Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə240/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   236   237   238   239   240   241   242   243   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Əymə divanlar. Əymə divanlar əymə-xarrat konstruksiyalı hazırlanıb bunların oturacaq və arxa hissələri bərk və yarımyumşaq olur.

Əymə stollar. Əymə stollar da əymə-xarrat konstruksiyalı hazırlanır. Bunların ölçüləri kiçik və çox vaxt oval formada, qapaqlı və alt mərtəbəli olur.



Əymə kətillər. Əymə kətillər əymə mebel fabriklərində əlave məhsul kimi, xırda detallardan hazırlanır.

Əymə mebelin keyfiyyət şərtləri. Əymə mebel pəstahları quruduqdan sonra tərsinə əyilməli olduğu üçün, xarrat mebelində olduğu kimi burada ölçüləri dəqiq götürmək olmaz. Buna görə də əymə mebelin qabarit ölçülərində və çərçivələrində artıq fərqlərə yol verilir. Əymə mebeldə birləşən müstəvilər kifayət qədər kip yapışmadıqda şruplar və mismarlar tez laxlayır və massivin qapalı konturları qopur; bu cəhətdən əymə mebelin keyfiyyəti yoxlanan zaman birləşmələrin möhkəmliyinə və kip olmasına xüsusi diqqət verilir.

Əymə mebelin simmetrik detallarında gözə çarpacaq dərəcədə radius və forma fərqi olmamalıdır.

Hörmə mebel. Hörmə mebel sənaye müəssisələri tərəfindən istehsal olunur. Bunlar həm bərk və yarımyumşaq, hörmə mebel həm də faner lövhələrindən detalı olan ağac mebelləri buraxır.

Hörmə mebel çeşidinə stol, kreslo, kətil, uşaq çarpayısı , divan, kuşetka, yırğalanan kreslo, paltar asan və bədii mebel qarnituru daxil olur.

Hörmə mebel yüngül, nisbətən ucuz, müxtəlif tərtibli və səhmanlı olmaqla böyük rəğbət qazanmışdır.

Hörmə mebelin əsas materialı müxtəlif növlü kolluq söyüd budaqlarından ( qırmızı söyüd, qonur söyüd, dəlizolaq, ağçubuq söyüd, səbət söyüdü, fındıq ağacı ) ibarətdir.

Hörməsinin tipinə görə hörmə mebel quraşdırma yelpikvari şəbəkəli və konbinəedilmiş şəkildə olur. Materialına görə hörmə mebel tənəkdən, qarğıdan, çubuqdan və qarışıq hörülmüş olur.

Hörmə mebel istehsalında texniki nəzarət, əsas etibari ilə onun keyfiyyətini müəyyən edir, materialını çeşidlərə ayırır, karkaslarının möhkəm və düzgün quraşdırılmasını və habelə hörmənin keyfiyyətini yoxlayır. Hörmə mebel aşağıdakı şərtlərə müvafiq olmalıdır:

1. Forması düz və simmetrik olmalı;

2. Gövdəsi möhkəm bərkidilməli;

3. Yarıq, batıq və əyintiləri olmamalı;

4. Hörmə dəqiq naxış üzrə hazırlanmalı;

5. Qarnitur hörmə mebelin ümumi tərtibatı oxşar olmalıdır;

6. Hörmə oturcaq və arxa hissələr elastik olmalı və formasını saxlamalıdır.

Metal və metalkarkaslı mebel. Müasir mebeldə metal, adətən digər materiallarla birlikdə tətbiq edilir; çarpayılar və onların çərçivə- tor hissələri tamamilə metaldan hazırlanır.

Metal çarpayılar. Metal çarpayılar quraşdırma konstruksiyada çərçivəli-torlu və torsuz (matraslı) olur; çarpayılar habelə çarpayı-koyka ( bükülən ) və açılan- yığılan konstruksiyada və uaq çarpayısı şəklində istehsal edilir.

Quraşdırma torlu çarpayıların iki baş hissəsi və çərçivə-tor hissəsi olur; baş hissələr adətən çubuqvari yaxud boruvari poladdan hazırlanır.

Quraşdırma, torsuz çarpayılar. Iki boruvari şəkilli yaxud tökmə baş hissələrindən və bucaqlı poladdan hazırlanmış iki ədəd birləşdirici yanlıqdan ibarət olur; həmin yanların ucları çarpayının baş hissələrindəki yuvalara geydirilir. Belə çarpayıların üzərinə matras qoyulur.
Çarpayı – koyka
bükmə konstruksiyalı olur və zolaq poladından hazırlanır. Bunun yatağı iki çərçivədən ibarət olur, çərçivələr isə oynaqlar vasitəsilə həm çarpayının baş hissələrinə, həm də bir-birinə bəkidilir. Yataq hissəsinin çərçivələrinə lentvari polad zolaqlar qoyulur ki, döşək də bunun üstünə salınır.

Açılan yığılan çarpayılardan az sahəli mənzillərdə və yaylaqlarda geniş istifadə edilir. Bu çarpayıların karkası əymə şəkildə düralüminium yaxud polad borucuqlardan, yataq hissəsi isə brezentdən hazırlanır; həmin brezent elastik məftil spirallar vasitəsilə çarpayının karkasına bəndlənir. Bu çarpayıların baş hissəsi olmur, lakin bunlara brezent çəkilmiş çərçivə şəklində başaltlığı qoyulur ki, bu da istənilən hündürlükdə qurulur.

Uşaq çarpayıları. Çubuq şəkilli poladlardan hazırlanır. Bunların baş hissələri hündür olur və həmin hissələrin yuxarısına əlavə yanlıq bərkidilir. Yuxarı və aşağı yanlıqların arasına qaytandan tor çəkilir.

Metal stullar, kreslolar və masalar. Yaylaq üçün yığcam açılan-yığılan stullar, kreslolar və stollar əksəriyyətcə metal borucuqlardan hazırlanır. Belə mebel adətən, dəst şəklində buraxılır və bunların dəstinə stol, kreslo və dörd stul daxil olur. Stulların və kresloların oturacaq və arxa hissələri parçadan yaxud fanerdən, stolun üstü isətaxtadan yaxud plastik kütlədən hazərlanır.

Son zamanlar düralüminium borucuqlardan karkaslı yaşayış mebel dəsti layihələnmişdir. Həmin mebel dəstinə stullar, açılan və açılmayan stollar, divan, kreslo, çarpayı, tumboçka, habelə yazı stolları və kitab rəfləri daxil olur.

Metal mebel və metal gövdəli mebel xüsusi keyfiyyət şərtlərinə müvafiq olmalı, yəni pas tutmamalı, bolt, oynaq və digər bərkidici vasitələri yüksək dərəcədə möhkəm olmalıdılır.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin