Meşə və başqa inşaat materiallarını çeşidi və keyfiyyətinin öyrənilməsi. İnşaat materiallarının çeşidini, hər şeydən əvvəl, təyinatına, təbiətinə, emalının xüsusiyyətinə və görünüşünə görə öyrənirlər.
Hər qrupu ayrılıqda nəzərdən keçirərkən ona hansı tərzdə məmulatlar daxil olduğunu, onların ölçülərini, növlülük əlamətlərini və başqa keyfiyyət və kəmiyyət tələblərini bilmək lazımdır. Bunun üçün materialların müsbət və çatışmayan cəhətlərinə fikir vermək lazımdır. Məsələn, girdə meşə materiallarının çeşidini öyrənərkən iri və kiçik meşə materialları arasındakı fərqi aydınlaşdırırlar, onlarda hansı nöqsanların və növlülük əlamətlərinin olmasını, onlardan hansı hallarda istifadə olunmasını araşdırırlar. Taxta şalban materiallarını nəzərdən keçirərkən onların bütün müxtəlifliyini, emalının xüsusiyyətini, ölçülərini və bəzəyini dəqiqləşdirmək, hər bir materialın təyinatını dəqiqləşdirmək lazımdır. Bunu, həmçinin istifadə mühafizə dam örtükləri üzrə, faner, yığma evlər və onlar üçün olan hissə dəstləri, duvar və arakəsmə materialı üzlük və bəzək və s. bu kimi materiallar üçün də etmək lazımdır.
İnşaat materiallarının çeşidini öyrənərkən DÜİST-lərdən, TŞ-dən, nümunələrdən və albomlardan istifadə etmək lazımdır.
Dostları ilə paylaş: |