Ağacların su udmasının təyini. Bunu düzbucaqlı prizma şəkilli, hamar səthi olanb30x30x10 mm ölçülü (axırıncı lifin uzunluöudur) nümunələrdə təyin edirlər. Nümunənin çəkisi məlum olan büksə yerləşdirib sabit çəkiyədək 103±2ºC-dək qurudurlar və 0,001 q dəqiqliklə çəkirlər. Bundan sonra nümunələri döşəmə səthlərin birində üzmək üçün içərisində distillə suyu olan qaba yerləşdirirlər. Tədqiqat zamanı suyun hərarəti həmişə sabit saxlanılır: 20±2ºC. İki saatdan sonra nümunəni sudan çıxarırlar, filtr kaöızı ilə qurudurlar, stəkana qoyub çıkirlər. Tədqiqatın başlanğıcından 1, 2, 4, 7, 12, 20 və 30 sutka ərzində çəkini təkrar edirlər, sonra isə hər 10 sutkadan bir iki sonuncu çəkilər arasındakı fərq rütubət üzrə 10 sutka ərzində 5%-dən az olana qədər davam etdirdikdən sonra sınağı dayandırırlar. Suudmanın miqdarını faizlə aşağıdakı düsturla hesablayırlar:
m1 - m
W = — •100
m
Burada, W – suudma, %-lə;
m - nümunənin sudan qabaqkı çəkisi, q-la;
m1 - sınağın sonunda nümunənin çəkisi, q-la.
Üç paralel tədqiqat aparılır və onlardan rütubətliyin orta kəmiyyətini qəbul edirlər.
Dostları ilə paylaş: |