Ştampovka və tökmə metodu ilə hazırlanan alüminium qablar. Ştampovka metodu ilə hazırlanan qablar nazik listlərdən aşağıdakı markada olur: AD, AD-1, AD-100, AO, A-5, A-7. Belə qablar əvvəlcə əsasda isladılır, sliflənir, emallaşır, xromlaşdırılır və emallanaraq üzərinə müxtəlif bədii rənglər vurulur. Belə alüminium kostrulların dib hissəsi qalın olur ki, xörək bişiriləndə yanmasın. Bu qablar yüngül olur, ona görə də möhkəm olmurlar. Belə ki, onlar asanlıqla deformasiya olunaraq xarici görünüşlərini dəyişirlər. Onlar korroziyaya qarşı davamsız olduqları üçün onların içərisində duzlu, marinovat və turşu xassəli məhsulları uzun müddət saxlamaq məsləhət olunmur.
Alüminium kostrullar müxtəlif ölçülərdə olurlar və onlar müxtəlif məqsədlər üçün işlədilir. Məsələn, 2 tutacaqlı silindrik qablar 100, 250 mm dərinlikli, 80-200 yarımdərinlikli olurlar. Onların diametri 140-360 mm, tutumu isə 0,8-15 litr arasında olur.
Tez bişirən kostrullar adi kostrullara nisbətən xörəyi, xörəyin növündən asılı olaraq 2-10 dəfə tez bişirir. Ondan əlavə xörəyin vitamini parçalanmır və həm də elektrik enerjisinə qənaət olunur.
Alüminiumdan həm də vazalar, podnoslar, rozetkalar, çayniklər, kofeyniklər və s. hazırlanır. Ondan həm də sanitar-gigiyenik məqsədlər üçün vedrələr, baklar, tazlar, əl-üz yuyanlar da hazırlanır.
Tökmə metodu ilə hazırlanan alüminium qablar kimyəvi davamlılığına görə ştampovka üsulu ilə hazırlanan qablardan yaxşı olurlar. Onlar əsasən yemək hazırlamaq üçün istifadə olunur. Bunlara müxtəlif ölçüdə qazanlar, tavalar misal ola bilər.
Tökmə metodu ilə hazırlanan tarelka və miskalar keramik qablar kimidir. Onların diametri 175, 200, 250…400 mm, hündürlüyü isə 32, 40-58 mm olur. Miskaların diametri 14, 16, 17, 5, 20…40 mm, hündürlüyü isə 60-170 mm olur.
Alüminiumdan hazırlanan süd və qənd qabları qapaqlı konusvari olur. Onların tutumları 0,35; 0,40; 0,5; 0,8 litr olur. Alüminium vedrələr konusvari, hərəkət edən tutacaqlı olurlar. Onların tutumu 10, 11, 12, 13 litr olur. Bidonlar ağzı möhkəm bağlanan qapaqlı olurlar. Onların həcmi 0,5; 1; 2…5; 8; 10 litr olur.
Alüminium baklar silindrik və kvadrat halında olurlar. Onlar əsasən buğda və un məhsulları üçün istifadə olunurlar.
Silindrik bakların diametrləri 90, 120, 140, 200 mm, tutumları isə 0,5; 1; 2…5 litr olur.
Kvadrat bakların diametrləri 100, 120, 140, 160, 170 mm, hündürlükləri 110, 130, 190 mm, tutumları isə 1, 2…5 litr olur.
Alüminium məmulatlar 17151-81 DÜIST əsasən hazırlanır və onların istismar müddətləri istehsal olunub satışa buraxılan vaxtdan 24-36 ay olur.
Tökmə alüminium qabların divarı və dibləri müvafiq olaraq 2,5-10 mm arasında olur. Onların divarları və dibləri qalın olduqları üçün mexaniki təsirlərə qarşı davamlı olurlar. Onlarda bişirilən yeməklər yanmır və hər hərəfli bişirlər. Tökmə alüminium qablar müxtəlif metallarla olan ərintilər halında istifadə olunurlar. Onlar korroziyaya qarşı davamlı olurlar və onlar AK5M2, AK7, AK7M2 markalarda olurlar. Tökmə üsulu ilə hazırlanan qablar ştampovka ilə hazırlanan qablardan işlənmə metodu, ölçüsü və növünə görə fərqlənirlər. Tökmə alüminium qablardan 0,5; 1…4 litr qapaqlı kostrullar, ördək və qazı bütöv bişirmək üçün 1; 1,5; 3; 3,5; 4; 6 litr qablar, 1,5; 2,5; 4; 6; 12; 15; 20 litrlik qarşoklar hazırlanır.
Dostları ilə paylaş: |