Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə176/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   172   173   174   175   176   177   178   179   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Estetik xassələri. Məişət şüşə məmulatlarının estetik xassələri kompozisiyasının bütövlüyü, forma və informativliyi ilə xarakterizə olunur.

Kompozisiyanın bütövlüyü məmulatda hissə elementlərin müəyyən qaydada vahid məqsəd üzrə yerləşməsindən ibarətdir. O, məmulatın dekorativ quruluşundan və formasından asılıdır.

Məmulatın və onun elementlərinin qeyri-müəyyən konturu, materialın təbii xassələrində gizlənən pis rəng və bəzək məmulatın formasını, estetik görünüşünü pisləşdirir. Məmulatın hissələri ilə tərəflərinin ölçülərinin əlaqəsi, bəzəyi onun proporsionallığı ilə xarakterizə olunur.

Formanın səmərəliliyi, onun məmulatın funksional təyinatına və əhatə edən mühit şəraitinə uyğunluğu ilə xarakterizə olunur. şüşə məmulatın orijinallığı, informativliyi və onların müasir üslub və modaya uyğun olması ilə təyin edilir.



Orijinallıq bu məmulatın formasının fərdi xüsusiyyətidir ki, onların analoji təyinatlı məmulatlardan fərqləndirir.

Kompozisiyanın bütövlüyü şüşə qabların estetik xassələrinin məcmusu kimi onun bəzəndirilməsi, quruluşu, forma uyğunluğundan ibarətdir.

Şüşə məmulatlarının etibarlılığı, uzunömürlülüyü və qorunması ilə təyin edilir. Ən çox uzunömürlülük əhəmiyyətə malikdir. Bu da fiziki və mənəvi köhnəlmə ilə xarakterizə edilir. Əlavə detallı, mürəkkəb formalı, hündür ayaqlı məmulatlar az etibarlıdır.

Ümumittifaq elmi tədqiqat institutunun məlumatlarına əsasən, bəzi şüşə məmulatların xidmət müddəti: çay və su stəkanı üçün 1,5 il, şərab stəkanı üçün 2 il, ryumka üçün 3,5 il, fucer və bokal üçün 4 il, yağ və pendir qabı üçün 5 il, salat qabı, balıq, peçenye vazası, konfet qabı üçün 7 ildir.

Şüşə qabların fiziki köhnəlməsi, onların mexaniki, termiki, kimyəvi və başqa xassələrindən, həmçinin qoruyucu-dekorativ örtüyün istismar davamlılığından asılıdır. Məmulat istismar prosesində kəskin qızmağa və soyumağa məruz qalır, onların termiki davamlılığı və mexaniki möhkəmliyi, xüsusən zərbəyə davamlı olmasıdır.

Məmulatın mənəvi köhnəlməsi ona alıcılıq tələbinin olmamasıdır. Bu da fason, forma, ölçü və bəzəndirilməsinə görə köhnəlməsidir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin