Baki – 2020 Mövzu Yumurta


Dəniz heyvanları dərilərinin sortlaşdırılması



Yüklə 0,9 Mb.
səhifə160/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   156   157   158   159   160   161   162   163   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Dəniz heyvanları dərilərinin sortlaşdırılması. Dəniz heyvanlarının dərisindən istifadə edilənlər kürək ayaqlılardan, yəni dəniz pişiyi və bir sıra suiti növlərindən ibarətdir.

MDB-nin dənizlərində dərisi xəz məmulatında işlədilən dörd növ suiti qrupunun ovçuluq üçün əhəmiyyəti vardır: Ağ dəniz, Xəzər, Baykal və Sakit okean suitiləri.

Suitinin dərisi yaşından asılı olaraq ciddi surətdə dəyişilir. Suiti doğulanda uzun, parlaq, möhkəm, kolpan və nisbətən yumşaq, ağ yaxud azacıq krem rəngli tükü olur. Cavan suitinin bu tükünə məxməri tük deyilir. 10-15 gündən sonra suitinin tükü dəyişməyə başlayır. Bu dövrdə suitinin dərisinə xoxluşa deyilir.

Suiti tükünü tökdükdən sonra nisbətən seyrək və qısa olur. Bir yaşına qədər suitinin dərisinə serka deyilir.

Məxməri və xoxluşa dəriləri rənginə, sortuna və nöqsanlarına görə sortlaşdırılır. Bunlar tünd qəhvəyi, qəhvəyi, qara və s. rənglərə boyanmış halda buraxılır. Tükünün keyfiyyətinə görə bunlar üç sorta bölünür. Bunlardan ən yaxşılarının tükü sıx, ipək kimi parlaq və möhkəm olmalıdır. Tükü qartalmış və rəngi sönüklənmiş, yaxud tükü tökülməkdə olan olan dərilər 3-cü sorta cod qıl tüklərindən, zərif və sıx tiftik tüklərindən ibarət olur.

Dəniz pişiyinin dərisi məmulat üçün ya təbii rəngində (qəhvəyi), yaxud boyanmış (qara və qəhvəyi) halda istifadə edilir. Bu heyvanın tükləri cod qıl tüklərindən, zərif və sıxtiftik tüklərindən ibarət olur. Dəniz pişiyinin dərisi emal edilərkən qıl tükləri rədd edilir. Bu dərilər tükünün keyfiyyətinə görə üç sorta ayrılır.


.

Mövzu 19. Hazır xəz-dəri mallarının keyfiyyətinə verilən tələblər, keyfiyyət göstəriciləri və keyfiyyətinin ekspertizası
Plan:

1. Xəz yarımfabrikatlarının keyfiyyət göstəriciləri və keyfiyyətinə qoyulan tələblər

2. Hazır xəz mallarının istehlak xassələri və onların təyini üsulları



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin