Baki – 2020 Mövzu Yumurta


İnterlok maşınında hörülən trikotaj



Yüklə 0,9 Mb.
səhifə108/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

İnterlok maşınında hörülən trikotaj. Bu trikotaj əsas etibarilə ikiqat lastikdən ibarətdir.

Bunun üzərində və astarında bir-birinin ardınca gedən sıx çubuq və qövs sıraları şəklində ilmə naxışları olur. Adi lastikdən fərqli olaraq üz tərəfdəki çubuq sıraları, demək olar , dəqiq surətdə astar tərəfdəki çubuq sıralarına qarşı yerləşir.

Interlok trikotajı çox elastik olmaqla, lastik kimi eninə tərəf daha çox uzanır. Lakin interlok trikotajı lastik birtərəfli trikotaja nisbətən çətin sökülür. Interlok maşınında, əksəriyyətlə yüksək keyfiyyətli camaşır polotnosu hörülür.

Dairəvi trikotaj. Dairəvi trikotajın üz və astar tərəflərində qövs şəklində ilmə naxışları olur və ona görə də ikiastarlı trikotaj adlanır. Dairəvi trikotaj yüksək uzanma qabiliyyətinə malik olmaqla istər eninə, istərsə də uzununa tərəf bərabər tərzdə uzanır. Dairəvi trikotajın bu xassəsinin, məsələn , yaylıq kimi məmulat üçün böyük əhəmiyyəti vardır.

Fırlanğıc və raşel maşınlarında hörülən trikotaj. Bu maşınlarda ərişinə trikotaj yaradılır.

Yuxarıda da göstərildiyi kimi, ərişinə hörmə trikotajda hər iynəyə ayrıca sap keçirilir və ilmə sütunlarının bir- birinə bağlanması üçün həmin saplar bir iynədən digərinə yeridilir. Bununla əlaqədar olaraq, ərişinə hörmə trikotajda ilmələr, adətən kəcinə gedir və həmin ilmələri törədən saplar isə ilmə sütunundan digərinə keçirilir.

Fırlanğıc maşınlarda camaşır, əlcək və bəzi üst məmulatı üçün nazik polotno hörülür. Raşel maşınlarında (bunların sinifi adətən aşağı olur) əsas etibarı ilə müxtəlif üst məmulatı üçün polotno habelə camaşır üçün tor, yaylıq, şarf və s. hörülür.

Ərişinə hörülən trikotaj eninə hörülən trikotaj kimi bir çox növlərə ayrılır ki, bunlardan da ən çox rast gələn triko, mahud, atlas, mürəkkəb quruluşlu və qeyri elastik trikotaj növlərini göstərmək olar.

Triko. Triko trikotajının fərqləndirici xüsusiyyəti odur ki, bunun hər sapı bir ilmə sütununa keçir və dərhal da geri qayıdır.

Triko ya hamar , yaxud da naxışlı (uzunasına zolaqlı və s.) ola bilər.

Mahud . Trikodan fərqlənərək mahud trikotajinda hər sap bir ilmə sütununda ilmədən düşdükdən sonra qonşu sütununa deyil, adətən birini ötüb ikinci sütununa keçir və dərhal geri qayıdır. Triko kimi mahud trikotajı da hamar və naxışlı ola bilər.

Atlas . Atlasın xüsusiyyəti ondan ibarətdir ki, onun hər sapı trikoda olduğu kimi qonşu sıraya keçir, lakin dərhal qayıtmır.Məsələn, birinci iynədən sap ikinciyə, sonra üçüncüyə, dördüncüyə və s. iynələrə keçir və sonra bu və ya digər sıralardan tədricən geri qayıdır.

Mürəkkəb trikotaj. Bu tip trikotaj yuxarəda dərc edilmiş triko, mahud və atlas trikotajlarının birgə quruluşunu təmsil edir. Məsələn, mürəkkəb trikotaj triko-mahud, atlas-triko, atlas- mahud və s. ibarət olur.

Az uzanan trikotaj. Adından da göründüyü kimi, bu trikotaj çox az uzanır və həm də sökülmür. Bu trikotajın əsasını digər uzunasına hörülən trikotaj növləri (mahud, atlas), yaxud əlavə arğac sapla quraşdırılmış uzuznasına hörülən trikotaj zənciri (ayrı-ayrı ilmə sütunları) təşkil edir. Nəticədə ilmə sütunlarının cod hörməsi əmələ gəlir ki, bu da trikotajın uzanmasına mane olur.

Bu trikotaj bir sıra üst məmulatında və xüsusən qadın donlarında çox yayılmışdır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin