Baki – 2020 Mövzu Yumurta


Mövzu 27. Kağız və kartonun keyfiyyətinin ekspertizası



Yüklə 0,9 Mb.
səhifə283/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   279   280   281   282   283   284   285   286   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Mövzu 27. Kağız və kartonun keyfiyyətinin ekspertizası

Plan:

1. Kağız və kartonun istehlak xassələri və ekspertizası

2. Kağız və karton mallarının ekspertizası metodları

2.1. Orqanoleptik üsulla kağız və karton mallarının keyfiyyətinin ekspertizası

2.2. Laboratoiya üsuli ilə kağız və karton mallarının keyfiyyətinin ekspertizası

1. Kağız və kartonun istehlak xassələri və ekspertizası
Kağız və kartonların xassələri çox müxtəlifdir. Bu xassələr həm onların tərkibindən və həm dəm quruluşundan asılıdır. Kağız və karton mallarının istehlak xassələri aşagıdakı kimi qruplaşdırılır.

  • Quruluş – ölçü göstəriciləri - Buraya onların formatı, 1m2 -nin çəkisi, qalınlığı, həcm çəkisi, hamarliliğı, məsaməliliyi, işıq buraxması;

  • Kompazisiya – buraya lif tərkibi, külünün miqdarı, digər qarışıqların miqdarı;

  • Mexaniki və elastiki xassələr – buraya materialın cırılma uzunluğu, sınmaya qarşı davamlılığı, cırılması, yumşaqlığı, qabalığı, elastikliyi;

  • Optiki xassələr – buraya rəngi, ağlılığı, şəffaflığı, parlaqlılığı, işıqkeçirməməzliyi;

  • Hidrofob və ya hidrofil xassələr - buraya yapışqanlanma dərəcəsi, hopdurma qabiliyyəti, su götürməsi, su çəkmə dərəcəsi, hiqroskopikliyi, rütubəti;

  • Kimyəvi təmizliyi – buraya turşuluğu, qələvi xassəsi, mineral maddələrin səpilmə dərəcəsi, kationların, anionların olması.

- Xüsusi xassələr – buraya yağ, su, hava və buxar keçirməməzliyi, rütubətə və istiyə davamlılığı, uzun ömürlülüyü, yanmaması, dielektrik xassələri, toz götürməməsi və s. kimi xassələr aiddir.

Məlumdur ki, kağız və kartonların tərkibi müxtəlif mənşəli liflərdən ibarətdir. Belə ki, bunlar bir və ya bir neşə lif komponentlərindən istehsal oluna bilər. Buna görə də lif növləri seçilərkən ilk növbədə kağızın xassələrini nəzərə almaq lazımdır. Özü də elə etmək lazımdır ki, bir lif növünün xassəsi digərinin xassəsini tamamlaya bilsin. Bu baxımdan, son zamanlar cındır ilə ağac kütləsinin birlikdə istifadə edilməsi artıq aradan qaldırılıb. Çünki, ağac kütləsinin tərkibindəki liqnin maddəsi kağızın saralmasına səbəb olur.

Kağızın tərkibində olan lif materialını bilməklə onların keyfiyyətini asanlıqla təyin etmək mümkündür. Əgər yazı üçün kağızın tərkibində ağac sellülozası və cındır kütləsi vardırsa, onda belə kağızlar yalnız 0№-li kağıza aid olunacaqdır. Çünki heç bir yazı kağızının istehsalında cındır kütləsi istifadə edilmir.

Kağız və kartonların tərkibində lifli materiallardan əlavə doldurucular, yapışdırıcı maddələr və s. vardır. Odur ki, bunlar liflərin yerləşdirilməsi qaydası və bir-birilə əlaqələnməsi səviyyəsinə həlledici təsir göstərir.



Kağızın ağlığı - kağız və kartonların optik xassələrini təyin edən əsas amildir. Çap kağızının yüksək dərəcədə ağ olması çox yaxşı haldır. Çünki nəşrin aydın çıxması, rahat oxunması, ottisklərin çap olunmuş və boş buraxılmış sahələrinin kontrslığından asılıdır. Kağızın ağlıq dərəcəsi onun səpələnən ağ gündüz işığının bütün spektri üzrə müxtəlif uzunluqda şüaları mümkün qədər tam və bir bərabərdə əks etdirməsindən asılıdır. Ağ kağızlar müəyyən rəng tonu altında rəngləndikdə çox az nəzərə çarpan maviyə çalan görünüş alır. Əksəriyyət yazı və çap kağızlarının ağlılıq dərəcəsi 70-80-%-ə çatır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin