Sement xəmirinin normal qatılığının təyini. Sement xəmirinin normal qatılığının təyin etmək üçün Vik cihazı tətbiq olunur.
Tədqiqatdan əvvəl cihazın qolunun sərbəst düşüb-düşməməsini yoxlayırlar və sıfır nöqtəsinə qoyurlar, yəni dəstəciyin şüşə, yaxud kaşı lövhəyə toxunan anı, göstərici oxun isə şkalanın sıfır bölgüsü ilə üst-üstə düşməsini yoxlayırlar. Kənarlaşma olduqda cihazın şkalasını uyğun çəkirlər. Xəmirin yapışmaması üçün halqanı və lövhəni yağla silirlər. Sement xəmirinin normal qatılığını təyin etmək üçün 400 q sement çəkirlər, onu qaba töküb ortasında çüxur açaraq bir dəfəyə ölçülüb ayrılmış suyu əlavə edirlər.
Bərkimənin birinci sınağı üçün 80-120 ml su götürürlər. Bundan sonra çüxuru sementlə doldurular və 30 san-dən sonra əvvəlcə asta-asta qarışdırırlar. Sonra səylə kürəciklə ovxalayırlar. Xəmiri arabir qarşılıqlı perpendikulyar istiqamətdə ovxalamaq lazımdır. Suyu tökən andan başlayaraq xəmiri 5 dəq müddətində qarışdırırlar. Sonra cihazın halqasını bir dəfə ilə sement xəmirlə doldururlar, 5-6 dəfə lövhəni stola döyəcləyərək sirkələyirlər. Bundan sonra suda isladılmış bıçaqla xəmirin səthini hamarlayaraq artığını halqanın kənarına qədər kəsib götürürlər və xəmir olan halqanı dəstəciyin altında yerləşdirirlər. Cihazın dəstəyini xəmirin səthinə toxunmamış buraxırlar və vintlə bərkidirlər, sonra vintii boşaldırlar və dəstəcik xəmirə sərbəst girir. Qolu azad etdikdən 30 san keçmiş dəstəyin xəmirə girdiyi dərinliyi hesablayırlar. Dəstəcik dibə (lövhəyə) 5-7 mm çatmadıqda belə qatılıq sement xəmirinin normal qatılığı hesab edilir. Əgər dəstəcik 5 mm-dən aşağı, yaxud 7 mm-dən yuxarı olursa, onda suyun miqdarını uyğun olaraq dəyişirlər və normal qatılıq alınana qədər yenidən xəmiri bərkidirlər.
Kərpicin şaxtaya davamlılığının təyini. 15º-dək soyuqluğu təmin edən xüsusi kamerada dönə-dönə dondurub-açmaqla kərpiclərin şaxtaya davamlılığını təyin edirlər. Su ilə tam hopdurulduqdan sonrra kərpici 15º-də soyuducu kamerada 4 saatdan az olmayaraq tam donana qədər saxlayırlar. Sonra kərpici çıxarıb 15-20º-li su ilə doldurulmuş vannaya qoyub 4 saat tam donu açılana qədər saxlayırlar. Sonra kərpici çıxarıb silirlər və diqqətlə nəzərdən keçirirlər. Nəzərə çarpan dəyişiklik (çat, ovulma, laylanma) aşkar edilmirsə, onda dondurma və açılma əməliyyatını nəzərə çarpan dağılma halına qədər təkrar edirlər. Gil kərpic dağılmadan 15-ə qədər dövrə tab gətirməlidir.
Sınmaya qarşı kirəmitin möhkəmliyinin təyini. Kirəmitin sınmaya qarşı davamlılığını təyin etmək üçün tədqiq olunan nümunəni dairəvi tilli iki dayağın üstünə uzadırlar. Dayağın mərkəzi biri o birindən 300 mm məsafədə yerləşməlidir, yastı lentvari kirəmitlər isə 180 mm, dayaqların uzunluğu kirəmitin enindən az olmamalıdır. Kirəmitin eni boyu bərabər paylanmış yükü ortaya dəyirmi tili prizma,yaxud diyircəklər vasitəsilə verirlər. Kirəmitin bütün eni boyu yükü bərabər paylamaq üçün dayaqlara toxunulan yerlərdə və yükün əlavəsində kirəmitin səthində gips xəmirindən trapes formasında 2-3 mm enində zolaqlar edirlər. Zolaqların səthinin paralelliyini çuqun lövhə, yaxud da şüşədə müəyyən edirlər. 24 saat müddətində zolaqlar bərkidikdən sonra tədqiqat aparılır. Yükü dağılana qədər sərbəst və yavaş-yavaş yaradırlar. Dağıdıcı yük gildən olan kirəmit üçün 70 kq-dan az olmamalıdır.Beş kirəmiti sınaqdan çıxarırlar, tədqiqatın nəticələrindən orta hesabi kəmiyyətlə sınmaya qarşı davamlılığını təyin edirlər.
Xarici görünüşünə, əlamətlərinə görə linoleumun keyfiyyətinin təyini. Linoleumun xarici əlamətlərinə görə keyfiyyətini qiymətləndirərkən onun qalınlğı və eninə görə, üz səthinin xüsusiyyəti və başqa nöqsanların görə DÜİST-in tələblərinə uyğun olmasına fikir verirlər. Kənarlaşma eninə görə ±3%, qalınlığına görə isə ±0,2 mm həddində olmalıdır. Haşiyəsi düz, hamar, tilişkəsiz olmalıdır. Linoleumun səthi görünüşündən asılı olaraq bir rəngdə (birrəngli üçün), aydın pozulmamış naxışlı (naxışlılarda) olmalıdır.
Nəzərə çarpmayan boyaq axıntısı, naxışın ümumi görünüşünü pozmayan zəif ləkələr, ya da xəttlər əgər parçanın sahəsinin 1%-dən artığını tutmursa, bunlara yol verilir.
Linoleum 60 dəq müddətində PRK – 2 lampası ilə şüalandırıldıqda rəngini dəyişməməlidir. Nəzərə çarpma yan dərəcədə dəyişirsə, buna yol verilir. Üz səthində uzunu boyu 5%-dən artıq olmayan zəif dalğayabənzər lik ola bilər. 1m²-a düşən 3 ədəddən çox olmayaraq diametri 3 mm-ə qədər əsasın parçasından qabarıqlar; dərinliyi 0,05 mm-dən böyük olmayan kağız büküyündən izlər, həmçinin rulonun sahəsində ¼ -dən böyük olmayan tiftik yapışması ola bilər.
Rulonda parçaların sayına görə fikir verirlər. Bunlardan 3 m-dən az olmayaraq iki parçaya yol verilir.
Linoleum qalınlığına görə eyni rəng və quruluşuna malik olmalıdır.
Dostları ilə paylaş: |