2. Kağız və karton mallarının ekspertizası metodları
Kağız və kartondan olan malların keyfiyyət göstəricisi müvafiq standart və texniki göstəricilərin normalarına əsasən qiymətləndirilir. Yazı, rəsmxət və çertyoj, kompyuter üçün nəzərdə tutluan kağızlar lazımı səviyyədə yapışdırma dərəcəsinə, hamarlığa, yüksək dərəcəlı ağlığa malik olmalıdır. Əgər dəftərlər xətlənibsə, aralarındakı məsafə eyni olmalı, kağızları isə eyni rəngə və bərabərliyə malik olmalıdır. Kağızlarda davamlılıq xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan çertyoj və rəsm kğızları lazımı bərkliyə malik olmalıdır. Məmulatın cidlənməsinə sərf olunan materiallar yapışmayan, ləkəsiz, xırda deşiksiz olmalıdır. Bütün vərəqələr blok halında bərkidilməlı, qarmaqların və yayların ucları diqqətlə qatlanmalı, qıraqları hamar kəsilməli, köndələn və tiftikli kəsilmə halına yol verilməməlidir.
Əgər məmulatda hərflər və yazılar varsa onlar aydın görünməlidir. Məmulatın bəzəndirilməsi üçün metal lövhələrdən və elementlərdən istifadə edilibsə onlar qatlamalı və iti ucu, çıxıntıları olmamalıdır.
Bütün bu xassə göstəricilərinin qiymətləndirilməsi üçün əmtəəşünaslar ən çox orqanoleptik və laboratoriya metodlarından istifadə edirlər.
Dostları ilə paylaş: |