Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə296/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   292   293   294   295   296   297   298   299   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Kartondan olan məmulatlar müxtəlif növ kağızları, ağardılmış məmulatları və sənədləri saxlamaq üçün nəzərdə tutulur. Bu qrup məmulatlatın çeşidinə kağız, not, dəftər saxlamaq üçün olan qovluqları kağızdan, polivinilxlorid plyonkasından və yaxud gön materialından hazırlanan üzlükləri göstərmək olar. Kartondan hazırlanan məmulatların olçüləri çox müxtəlif oldüğündan, bir qayda olaraq onların ölçüləri saxlanılacaq məmulatların və yaxud da kağızların ölçülərinə uyğun gəlməlidir.

Kağız üçün qovluqlar əsasən kartondan hazırlanır. Qaytanla və ya metal qarmaqla bağlanır.

Not üçün olan qovluqlar bir, iki və üç klapanlı və yaxud da bir cibli konstruksiyada istehsal olunur, özü də qaytanla bağlanır.



Dəftər saxlamaq üçün olan qovluqlar üç klapanlı olmaqla tesma vasitəsi ilə bağlanır. Bunun diplom layihəsi üçün olan növləri də vardır. Belə qovluqların üzü qranitoldan və parçadan olmaqla 3 klapanlı və bağlanan konstruksiyada hazırlanır. Bu tip qovluqların cildində basma üsulu ilə yazılar verilir. Qovluqun içərisində 150 vərəq yerləşdirilməklə bir tərəfindən deşilib qaytanla və yaxud metal ilə cildə bərkidilə bilir.

Kağızdan, PVX- dan və yaxud gön materialından hazırlanan üzlüklər, pasport, sürücülük vəsiqəsi, xarici pasrortların və digər sənədlrin saxlanılması üçün nəzərdə tutulur.

Fövri qovluqlar - 2 ədəd karton vərəqdən ibarət olmaqla, onu içərisində metal konstruksiya yerləşdirilir. Bunun köməyi ilə saxlanılacaq sənədlər deşilib qövluğa bərkidilir.

Bütün karton məmulatları xam materialının növünə, xarici görünüşünə, həcminə, ölçülərinə, tərtibatına, konstruksiyası və digər göstəricilərinə görə müvafiq standart və texniki şərtlərin normalarına cavab verməlidir.

Kağızdan olan sanitar- gigiyenik təyinatlı məmulatlar bilavasitə bir dəfə istifadə etmək üçün nəzərdə tutulur. Bu qrup kağız məmulatlarına salfetləri, dəsmalları, süfrələri,burun dəsmallarını və s. misal göstərmək olar.

Kağız və kartondan olan məmulatların keyfiyyət göstəriciləri müvafiq standart və texniki göstəricilərin normalarına əsasən qiymətləndirilir. Yazı, rəsmxət və çertyoj üçün nəzərdə tutulan kağızlar lazımi səviyyədə yapışdırılma dərəcəsinə və hamarlığa, yüksək dərəcədə ağlılığa malik olmalıdır. Əgər dəftərlər xətlənibsə, aralarındakı məsafə eyni olmalı, kağızlar isə eyni rəngə və bəzədilməyə malik olmalıdır. Kağızlarda davamlılıq xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan çertyoj və rəsm kağızları lazımi bərkliyə malik olmalıdır. Məmulatların cildlənilməsinə sərf olunan materiallar yapışmayan ləkəsiz, xırda deşiklərsiz, zədəsiz və s. olmalıdır. Bütün vərəqlər blok halında bərkidilməli, qarmaqların və yayların ucları düzgün qatlanmalı, qıraqları hamar kəsilməli, köndələn və tiftikli kəsilmə hallarına yol verilməməlidir. Əgər məmulatlarda hərflər və yazılar varsa, bunlar dəqiq və aydın görünməlidir. Məmulatların bəzədilməsi üçün metal lövhələrdən və elementlərdən istifadə edilibsə, onlar qatlanmamalı və iti ucu, çıxıntıları olmamalıdır.

Kağız və karton məmulatları bir qayda oalaraq, qalın kağızlara bükülməli və yaxud karton qutulara qablaşdırılmalıdır. Hətta bunların bəziləri, məsələn, dəftərlər, qeyd kitabçaları, bloknotlar və s. kağız banderolları büküldükdən sonra qutulara yığılmalı və sonra kəndirlə arxadan bağlanmalıdır.

Hər bir məmulatın üzərində müvafiq markalanma aparılır. Müasir dövrdə markalanma müvafiq standartlara əsasən aparılır. Markalanmada istehsal müəssisəsinin adı, məmulatın adı, parça və qutuya qablaşdırılmış məmulatın sayı, standart nömrəsi, istehsal olunan ölkənin adı ştrixli kodlarla göstərilir. Paçka və qutular yeşiklərə və kiplərə yığıldıqdan sonra ticarət təşkilatlarına göndərilir.





Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin