludur. Bununla yanaşı arını da məhv edirlər. Buna görə də onların istifadəsi və saxlanılması zamanı göstəricilərə dəqiq əməl edilməlidir. Tərkibinə görə zəhərləyici maddələr bitki, mineral və sintetik maddələrdən hazırlana bilirlər. Ən çox buraxılan kimyəvi-zəhərli maddələr sənayenin üzvi sintez məhsullarından əldə olunur.
Kimyəvi zəhərləyici maddənin dəqiq qruplaşdırılması yoxdur. Lakin bunları aşağıdakı əlamətlərə görə bir-birindən fərqləndirmək olar.
1. Zərərli həşəratların məhv edilməsi üçün lazım olan insektisidlər;
2. Göbələklərin məhv edilməsi üçün lazım olan funqusidlər;
3. ziyanverici həşəratlar və göbələklərin məhv edilməsi üçün olan insektofunqisidlər;
4. gəmiricilərin məhv edilməsi üçün lazım olan zootsidlər;
5. alaq otlarını məhv etmək üçün lazım olan herbisidlər.
Bu qrupa eyni zamanda bitkinin yarpaqlarının tökülməsinin qarşısını almaq üçün olan defoliatları da aid etmək olar.
Fiziki əlamətlərinə görə zəhərləyici kimyəvi maddələr ovuntu halında məhlul və ya emulsiya halında istehsal olunurlar. Bu maddələrin istifadə edilməsində əsas element kimi fizioloji amillər daha doğrusu zəhərləyici maddənin həşarat orqanizmasına daxil olma yolları nəzərdə tutulur. Buna görə də fizioloji nöqteyi nəzərdən zəhərli kimyəvi maddələr həşaratlara bağırsaq, dəri və nəfəs yolu vasitəsi ilə daxil olaraq onları məhv edir.
Ziyanvericilərə təsirinə görə kimyəvi maddələr bitkinin daxilinə nüfuz etməklə də həşaratları məhv edə bilirlər. Bu növ maddələri torpağa yeritdikdə onun məhlulu bitkinin kökü tərəfindən sorularaq onun bütün bədəninə yayılır, onun şirəsini zəhərləyir və bitki bitlərini, gənələri və s. məhv edir.
Funksidlər göbələklərin məhv edilməsi üçün nəzərdə tutulur. Bu növ maddələr bitkiləri yoluxdurmamaqla mikroorqanizmləri məhv edə bilirlər.
Dostları ilə paylaş: |