Baki – 2020 Mövzu Yumurta


Qoyun dərisinin sortlaşdırılması



Yüklə 0,9 Mb.
səhifə158/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   154   155   156   157   158   159   160   161   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Qoyun dərisinin sortlaşdırılması. Qoyun dərisi I və II qrupa mənsub olan nazik tüklü və qarışıq cinsli nazik tüklü qoyunların dərisindən ibarətdir. Bunlar emal edildikdən sonra təbii rəngində saxlanılır, yaxud boyanır.

Emal edilmiş qoyun dərisi öz emal edilməsi növlərindən asılı olaraq ya qırxılmış və boyanmış halda buraxılır, yaxud qırxılıb və boyanıb su samuru xəzinin rənginə və başqa rənglərə salınır. Bunların tükünü istənilən rəngə salmaq üçün müəyyən əməliyyatdan keçirirlər.

Emal edilmiş, qırxılmış və boyanmış dərilər (heç bir əməliyyatdan keçirilmədən) oxşayışına və rənginə görə qəhvəyi (qunduz kimi), qara (dəniz pişiyi kimi) və ət rəngində buraxılır. Bunlar həm də ehtiyat üsulu ilə boyanır və qaragül dəri rənginə salınır.

Tükünün xarakterinə görə dərilər iki sorta bölünür. Bunların təyinatına görə tüklərin uzunluğu qırxıldıqdan sonra papaq üçün 8, 10, 12, 14 mm, üst geyimi üçün 14, 16, 18, 20 mm, qaragül dəriyə bənzətmək üçün isə 6, 8 mm olur.

Qoyun dərisi emaldan keçirildikdə öz təbii rəngində saxlanıla bilər və yaxud boyadıla bilər. Qoyun dəriləri qırxıldıqdan sonra bəzən onları başqa xəzlərə oxşadırlar. Emal edilmiş, qırxılmış və boyanmış qoyun dərisi ütülənmə nəticəsində parlaq hala salınır. Bəzən tükün ucunu da düzəldirlər ki, bu da xəzin keyfiyyətini xeyli yüksəldir.

Xüsusi əməliyyat nəticəsində qoyun dərisini su samuru, dəniz pişiyi və s. dərilərə oxşadırlar. Bununla yanaşı dəniz heyvanları dərilərinin özlərinə məxsus sortlaşdırılması xüsusiyyətləri vardır. Bunların da xəz - dəriləri emal edilərkən həm təbii rəngdə və həm də boyanmış halda buraxılır.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin