Üst və alt paltarı şkafı. Bu şkaflar fanerlənmiş olmaqla, təkqapılı ( qarderob), ikiqapılı vı üçqapılı ( şifonyer) konstruksiyalı buraxılır.
Təkqapılı şkaflar quraşdırma və bütöv konstruksiyalı istehsal edilir. Bunların içərisinə paltar asmaq üçün ştanq yerləşdirilir. Ikiqapılı və üçqapılı şkaflar quraşdırma konstruksiyalı hazırlanır.
Kitab şkafları. Kitab şkafları birqapılı, ikiqapılı və üçqapılı, fanerlənmiş şəkildə hazırlanır. Birqapılı şkaflar bütöv, iki və üçqapılı, kitab şkafları isə həm quraşdırma, həm də bütöv olur. Şkaflar lövhəli yaxud çərçivə konstruksiyada buraxılır. Bunların qəfəsləri hərəkət edən, qapıları isə şüşəli yaxud bütöv xonçalı olur.
Bufetlər. Bufetlər iynəyarpaqlı və enliyarpaqlı ağaclardan, fanerlənmiş şəkildə olmaqla, bütöv, quraşdırma lövhəli və çərçivəli konstruksiyada hazırlanır. Bufet ikiqapılı, ikiyeşikli və qəfəsli alt hissədən və siyirməli taxatadan ibarət olur. Bunun üstündən isə taxça qutusu və ikiqapılı şkaf, yaxud qapılı tumbalar yerləşdirilir. Üst və alt şkafcıqlarda hərəkətedən qəfəslər qoyulur.
Servantlar. Təkcə alt şkafdan yaxud onun üstündəki şkafdan və qəfəsələrdən ibarət olan bufetlərə servant deyilir. Bunlar iki və üçqapılı olmaqla şkafın içində qəfəsələr, şkaf qapağının altında isə hərəkətli taxta qoyulur.
Komodlar. Komodlar bütöv, fanerlənmiş (boyanmış) olur. Komodun gövdəsində yuxarıdan iki xırda və aşağıdan üç iri yeşik, yaxud da ümumiyyətlə dörd iri yeşik yerləşdirilir. Komodun üstündə bəzən güzgü yeri qoyulur.
Çarpayılar. Ağac çarpayılar biradamlıq, biryarımlıq, quraşdırma, fanerlənmiş və lövhəli konstruksiyada olur. Çarpayı iki başlıq detalından, iki yastı yanlıqlardan və baş detallarını birləşdirən iki qarmaqdan ibarət olur.
Kombinə edilmiş mebel. Kombinə edilmiş dedikdə, iki yaxud üç təyinatlı mebel təsəvvür edilir. Belə mebel azsahəli mənzillər üçün hazırlanır. Çox zaman bir məmulat bəzən kitab şkafı həm də eyni zamanda bufet şkafını əvəz edir; mürəkkəb quruluşlu şkaflarda bəzən çarpayı yerləşdirilir və s.
Uşaq mebeli. Uşaq stulları, stolları, çarpayıları və şkafcıqları bir qayda olaraq kütləvi və iriseriyalı mebel müəssisələrinin xüsusi sexlərində xırda ölçüdə olan pəstahlardan və əsas istehsalın brak edilmiş detallarından hazırlanır. Uşaq mebeli fanerli, mina yacud lak boyaları ilə bəzədilir; bəzən isə ülgü yaxud yandırma üsulu ilə naxışlanır.
Mətbəx mebeli. Mətbəx mebelinin çeşidinə mətbəx bufeti, mətbəx stolu,kətillər. qəfəslər ( ləmələr) və əlüzyuyanlar daxil olur. Mətbəx mebeli iynəyarpaqlı ağaclardan və tozağacından , habeləm xarrat lövhələrindən və mebel lövhələrindən hazırlanır. Mətbəx mebelinin bəzəyi tutqun olur və bunlara adətən mina sürtülür.
Xarrat mebelinin keyfiyyət şərtləri. Xarrat mebeli normmal istismar nəmliyi ən çox 8-10% olan ağacdan hazırlanır. Xarrat mebelinin yerləşmə yerləri kip və əyintisiz olmalıdır.mebelin lazımi keyfiyyət göstəricilərini detallarının möhkəm yapışdırılması, nöqsansız fanerlənməsi, bəzəniyinin hamar olması, yeşiklərinin və qapılarının rahat açılıb- örtülməsi, habelə furniturasının düzgün qurulması və kilidlərinin etibarlı açılıb-bağlanması kimi göstəricilər təşkil edir.
Yumşaq mebel. Yumşaq mebel ağac karkaslardan, tamamilə yaxud qismən doldurucu materiallara və yaylara çəkilmiş üzlük parçalardan meşindən yaxud onun əvəzedicilərindən ibarət olur.
Dostları ilə paylaş: |