Istehsal nöqsanları. Əl ilə üfürmə və press üsulu ilə emal edilməsi zamanı formalaşdırılmasından əmələ gəlir. Bu nöqsanlar işçi tərəfindən şüşə kütləsi porsiyasının düzgün götürülməsindən alına bilər. Belə nöqsanlara aşağıdakılar aiddir. Məmulatın divarının, dibinin kənarının müxtəlif qalınlıqda olması, məmulatın divarının dibinin qalınlığı eyni olmur, başqa sözlə desək, divarı nazildilmiş və dibi qalınlaşdırılmış olur və əksinə, olduqca nazildilmiş olur.
Gövdənin, dibinin, altlığın ovalvariliyi – məmulatın pres formadan vaxtından əvvəl, daha doğrusu, plastik vəziyyətdə götürülməsi və ya yandırılma prosesində temperatur şəraitinin pozulması zamanı əmələ gəlir.
Kənarının çöküntü olması bu məmulatın kənarının şayba dəzgahlarında qeyri-düzgün hazırlanması zamanı və ya keyfiyyətsiz cilalanma materialının tətbiqi zamanı onun üst səthinin kənarının daxili və xarici kələ-kötürlüyün əmələ gəlməsi deməkdir.
Qopuq yer kələ-kötürlükdən onunla fərqlənir ki, bu onun kənarından səthi boyunca davam edir.
Çatlar məmulatın divarının, xarici və daxilində olan xırda çatlardır.
Daxili çatlar preslənmənin gecikməsi və ya soyumanın qeyri-bərabər aparılması zamanı yaranır.
Xarici çatlar şüşənin kövrəkliyinin yüksəlməsi, şüşə kütləsinin tez soyuması, həmçinin alınmış formanın tez soyudulmasından irəli gəlir.
Məmulatın əyriliyi formanın düzgünlüyünün sərt pozulmasıdır və s.
Bu nöqsanların olmasına o vaxt icazə verilir ki, onlar az hiss olunurlar.
Dostları ilə paylaş: |