2.2. Laboratoiya üsuli ilə kağız və karton mallarının keyfiyyətinin ekspertizası
Kağız və karton mallarının keyfiyyətinin qiymətləndirilməsində ən geniş tətbiq olunan üsullardan biriə də laboratoriya üsuludur. Bu metodla xassələr xüsusi cihazların köməyi ilə təyin edilir. Keyfiyyəti təyin edən zaman digər metodlardan fərqli olaraq təsadüfliyə yol verilmir. Laboratoriya metodu ilə xassə göstəriciləri təyin edilən zaman tədqiqat aparılacaq otağın temperaturu və nisbi rütubəti normaya uyğun olmalıdır. Burada xüsusi hazırlığa malik olan kadrların iştirakı vacibdir. Laboratoriya üsuli ilə malların xassə göstəricilərinin təyin edilməsinə çox vaxt sərf olunur. Lakin alınan nəticələr 100%-li olur. Xassə göstəricilərinin bu metodla təyini zaman mal göndərən və mal alan təşkilatlar arasında münaqişələrə son qoyulur.
Kağız və karton mallarının rütubətinin təyini :
Kağız və kartonda rütbətin miqdarını quruducu şkafda stakanla, yaxud stakansız qurutma üsulu (nəzarət-orbitraj üsulu) və infraqırmızı şüalanma lampası ya da elektrik qızdırıcı cihazdan istifadə edərək tezləşdirmə üsulu ilə müəyyən edirlər.
Quruducu şkafda stakanda qurutma üsulu – müəyyən miqdarda (5q-a yaxın) kağız yaxud kartonu sabit çəkiyədək qurudulmuş stakanda 0,0002q-a qədər dəqiqliklə çəkirlər. Nümunə ilə stakanı ağzı açıq qapaqla birlikdə quruducu şkafa yerləşdirirlər və 100-105 dərəcə hərarətdə sabit çəkiyədək qurudurlar, quruduqdan sonra nümunə olan stakanı qapağı ilə quruducu şkafda örtürlər, eksikatora qoyub soyudurlar və yuxarıda göstərilən dəqiqliklə çəkirlər. Rütubəti W(%-lə) aşağıdakı düsturla hesablayırlar.
W= q1 -- q2 100
q1 -- q
Burada, W – rütubət;
q1 – qurudulmazdan əvvəl nümunə ilə stəkanın çəkisi, q-la;
q2 – qurudulduqdan sonra nümunə ilə stəkanın çəkisi, q-la;
q – qurudulmuş stəkanın çəkisi, q-la.
Dostları ilə paylaş: |