Ağacların rütubətini təyini. Ağacın rütubəti onun möhkəmliyinə, xüsusi çəkisinə və başqa xassələrinə təsir edir. Rütubəti təyin etmək üçün 20x20x30 mm ölçüdə nöqsansız ağac nümunəsi götürüb tozdan və çirkdən təmizləndikdən sonra çəkisi məlum olan kip qapaqlı byuksə, yerləşdirərək 0,001 q dəqiqliklə çəkirlər. Byuksu nümunə ilə birlikdə quruducu şkafa yerləşdirib 100-105ºC hərarətdə sabit çəkiyə qədər qurudurlar. Bir sıra təkrar çəkməklə sabit çəkini müəyyən edirlər. Birinci çəkini yumşaq ağac cinslərində 6 saatdan, bərk ağac cinslərində isə 10 saatdan sonra aparırlar, təkrar çəki isə hər iki saatdan bir aparılır. Hər çəkidən qabaq nümunə olan byuksü quruducu şkafda qapağını bağladıqdan sonra eksikatorda otaq hərarətində soyudurlar. İki çəki arasındakı fərq 0,002 q olduqda sabit çəkialınmışhesab olunur. Rütubəti faizlə aşağıdakı düsturla hesablayırlar:
m - m1
W = — •100
m1
Burada, W – ağacın rütubəti, %-lə;
m - qurumadan əvvəl nümunənin çəkisi, q-la;
m1 - quruduqdan sonra nümunənin çəkisi, q-la.
Üç paralel tədqiqat aparılır və onlardan rütubətliyin orta kəmiyyətini qəbul edirlər. Ağacların rütubətliliyi %-lə: təzə kəsilmiş ağac üçün 35 və daha çox, havada qurudulmuş 15-20 və otaqda qurudulmuş 8-13 olmalıdır. Ağacların standart üzrə rütubətliyi isə 15% hesab edilir.
Dostları ilə paylaş: |