Xarici əlamətlərinə görə təbəqə halında olan pəncərə şüşələrinin keyfiyyətinin qiymətləndirilməsi. Bu halda şüşələrin formasının düzfünlüyünə, səthinin xüsusiyyətinə, müəyyən edilmiş ölçülərdən kənarlaşmaya, kənarlarının qırıqlığına, əyriliyinə və nöqsanların, xüsusilə zolaqlılıq, yaxud dalğavariliyin olub-olmamasına fikir verirlər.
Təbəqə pəncərə şüşələri düzbucaqlı formada, eyni bərabər qalınlıqda yastı, hamar, əlvan ərpsiz, səthi tutqun ləkəsiz olmalıdır. Qalınlığına görə 2 mm, 2,5 mm, 3 mm- lik şüşələr üçün 0,2 mm, 4 mm-lik şüşələr üçün 0,3 mm və 5 və 6 mm-lik şüşələr üçün isə 0,4 mm-dən çox olmayan kənarlaşmaya yol verilir. Kənarında qopuqluğa və nahamarlığa 2 mm, 2,5 mm, 3 mm-lik şüşələrdə uzunluğu 3 mm-dən və 4 mm, 5 mm, 6 mm-lik şüşədə isə 5 mm-dən yuxarıya yol verilmir. Künclərinin qopuqluğuna tənbölən üzrə 5 mm-dən artıq yol verilmir. Şüşə təbəqənin əyriliyinə uzununun 0,3%-dən çox olmayaraq yol verilir. Şüşə işıq keçirməsini aşağı salan çalarlığa malik olmamalıdır, yalnız zəif-yaşılımtıl və zəif- mavi çalarlığa uol verilir. Pəncərə şüşələri nöqsanların olmasından asılı olaraq 1-ci və 2-ci növə ayrılır.
Dostları ilə paylaş: |