1.8. İnşaat mallarının keyfiyyətinin laboratoriya üsulları ilə ekspertizası
Sıxlığın təyini. Vahid həcmə düşən maddə kütləsi kimi sıxlığı təyin edərkən materialın kütləsini m onun həcmini v bilmək lazımdır və kütləni həcmə bölməklə sıxlığın miqdarını D = m : v d, üsturu ilə hesablamaq olar. Materialın kütlə və həcminin vahidlə təyin edilməsindən asılı olaraq sıxlıq q/sm³, uaxud kq/m³ ilə ifadə olunur. İnşaat materiallarının bir çoxu məsamələrə, ya da hava ilə doldurulmuş boşluqlara malikdir. Sıxlığı təyin etmək üçün isə onların kütləsini məsaməsiz bilmək lazımdır. Buna görə də tədqiq olunan materialı narın toz halında ovurlar və 02№-li ələklə ələyirlər. Ovduqdan sonra materialı sabit çəkiyə qədər qurudurlar və eksikatorda soyudurlar ki, havanın rütubətindən nəm çəkməsin.
Materialın sıxlığını, boğazının ortasında genişlənmişyeri olan uzunboğaz kolba cihazı ilə təyin edirlər. Kolbanın boğazında genişlənmiş yerdən yuxarı və aşağıda iki nişanlanmış bölgülər vardır ki, bunların da arasındakı hissənin həcmi 20sm³-dir. Sıxlığı təyin etmək üçün0,01 q dəqiqliklə çəkilmiş 60-80 q toz halına salınmış materialdan götürürlər. Kolbanın aşağı nişanəsinə qədər tədqiq olunan materiala birləşməyən material tökürlər. Kolbanın yuxarı hissəsini silib yam qurudurlar. Tədqiq olunan materialı ehtiyatla, az hissələrlə məhlulun həddi yuxarı nişanəyə çatana qədər kolbaya tökürlər. Tozun qalığını çəkirlər və əvvəlcə götürülmüş çəki ilə qalığın çəkisi arasındakı fərqlə 20sm³-ə qədər həcmə sərf olunan materialın kütləsini təyin edirlər. Bəzi inşaat materiallarının sıxlığı 0,9-7,85 q/sm³ arasında olur (bitumlar, qatranlar, ağac və s. – 0,9-1,6; polad – 7,85). Sıxlığı təyin etmək üçün kimyadageniş tətbiq olunan piknometrik üsuldan da istifadə etmək olar.
Dostları ilə paylaş: |