Ağacdan olan döşəmə materialları. Parket. Yonulmuş poqonaj detalların əsas növləri hamar döşəmələrə vurulan taxta, plintus haşiyə və metalməhəccərin tutacaqlarından ibarətdir.
Hamar döşəmələrə vurulan taxtaların bir kənarında uzunasına tərəf nov açılır, o biri kənarında isə taxtaların bir-birinə kip yapışdırılması üçün pipik olur. Bu taxtaların eni 74-144 mm, uzunluğu isə 3 m və daha çox olur.
Plintuslar – döşəmə ilə duvarın qovuşuğuna qoyulur, haşiyə - pəncərə çərçivəsinə, tutqac isə metal məhəccərə salınır.
Parket – xüsusi profilli taxta tikələrindən ibarət olub döşəmələrə vurulur. Parket, əksəriyyətlə bərk ağaclardan (palıd, göyrüş, fıstıq, ağcaqayın və s.) hazırlanır.
Parket yığma, yəni ayrı-ayrı taxta tikələrindən və lövhəli, yəni oturacaq hissəsindən və ona bərkidilmiş yığma parketdən ibarət olur. Yığma parketin uzunluğu 150-400 mm, eni 30-60 mm, qalınlığı isə 15-18 mm olur.
Dostları ilə paylaş: |