n = 0,2x
burada, n – sınaq üçün götürülmüş gönün miqdarı (beşdən az olmamaq şərtilə)
x – partiyada olan gönün miqdarı.
Göründüyü kimi, daxil olan gön partiyasında gönün miqdarı nə qədər çoz olsa, onun keyfiyyətinin qiymətləndirilməsinin nəticəsi də bir o qədər də inandırıcı olar. Əldə edilmiş nəticə qüvvədə olan standartın göstəriciləri ilə müqayisə edilir. Standartdan kənarlaşmaya icazə verilmir.
Ayaqqabı gönlərinin istehlak xassələrinin əmtəəşünaslıq baxımından yararlılıq, erqonomik və estetik xassələrə ayırmaq olar. Ayaqqabı gönlərini keyfiyyətcə qəbul edərkən DÜIST-938, 0-75-dən istifadə etmək zəruridir.
Gön istehsalında istifadə edilən dərilərin yararlılığı onun aşağıdakı xassələri ilə təyin edilir; sahəsi boyunca eyni qalınlığa malik olması, ölçüsü, kütləsi, sıxlığı, epidermisin və dərialtı hüceyrə təbəqəsinin qalınlığı, tük örtüyünün inkişaf dərəcəsi, dermanın vəzli və torabənzər qatlarının nisbəti, dermada liflərin toxunma xarakteri, topoqrafik sahələrinin inkişaf dərəcəsi, kimyəvi tərkibi, nöqsanının olması, tük örtüyünün xarakteri.
Dərinin qalınlığı – gönün təyinatını və hər 100 sm³ sahədən gönün istifadə edilməsini təyin edir. Dərinin qalınlığından asılı olaraq onun dartılma zamanı möhkəmlik həddi və istehsal əməliyyatlarının yerinə yetirilmə vaxtı müəyyənləşdirilir.
Dərinin sahəsi boyunca qalınlığının bərabərliyi böyük əhəmiyyət kəsb edir, biçilməsi asan və yararlı olur. Adətən dərinin qalınlığı bud tərəfindən qarınaltı tərəfə qədər və köndələn istiqamətdə beldən ətək hissələrinə tərəf azalması «qaçışlıq» adlanır. Bu hal xüsusən donuz dərilərinə xasdır. Müxtəlif növ xəzlik dəri xammallarında isə dərinin qalınlığı və möhkəmliyi ayrı-ayrı topoqrafik sahələrdə gözə çarpacaq dərəcədə dəyişir. Adətən dərinin kürək tərəfi mexaniki cəhətdən çox möhkəm olur.
Dərinin sahəsi – onun biçilmə xassələrini təyin edir. Gön istehsalında sahəsi 20 dm² –dən az olan dərilərin emalı sərfəli deyil. Dərinin kütləsi iribuynuzlu heyvanların, at və digər heyvan dərilərinin istehsal partiyası üçün qəbulunda böyük rol oynayır. Kütləsinə görə yaxın olan dəriləri eyni partiyaya aid edirlər. Qoyun, keçi və həm də donuz dərilərini gön istehsalı zavodlarında sahələrinə görə istehsal partiyalarına ayırırlar.
Dərinin sıxlığı – onların emal müddətini təyin edir, yəni əsas etibarilə onlarda müxtəlif maddələrin diffuziya surətinə və dartılma zamanı möhkəmlik həddinə təsir edir.
Epidermisin qalınlığı – dermanın yararlı sahəsinə müəyyən dərəcədə təsir edir. Epidermis nə qədər nazıi olsa dermanın çıxımı o qədər çox olar.
Tük örtüyünün inkişaf dərəcəsi dermanın çıxımına təsir edir. Tük örtüyü çox inkişaf edərsə, dermanın çıxımı az olur, çünki xammal kütləsinə yunun kütləsi də aiddir.
Dərialtı hüceyrənin qalınlığı xammalın xarakterindən asılı olaraq çox dəyişir. Dəri kütləsinin 10-25%-i dərialtı hüceyrə təbəqəsinin payına düşür. Dərialtı hüceyrə təbəqəsinin qalınlığı az olduqca, hazır məhsulun yararlı hissəsi artır, tullantı azalır.
Dermanın torabənzər qatı dərinin dartılma ərəfəsində möhkəmliyinə, vəz qatı isə gönün yumşaqlığına təsir edir.
Derma liflərinin toxunma xarakteri dermanın xassəsinə artıq dərəcədə təsir edir. Liflərin toxunma bucağı və tocunma sıxlığı dərinin və hazır məhsulun fiziki- mexaniki xassələrini təyin edir.
Dərinin kimyəvi tərkibi onun ümumi xassəsinə təsir edir. Dərinin ən əsas və ən vacib tərkib hpissəsi zülallardır. Gön xammalı üçün bu, kollagendən ibarətdir.
Nöqsanların olması gön xammalarının keyfiyyətini təyin edir. Aydındır ki, nöqsanlar nə qədər ciddi və çox olarsa dərinin qiymətli topoqrafik sahələrini yararsızlaşdırır və keyfiyyəti pisləşir.
Tük örtüyünün xarakteri və onun qorunub saxlanması gön dərilərinin keyfiyyətinin təyinində vacib rol oynayır.
Dostları ilə paylaş: |