Divar kağızlarının xarici əlamətlərə görə keyfiyyətinin təyini. Bu zaman astarının bərabər olmasına, ləkənin, zolağın olmasına, boyağın axıntısı, sıçrantısı, naxışlarının qarışıqlığı, rulonda kəsiklərin sayına və DÜİST-in tələblərindən başqa bu kimi kənarlaşmalarınolmasına fikir verilir.
Divar kağızlarının astar rəngi birrəng, aydın, əyintisiz, naxışları pozuntusuz, ləkəsiz, axıntı və rəng qarışığı olmamalıdır. Rəng sıçrantısına 1 uz. M üçün 5 ədəddən artıq olmayaraq1-1,5 mm ölçüsü olana yol verilir. Nəzərə çarpmayan əyintisiz naxış çapının düşməməsinə 1 uz. M üçün 4 yerdən çox olmayaraq yol verilir. Normativ göstəriciləri bundanartıq olduqda divar kağızlarını 2-ci növə aid edirlər. Həmçinin ikinci növə rulonda hərəsinin minimal uzunluğu 2,5 m-dən artıq olmayan iki kəsiyin olmasına da yol verilir. Kənarının cırıq olması, əgər naxışına toxunmursa, o halda yol verilir. Divar kağızlarının 2-ci növü bir partiya malda (bir sənədlə yüklənən ) 5%-dən artıq olmamalıdır.
Dostları ilə paylaş: |