Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə275/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   271   272   273   274   275   276   277   278   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Divar kağızı, linkrust və linoleum bəzək materialı olmaqla, kağız (divar kağızı və linkrust), yaxud parça (linoleum) əsasında hazırlanır.

Divar kağızı və linkrust, əksəriyyətlə divar üçün, (linoleum) əsasında hazırlanır.

Divar kağızı bol yapışqanlaşdırılmış kağız zolaqlarından ibarətdir. Bunun üzərinə şəkil salınır, yaxud bir qat boyaq çəkilir. Divar kağızının şəkli üzvi mənşəli boyaqlardan, habelə ağır şpat (barium-sulfat), kaolin və yapışqan maddələrindən törədilir. Basma naxışlı divar kağızı üçün həm də yağlı boya tətbiq edilir. Divar kağızının səthi parlaq olsun deyə, ayrı-ayrı hallarda bunlara lak, yaxud kazein maddəsi sürtülür.

İstehsal xüsusiyyətlərindən asılı olaraq divar kağızı aşağıdakı qruplara bölünür:



  1. Astarsız (qruntsuz) divar kağızı;

  2. Astarlı (qruntlu) divar kağızı;

  3. Basma naxışlı divar kağızı;

  4. Lak çəkilmiş divar kağızı;

  5. Metallanmış divar kağızı;

  6. Xüsusi bəzəkli divar kağızı.

Linkrust üzərinə xüsusi mastika çəkilmiş qalın kağız zolaqlarından ibarətdir. Linkrustun üz tərəfinə qabarıq basma naxış vurulur. Təyinat etibarilə linkrust divar üçün (eni 500-750 mm) və haşiyə üçün (eni 100-350 mm) olur. Linkrust daha davamlı və gigiyenik (yaxşı yuyulur) olmaqla, həm də uzun müddət xidmət edir.

Linkrust sortlara ayrılmır. Linkrustun səthi bir növlü, kənar qatışıqsız, cırıqsız, cızılmamış, çatsız, örtü qatı hamar, davamlı və başdan – başa sürtülmüş, naxışları isə düzgün və aydın olmalıdır.



Linoleum vərəq, yaxud rulon şəklində olan suya davamlı material olub, əksəriyyətlə döşəmə örtüyü yerində tətbiq edilir.

Ənçox rast gələn linoleum bir səthinə xüsusi mastika sürtülmüş cut-kənaf parçasından hazırlanır. Linoleuma sürtülən mastika oksidləşən yarımquru bitki yağları əsasında hazırlandıqda, belə linoleuma qliftal, polivinilxlorid əsasında hazırlandıqda isə polivinilxlorid linoleumu adlanır. Polivinixlorid linoleumu qliftal linoleumuna nisbətən daha elastik olur və suyu az hopdurur. Linoleumun tərs üzünə onu çürümədən qoruyan maddələr hopdurulur.

Qliftal linoleumu hamar və üstü haxışlı olur. Bunun qalınlığı 2,5, 3,0, 4,0, və 5,0 mm olur. Bu linoleum polotno, payəndaz və xalça şəklində buraxılır.

Polivinilxlorid linoleumu çox zaman hamar polotno və payəndaz şəklində 2,0 və 2,5 mm qalınlıqda buraxılır.

Keyfiyyət etibarilə linoleum sortlara ayrılmır. Bunun keyfiyyət şərtləri, təxminən linkrustun keyfiyyət şərtləri kimidir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin