Bu üsul yer səthindəki kiçik temperaturlu və böyük özlülüklü neftli laylara xüsusi su buxarı vurucu quyuların köməyi ilə aparılır. Üsul yüksək özlülüyə malik olan (40-50 mPa∙s) neft yataqlarının işlənilməsində tətbiq edilir. Çünki göstərilən tip yataqlarda laya adi suvurma prosesi səmərəli olmur. Laboratoriya və mədən təcrübəsi göstərir ki, yüksək özlülüklü yataqlarda neftvermə əmsalını artırmaq üçün ən yaxşı agent kimi su buxarının yüksək təzyiqlə 8-15 MPa vurulması məqsədəuyğundur. Nəticədə laya külli miqdarda istilik enerjisi daxil olur və onu qızdırır. Bu zaman neftin özlülüyü azalır. Neftin, qazın, suyun həcmi artır. Buxarın həcmi suyun həcmindən 25-30 dəfə çox olmalıdır. Məsaməli mühitdə buxar nefti 90%-ə qədər çıxarma imkanını verir.

Neftin su buxarı ilə sıxışdırılması
Su buxarı ilə təsir üsulu
Müəyyən olunmuşdur ki, neftin su buxarı ilə sıxışdırılması zamanı 3 temperatur zonası əmələ gəlir:
1.Vurucu quyu ətrafında.
2.İsti kondensat zonası.
3.Layın ilk temperatur zonası.
Vurucu quyu ətrafında.
Burada temperatur 200-400 dərəcə arasında dəyişir, buxarın istidən kondensasiya başlama qiymətinə uyğun gəlir. Neftin ayirması (ekstraksiyası) başlanır. Ondan yüngül fraksiya distilə olur və buxarla birgə layda hərəkət edir.
İsti kondensat zonası.
Temperatur kondensasiyanın başlanğıc temperaturundan lay temperaturuna qədər düşür, bu zaman isti kondensat və su layda neftin yüngül fraksiyasını sıxışdırır.
Layın ilk temperatur zonası
İstilik təsirinə məruz qalmış hissə. Burada sıxışdırılma adi su ilə aparılır. Proses davam etdikcə su buxarı ilə laya təsir etdikdə aşağıdakıları nəzərə almaq lazımdır.
1- Layın yatma dərinliyi 1100 m qədər;
2- Layın qalınlığı 10-40 m qədər;
3- Məsaməlik 35%;
4- Neftlədoyma 40-50%-dən çox
Bu üsulun tətbiqi işlənilmənin ilk illərində tətbiq olunursa, daha səmərəli olur, çünki bu dövrdə lay suyu az olur. Əgər layın gilliliyi 10% -dən çox olarsa, bu zaman təsir nəticəsində şişib prosesə əks təsir göstərə bilər. Laya buxarın vurulması nəticəsində neftvermə əmsalı 20% -ə qədər artır.